Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (8-04-2017, 19:43)
Nəriman Əliyevin qohumunun 300 000 aldığını təsdiqləyən sənəd ortaya çıxdı - FAKT

Nəriman Əliyevin qohumunun 300 000 aldığını təsdiqləyən sənəd ortaya çıxdı - FAKT

 

“Ştutqart” mağazalar şəbəkəsinin direktoru Əfqan Abdullayevin Masallı rayon sakini hazırda Bakı şəhərində yaşayan Rəfiyev Fərhad Rasim oğlunun evini və avtomobillərini əlindən alması barədə ötən günlərdə yazı dərc etmişdik. Haqsızlıqla üzləşən, əmlakı əlindən alınan vətəndaş Fərhad Rəfiyev başına gələn xoşagəlməzliklə bağlı müxtəlif instansiyalara müraciət edib. Maraqlıdır ki, mətbuatda bu hadisə ilə bağlı ciddi iradlar səslənir, amma qarşı tərəf olan Masallıdan millət vəkili seçilmiş Nəriman Əliyevin bacısı oğlu “Ştutqart” MMC-nin direktoru Əfqan Abdullayev, yaxud da şirkət adından hansısa münasibət bildirilmir. Əslində susmağın razılıq əlaməti olduğu bir çox məqamlarda özünü doğruldur. Heç şübhə etmirik ki, vətəndaş Fərhad Rəfiyevin dedikləri yalandır və qarşı tərəfə şər-böhtan atır. Çünki NUH.az olaraq bu məsələnin izinə düşdüyümüzdən araşdırmalarımız ciddi nəticələrlə sonlanır.
NUH.az olaraq yuxarıda bəhs olunan məsələ ilə bağlı ciddi bir sənəd əldə etmişik. Qeyd edək ki, həmin sənəddə deputat Nəriman Əliyevin bacısı oğlu “Ştutqart” MMC-nin direktoru Əfqan Abdullayev öz imzası ilə təsdiqləyir ki, vətəndaş Fərhad Rəfiyevdən 300 000 (üç yüz min) manat məbləğdə pul alıb. Adını da qoyub şirkətə vurduğu zərərin əvəzi.
Qeyd edək ki, Fərhad Rəfiyev bildirir ki, “Ştutqart”da işlədiyi müddət ərzində heç bir səlahiyyəti olmayıb. Yalnız satışla məşğul olub. Amma qarşı tərəf olan Əfqan Abdullayev iddia edib ki, guya Fərhad Rəfiyev işlədiyi müddətdə şirkətə 300 000 manat dəyərində ziyan vurub. Ona görə də, bu ziyanı Fərhad Rəfiyevin evini və maşınlarını əlinə keçirməklə ödətdirib.
Amma əmlakı əlindən alınandan sonra Fərhad Rəfiyevin müxtəlif dövlət qurumlarına etdiyi şikayətlərdən sonra Əfqan Abdullayev polisə verdiyi izahatında 300 000 (üç yüz min) manatı danaraq Fərhad Rəfiyevin şirkətə 3000 (üç min) manat ziyan vurduğunu qeyd etmişdir. Digər tərəfdən isə, Fərhad Rəfiyevin adına olan ev və maşınların Əfqan Abdullayevin adına keçməsi ASAN xidmət mərkəzində eyni gündə rəsmiləşdirilib. Bütün bunları isə, hüquq-mühafizə orqanı əməkdaşları araşdırmaqda maraqlı görünmür. Əksinə olsaydı, çoxdan mətbuatın da qarışdığı problem həllini tapar və vətəndaşın evi, maşınları özünə qaytarılardı.
Son olaraq qeyd edək ki, əldə etdiyimiz məlumata görə “Ştutqart” mağazalar şəbəkəsinin direktoru Əfqan Abdullayev Nizami rayon Prokurorluğuna hansısa sənədlər təqdim edərək qarşı tərəfi şərləməklə məşğul olur. Hər halda bunu əks tərəf iddia edir. Növbəti yazılarımızda bu məsələyə və bir də “Ştutqart”ın vergi ödənişinə toxunacağıq. Bununla bağlı da, ciddi sənədlər əldə etmişik.
NUH.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 


Nəriman Əliyevin qohumunun 300 000 aldığını təsdiqləyən sənəd ortaya çıxdı
Nəriman Əliyevin qohumunun 300 000 aldığını təsdiqləyən sənəd ortaya çıxdı  

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024