Karusel / Slayd (31-01-2017, 21:27)
DSMF Zərdab rayon şöbəsinin müdiri ilə bağlı korrupsiya faktı təsdiqləndi
Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev barədə bir neçə dəfə redaksiyamıza şikayət məktubu daxil olub.
Avropa.info xəbər verir ki, redaksiyamıza daxil olan və dərc etdiyimiz məlumatlardan biri öz təsdiqini tapıb.Saytımızda Canpolad Vəliyevin idarənin işçilərinin adına saxta sənəd hazırlayaraq məzuniyyət pullarını mənimsəməsi ilə bağlı dərc olunan yazıdan sonra DSMF-nun Zərdab rayon şöbəsinə yoxlama göndərilib.
Gələn yoxlama korrupsiya halını araşdıraraq faktı üzə çıxarıb və qıza bir vaxtda həmin on səkkiz nəfər idarəyə çağırılaraq mənimsəlinən pulun geri qaytarılması təmin olunub. Siyahıda adları qeyd olunan 18 nəfərin pulu məzuniyyət pullarını ödəməsinə və göstərdiyimiz faktın təsdiqini tapmasına baxmayaraq Canpolad Vəliyevlə bağlı heç bir tədbir görülməyib.
DSMF Zərdab rayon şöbəsinin məzuniyyətə göndərilmədən məzuniyyət pulları mənimsənilən işçilərinin siyahısını sizə təqdim edirik: