Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (30-01-2017, 23:14)
SURAXANI SU-KANAL İDARƏSİ SAKİNLƏRƏ YEZİD ZÜLMİ YAŞADIR-ÖZƏL

Yerlərdə bu və ya digər vəzifə sahiblərinin sadə vətəndaşları problem yaşatmaları ,onlara lazımınca xidmət göstərməmələri və incitmələri zaman-zaman yaşanan olaylardan olub. Bu sırada Suraxanı rayon Su-Kanal İdarəsinin adı, daha öndə gedən idarələrdən biri olaraq hallanıb. İdealist olan hər kəs inanır ki, Adəmi (ə.s) yoxdan var edən Tanrı əvvəl onu su ilə torpaqdan yoğurmuş, sonra od ilə gücləndirib, sonda Babamız Adəmə (ə.s) ruh üfürmüşdür. Bu ilahi qüdrəti tanıyıb, onu öz adət-ənənələrində təcəssümünü yaşadanlar biz azəri türkləri olmuşuq. Bəzilərinin indi ağız büzüb, “atəşpərəstlik adət-ənənələridir” dedikləri Müqəddəs Novruz bayramından əvvəlki dörd çərşənbədə məhz bu həyat elementlərinin insanın dünya həyatındakı önəmli roluna yapılan vurğudur. Başqa sözlə, bu dörd  ünsür: torpaq, su, od və yel (ruh), Yer aləmindəki həyatın ən əsas beşinci ünsürü insanı həyatda tutan amillərdir.Bu dörd ünsür içərisində isə suyun xüsusi çəkisi daha ağırdır. Tanrı Yer adlanan gəzəyəndə suyu həyat mənbəyi qərar verərək insanın bədənində də, Yer kürəsində də onu əsas hissə olaraq xəlq etmişdir. Yəqin bu səbəbdəndir ki, üç aya yaxın aclığa tab gətirə bilən insan orqanizmi, yetmiş iki saat susuz qalacağı təqdirdə məhvə məhkum olur. Mediatv.az-a Bül-bülə qəsəbə sakinlərinin verdiyi məlumata görə iki gündir ki Suraxanı rayon Bül-bülə qəsəbəsinin böyük bir ərazisinə su verilmir,səbəb isə 3-5 adamın suya olon borcudur.Bu məsələyə aydınıq gətirmək üçün Suraxanı rayon Su-Kanal İdarəsi ilə əlaqə saxladıq.Su-Kanal idarəsindən vətəndaşların verdiyi məlumatı təsdiqlədilər və abonentlər borclarını tam ödəməyincə suyun verilməyəcəyini bildirdilər. Suraxanı Su-Kanal İdarəsinin bu hərəkəti görəsən reketçilikdi yoxsa dövlət qanunlarına meydan oxumaq?Görəsən idarə rəisinə bu səlahiyyəti kim verib?Borcu olmayan abonentin günahı nədir ki idarə rəisinin şəxsi anbisiyalarına görə günlərlə susuz qalsın.Onlar görəsən özüni yezid, qoçu,dövlət qanunlarına meydan oxuyan məmur ya da cənab prezidentin buyurduğu kimi "xalqın xidmətçisi" hesab edir?Amma, bir həqiqəti dərk etmək lazımdır ki, halhazırda sivil qanunlarımız var və hər bir məmurun qol qoyduğu qanunsuzluqları araşdıran, hər kəsə atdığı qanunsuz addımlarına görə lazımi cəzasını verən aidiyyatı təşkilatlarımız var. İnanırıq ki, açıqlamanın dərcindən sonra Azərsu ASC səlahiyətliləri tərəfindən problemin varlığına reaksiya veriləcək və problem lazımınca da araşdırılacaq.

Problemin varlığını diqqətdə saxlayacağıq.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024