Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-12-2016, 21:57)
Ruhaninin İrəvan səfərinin gizlinləri - Sözdə İslam həmrəyliyindən danışan İranın erməni sevgisi

 

İran prezidenti Həsən Ruhani Ermənistanda səfərdədir. Səfər zamanı İran və Ermənistan arasında “əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı anlaşma haqqında memorandum” imzalanacağı gözlənilir. Bu, 2013-cü ildə prezident seçildikdən sonra Həsən Ruhaninin Ermənistana ilk səfəridir. Ermənistandan sonra İran prezidenti Qazaxıstana və Qırğızıstana səfər edəcək.
Xatırladaq ki, Ermənistanda İran əsas iqtisadi tərəfdaşlardan biri hesab edilir. Bununla belə, rəsmi statistikaya əsasən, 2011-ci ildə iki ölkə arasında 323 milyon dollar təşkil edən ticarətin həcmi 2015-ci ildə 276 milyonadək azalıb. Bu, Ermənistanın ümumi xarici əmtəə dövriyyəsinin 5 faizini təşkil edir. Bu göstəricinin əsas hissəsini Ermənistanla İran arasında elektrik enerjisi müqabilində qaz mübadiləsi təşkil edir.
Ermənistan İrandan idxal edilən qazın haqqını elektrik enerjisi ilə ödəyir. Məsələn, 2014-cü ilin hesabatına əsasən Ermənistan İrandan aldığı 383 min kub metr qaz üçün İrana 1,165 milyard kilovat/saat elektrik enerjisi ilə hesablaşıb. İranla Ermənistan arasında ən perspektivli müştərək layihələrdən biri 2012-ci ildə başlanan Meğri su elektrik stansiyasıdır. Meğri SES-də, hər biri ildə 793 milyon kilovat/saat elektrik enerji istehsal etmə qabiliyyətinə malik iki stansiya tikilməlidir. Layihə üzrə 323 milyon dollar tələb edilən tikintini İran investisiya şirkəti maliyyələşdirməlidir. Lakin İrana qarşı beynəlxalq sanksiyalara görə tikinti işləri hələ başlanmayıb.
İran-Ermənistan elektrik xəttinin tikintisi layihəsi üzrə işlər başa çatmaq üzrədir. Xəttin İran hissəsi artıq hazırdır və İran tərəfi 2015-ci ilin sonundan Ermənistan ərazisində 280 kilometrlik hissəsinin tikintisinə başlayıb. Sözügedən elektrik ötürücü xəttinin Avropa maliyyə strukturlarının köməyi ilə Gürcüstana kimi davam etdirilməsi nəzərdə tutulur. Hazırda həyata keçirilməkdə olan layihələrdən İran qazının Ermənistan ərazisi ilə Gürcüstana ötürülməsi və Ermənistanın İran sərhədində yerləşən Meğri rayonunda azad iqtisadi zona yaradılmasını qeyd etmək olar.

Bundan başqa, Ermənistan İran mallarının Qara dəniz sahilinə, oradan da Avropaya nəql edilməsi üçün əsas tranzit ölkə olmaq məqsədilə miqyaslı “Şimal-Cənub” layihəsinə başlayıb. Layihə üzrə İran sərhədindən Ermənistan ərazisi ilə Gürcüstan sərhədinədək uzanan avtomobil yolunun yenidən qurulması planlaşdırılır. Lakin 2 milyard dollarlıq bu layihə üzrə pulların az qala yarısının sərf olunduğu bildirilir, işlər isə Ermənistan ərazisində yarımçiq qalıb. Tehran İranı Ermənistanla birləşdirən avtomobil və dəmiryolunun tikintisinə xüsusi əhəmiyyət verir. Tehran iddia edir ki, bu, körfəzdən Qara dənizə, oradan isə Bolqarıstana çıxmaq imkanı verə bilər. Ermənistan İranla dəmiryolu xəttini birləşdirmək istəyindədir.
Beləliklə, İran Azərbaycanı İsrail ilə əlaqə qurmaqda ittiham edir və sözdə İslam həmrəyliyindən danışır. Lakin İran prezidenti müsəlman ölkəsi olan Azərbaycan torpaqlarını işğal edən Ermənistana səfər edir. Görünən budur ki, Tehranın müsəlmanların hüquqlarının posulması ilə ifadə etdiyi narahatlıq siyasi mahiyyət kəsb edir. Rəsmi Tehran qeyri-səmimidir. İran işğalçını qınamaq və ona təzyiq etmək əvəzinə, hər vasitə ilə işğalçıya dəstək verir və heç şübhəsiz belə addımlar Azərbaycan ictimai rəyində mənfi qarşılanır.

Bu gün İran iqtisadi baxımdan İrəvana açıq dəstək verir. İran biznesmenlərinə Azərbaycanın işğal olunmuş ərazilərində rast gəlmək mümkündür. Bəs, İslam həmrəyliyi harada qaldı? İran bu gün Dağlıq Qarabağ məsələsində Azərbaycana hərbi və maddi yardım göstərmir, əksinə, Ermənistanın iqtisadi blokadadan çıxarılması üçün əlindən gələni edir.
Xüsusilə vurğulayaq ki, Bakı Tehranı qıcıqlandıracaq heç bir addım atmayıb. Azərbaycan ərzisindən İrana qarşı hərbi müdaxilə üçün istifadə edilməsinə Bakı imkan yaratmayacağını bildirib. Bu baxımdan, İran prezdentinin Ermənistana səfəri Azərbaycanı təbii olaraq, işğala məruz qalan müsəlman ölkəsi kimi narahat edir və Bakının Tehrandan hesabat tələb etməyə tam haqqı çatır.
Vurğulayaq ki, İran Ermənistan üçün xilaskar kəməridir. İran Ermənistana neft məhsulları və hərbi vasitələrlə yardım edir. Əslində, Ruhaninin İrəvan səfəri ilə İran strateji maraqlarını sərgiləyir. Bölgədə ən etibarlı tərəfkeşinin Ermənistan olduğunu göstərməyə çalışan İran Bakı üçün də təhlükə mənbəyi olaraq qalır…
Avropa.info-nun ekspert qrupu
 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024