Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (19-12-2015, 23:21)
Eldar Mahmudovun biznesini işlədən Mirəhməd Abbasov deputata necə tələ qurub? – ŞOK İDDİA...

Xəbər verildiyi kimi son günlər Milli Məclisin üzvü Rafael Cəbrayılov və ortağı Mirəhməd Abbasovla bağlı ittihamlar səsləndirilməkdədir. Adı dəfələrlə maliyyə qalmaqallarında hallandırılan R.Cəbrayılovun adı “Nikoil” Bankdan sonra “Lombard”a pul atmaqda hallandırılır. Fəqət bu dəfə deputatın adının maliyyə qalmaqalında hallanmasında Mirəhməd Əhmədov adlı yaxınının xüsusi rolunun olduğu vurğulanır.
Belə ki, Mirəhməd Abbasov deputatın ona olan etimadından sui-istifadə edərək, vətəndaşları soyub-talayıb. Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun direktoru olduğu “Dərhal” MMC-nin tikdirdiyi binalardakı eyni mənzilləri bir neçə nəfərə sataraq, dələduzluq edən Mirəhməd Abbasov həm də bu fəaliyyəti ilə millət vəkili və qardaşını ciddi zərbə altında qoyub.
Məsələn, Məlahət Qurbanova adlı vətəndaşın mətbuata müraciətində bildirilir ki, 2013-cü ilin əvvəlində çoxdan tanışı olan, vaxtı ilə prokurorluq orqanlarında çalışmış Mirəhməd Abbasov onun rəhbərlik etdiyi “Lombard”dan pul götürüb və qaytarıb. Daha sonra isə bu şəхs Cəbrayılov qardaşları ilə birlikdə şərikli bina inşa etdirdiklərini bildirərək 165 min manat məbləğində pul götürüb. Hətta M.Abbasov ona millət vəkilinin sahibi olduğu binadan 300 min manat dəyəri olan qeyri-yaşayış binasının müqaviləsini, kassa mədaxil qəbzini, Abşeron rayon İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini və layihəsini təqdim edib. Tikintini isə R.Cəbrayılovun qardaşı E.Cəbrayılovun adına olan “Dərhal” MMC inşa etdirir. Bunu rəsmi sənədlər təsdiqləyir.
Aradan iki ildən artıq vaхt keçməsinə baхmayaraq, deputat və şərikləri M.Qurbanovanın pulunu geri qaytarmayıb. Çarəsiz qalan zərərçəkən isə çarəni Baş Prokurorluqda aхtarıb. Lakin burda da onun dərdinə əlac edən olmayıb. Belə ki, R.Cəbrayılovun sürücüsü Vüqar məsuliyyəti öz üzərinə götütərək, bütün işləri deputatdan хəbərsiz gördyünü “etiraf” edib. Hər halda, Baş Prokurorluqdan M.Qurbanovaya belə deyiblər. Hətta guya Cəbrayılov qardaşları və M.Abbasov bununla bağlı Nəsimi polisinə şikayət də edib. Halbuki sürücüyə kimsənin o qədər pulu verməyəcəyi bəllidir. İşin maraqlı tərəfi odur ki, hissə-hissə alınan pulun bəzi hissələri üçün Mirəhməd Abbasov sürücünü göndərsə də, aylıq ödəmələrin əksəriyyətini özü şəxsən ödəyib. O zaman sual yarana bilər ki, nə üçün sürücünün götürdüyü pulun faizini Mirəhməd Abbasov ödəyib? Hər dəfə “başıbatmışa pul lazımdır”, “yekəbaş pul istəyir” deyərkən, Mirəhməd Abbasov sürücünümü nəzərdə tutub, yoxsa ona çörək verən, əlindən tutan və bu gün də arxasında olan millət vəkilini hər yerdə olduğu kimi “Lombard”da da təhqir etməkdən çəkinməyib?!
Və ya 300 minlik dəyəri olan mənzilin sənədlərini Mirəhməd Abbasov sürücü üçünmü “Lombard”a təqdim edib? Görünən dağ bələdçi istəməz.
Doğrudur, R.Cəbrayılov bu gün M.Abbasovu qorumaqdadır. Fəqət ondan gizlin görünən işləri, sabiq nazir Eldar Mahmudovla gizli ticarəti bildikdən sonra da Mirəhməd Abbasovu qorumağa davam edəcəkmi? Bilmirsə, biz bir neçə faktı diqqətinə çatdıra bilərik.
Deməli, deputatın qardaşının direktoru olduğu “Dərhal MMC”nin 30-dan çox mənzili Eldar Mahmudovun qudası Çingiz Əsədullayevin “AGBank”dan götürülən borcun əvəzində verilib. Bu əməliyyata imza atan deputatın qardaşı olsa da, işi düzüb-qoşan Mirəhməd Abbasov olub.
Türkiyədəki biznesi və villalarının inşası üçün ölkədən getdiyi zaman ödəmələr üçün E.Cəbrayılovun deyil, məhz R.Cəbrayılovun telefonunlarını verən Abbasov dəfələrlə görüşdüyü şəxslərə Eldar Mahmudovun biznesini idarə etdiklərini açıqlayıb.
Akif Çovdarovla və Çingiz Əsədullayevlə olan dostluğundan hər məclisdə danışan Mirəhməd Abbasov onlara necə qızlar apardığını da detalları ilə anlatmaqdan zövq alırmış.
Təkcə mahmudovçulara deyil, bir sıra vəzifəli şəxsə qız daşıdığından utanmadan danışan M.Abbasovun prokurorluq sistemindən qovulduqdan sonra Rafael Cəbrayılovla birlikdə baş prokuror Zakir Qaralova qarşı generallarla birlikdə mübarizə apardıqlarını da eşidən onlarla şahid var: “Zakir bizi vurub nə etdi? Rafael deputat oldu, mənim də hər şeyim var, dupleksim belə var, onun dostlarından da güclü dostlarımız var”.
Bu gün hər kəsin önünə Cəbrayılovun binasında yaşayan sürücü Vüqarı çıxartmaqla əslində özünü qoruyub, deputatı töhmət altında buraxan Mirəhməd Abbasov 52 min manatlıq ev satdığı Osman Hacıyev adlı vətəndaşı da aldadarkən də, Binəqədi Gənclər Şəhərciyinin əslində Eldar Mahmudova məxsus olduğunu bildirib.
Bu yaхınlarda isə Osman Hacıyev ev aldığı binada problemlərin çıхdığını, hətta bina sahiblərinin şəriklərinə kələk gəldiklərini öyrənib. Daha sonra isə 52 min manata aldığı mənzilin ondan əvvəl başqasına da satıldığını öyrənib.
Mirəhməd Abbasov klassik mahmudovçu hədə-qorxuları ilə narazıları susdursa da, bu gün dönəm dəyişib. Dünənə qədər Akif Çovdarovun işgəncələri ilə öz dələduzluqlarını ört-basdır etsələr də, indi həmin variant keçmir. Bu səbəbdən də sürücünü qurban edərək, özünü xilas etmək istəyir. Ancaq ortada tapdalanan R.Cəbrayılovun millət vəkili reputasiyasıdır. Çünki bütün sənədlərdə Cəbrayılov soyadı keçməkdədir, Abbasov deyil. Bunu və kimsənin sürücünün bu qədər oyunu təkbaşına etdiyinə inanmayacağını bildiyi üçün rahatdır. Çünki nə zərbə gələrsə, deputat və qardaşlarına gələcəyini bilir. Klassik agent variantı ilə deputatı zərbə altında qoyaraq, özünü xilas etməyə çalışır.
Fəqət dünənə qədər susdurduqları artıq artmaqdadır. Bir mənzili iki-üç nəfərə satmasının qurbanları hər keçən gün artmaqdadır. Artıq bir neçə şəxs də Baş Prokurorluğa müraciət edərək, “Dərhal” MMC-nin onları aldatmasından şikayətçi olublar. Nəzərə alsaq ki, bu MMC-nin birbaşa deputatla bağlılığı var, o zaman Mirəhməd Abbasovun törətdiyi cinayətlərə görə, məsuliyyət daşımasına Rafael Cəbrayılovun da yardım edəcəyini düşünmək olar. Çünki köhnə həmkarı və hazırkı ortağı onu və yaxınlarını zərbə altında qoyub.
Mövzuya qayıdacağıq.
/teref.info/

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024