Karusel / Slayd (30-03-2017, 12:30)
Fuad Hacıyev ADBTİA-nı özününküləşdirir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin "özünəməxsus" kadr siyasəti barədə etibarlı mənbədən verilən məlumatlar əsasında hazırladığımız məqalə saytımızda dərc olunandan sonra redaksiyamıza həmin sıradan yeni məlumatlar daxil olub. Xatırladaq ki, Mediatv.az saytında gedən yazıda Fuad Hacıyevin ADBTİA-ya rəhbər gələndən bəri bu ali təhsil müəssisəsindən narazılıqların sayının artmasından, nə özünün, nə də yeni təyin etdiyi kadrların ixtisasının sözügedən ali təhsil müəssisəsinin profilinə uyğun gəlməməsi barədə tutarlı faktlar açıqlanmışdı. Qarşı tərəfə də mövqeyini bildirməsi üçün tribuna təklif etsək də , hələ ki Fuad Hacıyevin reaksiyası ləngiyir. Odur ki, baş verə biləcək hər hansı hətta vicdanlı yanlışlığa görə də (hərçənd, belə olacağını yəqin etmirik-red.) məsuliyyət Akademiya rəhbərliyinin üzərinə düşür. Aldığımız yeni məlumatda bildirilir ki, müəllimlərin öz aralarında "rektorun kaşelyoku" (pulqabısı - tərc.) dedikləri elmi katib Bəxtiyar Rüstəmovun kabineti qarşısında qabiliyyət imtahanı ilə bağlı pul vermək istəyənlər sözün əsl mənasında tıxac yaradıblar. Mediatv.az-a verilən məlumata görə ödənişli əsaslarla oxuyanların ödəniş haqqının iki dəfəyə yaxın qaldırılmasına baxmayaraq, müəllimlərin maaşı bir manat da artırılmayıb. Bayram münasibətilə heç kəsə mükafat verilməyib. Rektor özüylə gətirdiklərinə (nə elmə nədə ki idmanaaidiyyatı olmayanlar) yüksək maaş verməklə bərabər, hər ay "paket" də verir.Bu hal müəllim kollektivi arasında böyük narazılıq yaradıb. Belə ayrı-seçkilik münasibəti kollektivin monolit birliyini çökdürür, ikili standart, işgüzar atmosferi pozur. Ən təəəccübdoğurucu xəbər isə budur ki, rektor F. Hacıyev Akademiyada tələbə yeməkxanasını ləvğ edərək yerində klinika açmağı planlaşdırır. Tələbələrin təqaüdləri isə vaxtlı-vaxtında verilmir. Akademiyanın feyzbuk səhifəsində 5 mart - beynəlxalq idman günündə Günel Ağayeva adlı tələbə "Stpendiamizi verin de bizim" deyə rəy yazıb. Bu isə artıq başqa söhbətin mövzusudur.
Qarşı tərəfin cavab haqqını tanıyırıq