Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (19-01-2017, 12:29)
General Natəvan Mürvətova da məhkəməyə gətirildi

General Natəvan Mürvətova da məhkəməyə gətirildi

 

Bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi başlayır.

Qafqazinfo”nun verdiyi xəbərə görə, proses Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək.

Bu günkü iclasda ilkin hazırlıq prosesi baş tutacaq.

Qeyd edək ki, adıçəkilən şəxslər qanunsuz dinləmədə, sahibkarlara hədə qorxu gələrək pul almaqda, vəzifə səlahiyyətlərini aşmaqda, rüşvət almaqda təqsirləndirilirlər.

***

İttiham olunan generallar artıq iclas keçirilən binaya gətiriliblər. Polisin nəzarətində olan general Natəvan Mirvətova da məhkəməyə gəlib. Proses başlamaq üzrədir.

Jurnalistlər prosesə buraxılmayıb. Polis əməkdaşı bildirib ki, hakim Həbib Həsənov onlara məhkəməyə buraxılacaq şəxslərin siyahısı verilib və siyahıdan kənar heç kimi buraxmamaq tapşırıb. Jurnalistlərin adı isə siyahıya salınmayıb. DİN əməkdaşı bildirib ki, məhkəmənin daxili qaydalarına görə xüsusi icazə olmadan, media orqanlarının əməkdaşları binaya buraxılmır.

Xatırladaq ki, qanunvericiliyə görə, hazırlıq iclası açıq keçirilir və jurnalistlərin iştirakına qadağa qoyula bilməz.

Təqsirləndirilən şəxslərin vəkilləri jurnalistlərin prosesə qatılması üçün vəsatət verəcəklərini bildiriblər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024