Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (30-03-2017, 21:58)
Xanım sahibkara 300 min “atan” deputatla bağlı –Prezidentə sensasiyalı müraciət

Son dövrlərdə, sahibkarlara qarşı məmur özbaşınalıqları Azərbaycan Prezidentinin gündəmindədir


Sahibkarlığın inkişafı, yeni əlaqələrin qurulması və dövlət qurumlarının dəstək olmaq əvəzinə əngəl törətmələri İlham Əliyevi çıxışlarının əsas tezisləridir. Elə prezidentin dünən sahibkarlarla keçirilən görüşdə dedikləri də ölkə başçısının bu məsələdə prinsipial mövqedə olduğunu göstərir:

“Ancaq yeni dövr, yeni vəziyyət yeni yanaşmaları tələb edir. İndiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, daxili və yerli istehsalı sürətləndirmək üçün tədbirlər görülməlidir. Müvafiq dövlət qurumlarına artıq tapşırıq vermişəm, ancaq istəyirəm ki, yerlərdən sahibkarlar özləri də o problemləri ortaya qoysunlar ki, bu problemlər öz həllini tapsın”.

Prezident nə üçün təkrar-təkrar sahibkarlara təzyiq məsələsinin üzərinə gedir? Çünki ölkə başçısı bəzi məmurlardan fərqli olaraq, bir dövlətin inkişafının yalnız iş dünyasını ayaqda saxlamaqla yüksələcəyini bilir. Bu səbəbdən də, Azərbaycan prezidenti “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır” dedikdə, məmur özbaşınalığının pik həddə çatdığına işarə edirdi.

Maraqlı olan cəhət isə cəzasızlıq mühitinə alışan məmurların sahibkarlara günün günorta çağı divan tutmasıdır. Çünki bilirlər ki, hüquq-mühafizə orqanları onları “görməyəcək”. Ən yüksək instansiyalara edilən şikayətlər bir zənglə yoluna qoyulacaq. Necə ki, xanım sahibkara yüz minlərlə manat “atan” millət vəkili Rafael Cəbrayılov və ortağı Mirəhməd Abbasova “gözün üstə qaşın var” deyən yoxdur.

Bu səbəbdən də “Məlahət” MMC firmasının direktoru Məlahət Qurbanova üzünü dövlət rəhbərliyinə tutaraq, onu müflis olma həddinə çatdıranlara gücünün çatmadığını, professional hüquqşünas olduğu halda hüququn belə bu özbaşınalıq qarşısında aciz qaldığını faktlarla çatdırıb.

Məktubda deyilir:“ Təəssüf ki, Sizin də qeyd etdiyiniz kimi, sahibkarlığın inkişafına dəstəyin dövlət siyasəti olduğunu bilmək istəməyən məmurlar görülən müsbət işlərə kölgə salmağa cəhd edirlər. Sizin olduqca korrekt şəkildə buyurduğunuz kimi, bu gün bəzi məmurlar “sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”.

Nə qədər acınacaqlı da olsa, bəzi millət vəkilləri dövlətimizin və xalqımızın onlara verdiyi etimaddan sui-istifadə edərək, bizi boğur, soyur və incidirlər. Mən 30 ilə yaxın müddət ərzində lombard sahəsində rəhbər vəzifədə çalışıram. İxtisasca hüquqşünas olduğum halda bu sahəyə maraq göstərmiş və ulu öndərimiz Heydər Əliyevin “özəlləşdirmə” çağırışına ilk qoşulanlardan biri olaraq, “Məlahət” MMC-ni təsis etmişəm və bu onlarla vətəndaşımıza iş yeri olmuşdur. Bu gün də rəhbərlik etdiyim müəssisə onlarla ailənin yeganə qazanc mənbəyidir. Fəqət Azərbaycanda azad sahibkarlığa qənim kəsilmiş, dəfələrlə bank kreditlərini ödəmədiyi üçün məhkəmələrə verilən Azərbaycan Milli Məclisinin üzvü Rafael Cəbrayılov ölkəmizin ilk özəlləşdirilmiş qurumlarından biri olan “Məlahət” MMC-nin də fəaliyyətinə olduqca ağır zərbə vurub”.

Rafael Cəbrayılovun ona vurduğu maddi zərbəni bu cümlələr açıqlayır: “Milli Məclisin üzvü Rafael Cəbrayılov şəriki Mirəhməd Abbasovun vasitəsi ilə məndən 165 min manat borc alıb və bu günə qədər borcunu ödəməyib. Belə ki, öncə tələbə yoldaşım, o zamankı adı ilə Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsindən tanıdığım Mirəhməd Abbasov vasitəsi ilə məndən Cəbrayılov qardaşlarının tikinti biznesi üçün kiçik məbləğlərdə borc götürən deputat bununla etimadımı qazanmaq məqsədi güdüb. 2012-ci ildə isə Mirəhməd Abbasov deputatın tikinti biznesi, Türkiyə Cümhuriyyətində aldıqları mülklərin ilkin ödəməsi və qoyunçuluq-donuzçuluq fermaları üçün yuxarıda söylədiyim rəqəmdə məbləğdə pul istədi. Əvəzində isə 300 min manat dəyəri olan qeyri-yaşayış sahəsinin satın alınmasına dair müqaviləni təqdim etdi. Deputatın qardaşı Elşən Cəbrayılovun direktoru olduğu “Dərhal” MMC-nin həmin məbləğin ödənildiyini təsdiq edən qəbzi, Abşeron rayon icra hakimiyyətinin obyektin tikintisinə dair icazə sənədi, tikintinin layihəsi mənə təqdim olundu. Lakin aylıq ödəmələr gecikdiyi üçün biz Mirəhməd Abbasovla əlaqə saxladıqda, o, öncə deputatın borcu ödəmək fikrində olmadığını və özünün də bizə kömək etmək istədiyini desə də, sonradan şəriki ilə birlikdə haqqımda çirkin məqalələrin yayılmasına başçılıq etdi. Mən pulun əvəzində həmin mülkü tələb etdikdə isə, pulum qaytarılmadığı kimi, təminat olaraq sənədləri bizə təqdim edilən mülkün də başqasına satıldığı məlum oldu. Nəticədə mən həmin pulu bankdan götürüb verdiyim üçün 165 min əsas məbləğdən başqa 56 min 600 manat da faiz borcu yaranıb. Mən isə bank qarşısında götürdüyüm öhdəliyi vaxtlı-vaxtında ödəyirəm ki, bu da bir sahibkar olaraq, məni iflas həddinə çatdırıb”.

Deputatın vurduğu zərbənin təkcə ona deyil, həm də kasıb əhaliyə dəydiyinə diqqət çəkən M.Qurbanova bildirir ki, “Nəzərə alsaq ki, bizim müştərilərimizin heç də hamısı R.Cəbrayılov kimi zənginlər deyil, əksəriyyətinin sosial durumu olduqca aşağı səviyyədədir, durumumuzun nə qədər acınacaqlı olduğunu təsəvvür etmək çətin deyil. Biz 1917-ci ildən fəaliyyət göstərən tarixi lombard olaraq, bu sahədə illərlə əhalinin və vergilərimizi zamanında ödəyərək, dövlət qurumlarının da etimadını qazanmışıq və bu gün təsadüfi lombardlardan fərqli olaraq, insanlar bizə inanırlar. Təəssüf ki, Rafael Cəbrayılov və Mirəhməd Abbasovun bizə vurduğu zərbə nəticəsində rəhbərlik etdiyim müəssisənin fəaliyyəti iflic vəziyyətə düşüb”.

Və əsl mərəkə də bundan sonra başlayıb. Hüquqşünasın qanuna uyğun mübarizəsi deputatın qeyri-leqal və qeyri-bərabər fəndləri nəticəsində hələki boşa çıxır: “Bu barədə Baş prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə müraciət etsəm də, keçmiş hüquq-mühafizə orqanı əməkdaşları olan Rafael Cəbrayılov və Mirəhməd Abbasov burada da önümə əngəl çıxartdılar. Qaranlıq yollarla mənim şikayətim üzrə işin bağlanmasına nail olan millət vəkili və şəriki bütün günahın deputatın sürücüsündə olduğunu bildirib və guya mənim o qədər pulu sürücüyə əmanət etdiyimi iddia edib. Nəsimi rayon Polis İdarəsində bu yöndə qondarma cinayət işi açdıran Cəbrayılov deputat səlahiyyətlərindən sui-istifadə edərək, Baş Prokurorluqdakı bəzi şəxslərin əli ilə hüquqlarımızı kobud şəkildə pozub. Baş prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsi açıq şəkildə Rafael Cəbrayılovun mövqeyini müdafiə edərək, daha bir sahibkarı Sizin ifadənizlə desək, boğurlar və incidirlər. Beləliklə, Rafael Cəbrayılov və ölkəni baş prokuroru Zakir Qaralov haqqında nalayiq ifadələr işlədən Mirəhməd Abbasov Respublika Prokurorluğundakı bəzi vəzifəli şəxslərin əli ilə mənim və tarixi müəssisənin çökdürülməyimə səbəb olurlar”.

İndiki zamanda bir insanın işsiz qalmasının bir ailənin ac qalması demək olduğu bir zamanda Rafael Cəbrayılov onlarla işçini çörəklə imtahan edir: “Mən bir sahibkar olaraq, onlarla insanı işlə təmin edərək, Sizə sədaqətlə xidmət edirəm. Hesab edirəm ki, hər bir işçi bir ailə deməkdir. Onlarla ailəyə maaş verə bilmək, vergi ödəmək mənim üçün böyük xoşbəxtlikdir və vətənə xidmətdir. Lakin Rafael Cəbrayılov və şərikinin mənə vurduğu zərər nəticəsində fəaliyyətimiz iflic olub və partnyorlarımız qarşısında etibarımızı itirmək təhlükəsi ilə üzləşmişik”.
Müraciətinn sonunda Məlahət Qurbanova deputatı debata çağırmaqdan da çəkinmir: “Əgər mən haqqımda yazdırdığı kimi millət vəkili vəsiqəsi daşıyan Rafael Cəbrayılova qarşı iftira atıramsa, bunu niyə aydınlaşdırmaq istəmir? Nə üçün parlamentin 125 üzvü arasında sadəcə onun adını hallandırdığımla maraqlanmır? /Azerinfo Bir sahibkar olaraq, məni borc bataqlığında boğmaq, eyni zamanda Sizə çatmasını istədiyim haqq səsimi batırmaq istəyir”.
Göründüyü kimi, onlarla insana çörək verən bir müəssisə bir deputatın maraqlarına qurban edilir. Üstəlik, bu müəssisə və iş xanımı Rafael Cəbrayılov və qardaşlarının müflis etdiyi ilk müəssisə və iş xanımı deyil. Azərbaycanda bank tərəfindən məhkəməyə verilən və uduzan millət vəkili ünvanına sahib Rafael Cəbrayılovun uğursuz tikinti biznesi və donuz fermerliyi çox iş adamını müflis edib. Hazırda o iş adamları ilə danışıqlar aparılır və yaxında Rafael Cəbrayılovun qurbanları bir təşkilatda birləşərlərsə, buna təəccüblənməmək lazımdır.
Xatırladaq ki, Cəbrayılovların “Nikoil” Bank ilə də analoji problemi yaranmışdı. O zaman millət vəkili “Dərhal” MMC-yə zamin durduğu üçün məhkəməyə verilmişdi. Belə ki, “Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatova məhkəmədə qələbə qazanmışdı. Nəticədə Cəbrayılov bir evini və ofisini banka vermək məcburiyyətində qalmışdı.

Qeyd edək ki, maliyyə naziri Samir Şərifov da sahibkarların hüquqlarının qorunacağını bildirmişdi. “Biz çalışmalıyıq ki, əhali üçün yüksək həyat standartlarını qoruyaq. Biz bunun üçün ilk növbədə sahibkarlara yaxşı şərait yaratmalıyıq, dəstək verməliyik, əngəl törətməməliyik. Çünki, iqtisadiyyatın hərəkətverici qüvvələrindən biri sahibkarlardır. Onlar yeni müəssisələr yaratmaqla yeni iş yerləri açırlar. Yaxşı biznes mühiti olanda, sahibkar gələcək perspektivləri başa düşəndə, o, investisiya yatıracaq”. Göründüyü kimi Samir Şərifov çox maraqlı məqama toxunur və “sahibkarlara yaxşı şərait yaratmalıyıq, dəstək verməliyik, əngəl törətməməliyik” deyir. Qısacası, sahibkarların qorunması artıq dövlətin siyasətidir. Fəqət R.Cəbrayılov və ortağı Mirəhməd Abbasova “dur” deyən yoxdur…

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024