Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (28-12-2016, 14:24)
"Tağı Əhmədovun telefonunu Eldar Mahmudovun tələbi ilə dinləmişik" - generaldan şok açıqlama

 

 

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mediatv.az:  Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses jurnalistlərin iştirakı olmadan davam etdirilib. Məhkəmə prosesində hazırda həbsdə olan MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev ifadə verib.
Musavat.com-a açıqlama verən A.Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, T.Quliyev məhkəmədə heç bir qanun pozuntusuna yol vermədiyini və təlimata əsasən fəaliyyət göstərdiyini söyləyib: "Teymur Quliyev dedi ki, nazir Eldar Mahmudovun imzaladığı tələbnamə əsasında siyahıda olan nömrələri dinləyiblər. Kimlərinsə nömrəsini dinləmək üçün məhkəmə qərarı tələb olunmayıb. T.Quliyev dedi ki, onların idarəsi köməkçi idarə olub və hər zaman da belə fəaliyyət göstəriblər. O, bildirdi ki, DİN, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi də onlara müraciət edib və həmin zaman da telefonlar eyni qaydada dinlənilib. T.Quliyev söylədi ki, Tağı Əhmədovun da telefonu nazirin tələbnaməsi əsasında dinlənilib".
Vəkil bildirib ki, general Akif Çovdarov da bu məsələ ilə bağlı arayış verib: "Bəzi dövlət qurumlarının, hətta Rüstəm Usubovun müraciət ilə açılmayan cinayət işlərinin araşdırılması üçün birgə fəaliyyət göstərilərkən telefon danışıqları dinlənilib. Bu zaman da nazirin tələbnaməsi ilə MTN-nin Monitorinq İdarəsi dinləmələr aparırdı".
Məhkəmədə şahid qismində Akif Çovdarovun sürücüsü Nurxan Atakişiyev də ifadə verib. Nurxan Atakişiyev ötən proseslərdə də ifadə vermişdi. 
Vəkil deyib ki, N.Atakişiyev sonuncu ifadəsindən sonra işdən çıxarılıb: "Nurxan DTX-da sürücü işləyirdi. O, sonuncu ifadəsindən sonra işdən çıxarıldığını dedi. Məhkəmədə bildirdi ki, ötən prosesdə ifadə verərkən işindən ehtiyat edib. Amma indi işsiz olduğu üçün rahat danışa bilir. O, ifadəsində A.Çovdarovin əleyhinə danışmadı".
Məhkəmədə A.Çovdarovun sürücüsü Tağı Əhmədovun epizodu üzrə ifadə verib. Sadiq Rəsulovun sözlərinə görə, N.Atakişiyev ifadəsində deyib ki, Tağı Əhmədovun özü, oğlu və qardaşı oğlu yalan ifadələr veriblər: "İttihama görə, Tağı Əhmədovun oğlu Ruslan Əhmədov və qardaşı oğlu Əli Əhmədov Akif Çovdarova pul verərkən Nurxan da orada olub. Nurxan ifadəsində dedi ki, bu yazılanlar yalandır. Hətta istintaq zamanı Nurxanla üzləşdirilərkən Əli Əhmədov onu tanımayıb. Nurxan dedi ki, istintaqda müstəntiq Əli Əhmədova onun Nurxan olduğunu, A.Çovdarovun sürücüsü olduğunu söyləyib. Bundan sonra Əli onu tanıdığını deyib. Həmçinin Nurxan dedi ki, Əli və Ruslan maşının nömrəsini də ifadələrində səhv göstəriblər. Nurxan onu da qeyd elədi ki, yay aylarında "Nissan" markalı maşını idarə edib, yalnız qış aylarında "Land Rover" sürüb. Buna səbəb kimi isə A.Çovdarovun səhhətini göstərib. Nurxan dedi ki, "Land Rover" hündür olduğundan A.Çovdarov minib-düşəndə çətinlik çəkirmiş. Ona görə də "Nissan"dan sitifadə edilirmiş. Ancaq Əli və Ruslan pulu "Land Rover"də verdiyini deyir. Həmin zaman da yay idi. Həmçinin Nurxan söylədi ki, Tağı Əhmədov və oğlunun dediyi pul vermək məsələsi yalandır".
İttihama görə, Tağı Əhmədov Akif Çovdarova 3 milyon manata qədər pul verdiyini iddia edib. A.Çovdarov tərəfindən təhdid edildiyini, oğlu və qohumları ilə şantaj edildiyini deyən T.Əhmədov buna görə generalın tələbini yerinə yetirdiyini deyib.
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024