Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (9-08-2016, 12:34)
“Yaxın vaxtlarda biz Qarabağla bağlı tarixi qərarın şahidi olacağıq” – Sensasion açıqlamalar

qarabaq-1

“Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşündə bir sıra vacib məsələlər öz həllini tapıb”.

Mediatv.az xəbər verir ki, bunu “Bakıda üçtərəfli görüş: Rusiya, İran və Azərbaycan yeni geosiyası reallıqlarda” adlı mətbuat konfransında çıxış edən tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov bildirib.

Onun sözlərinə görə, üçtərəfli görüşdə həllini tapan əsas məsələlərdən biri Şimal-Cənub dəhlizinin yaradılmasıdır: “Bu dəhlizin yaradılması ilə tranzit ölkələrə böyük iqtisadi imkanlar yaradılacaq. Ona görə də üçtərəfli görüşdən Şimal-Cənub dəhlizi ilə bağlı qərarın verilməsi olduqca vacibdir. İkinci vacib məsələ isə Rusiya şirkətlərinin bu layihədə yaxından iştirak etmələridir. Rusiya Dəmir Yolları (RJD) Astara-Rəşt dəmir yolunun tikintisini həyata keçirəcək. Bunun özü də Rusiya iqtisadiyyatı üçün olduqca sərfəlidir. Üçüncü məsələ isə üç ölkə arasında iqtisadi sahədə münasibətlərin dərinləşdirilməsidir. Bura enerji, nəqliyyat və kommunikasiya sahələrində birgə layihələrin həyata keçirilməsi aiddir. Dördüncü məsələ isə Xəzər dənizinin bioresurslarının birgə istifadəsində dair razılığın əldə olunmasıdır”.

S. Markov üçtərəfli görüşün İranın Xəzərin hüquqi statusu ilə bağlı mövqeyinin Rusiya və Azərbaycanın mövqeyinə yaxınlaşması istiqamətində mühüm addım olacağını da bildirib.

Rusiyalı ekspert Rusiya-Azərbaycan münasibətlərinə də toxunub: “İki ölkə arasındakı münasibətlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi böyük əhəmiyyət daşıyır.

Bildiyiniz kimi, avqustun 10-da Vladimir Putin Ermənistan prezidenti Serj Sərkisyanı Moskvada qəbul edəcək. Bu il münaqişənin həll edilməsi üçün əlverişli şərait yaranıb. Burada söhbət münaqişənin tam həllindən getmir. Bu həll müvəqqəti və güzəştli həll variantıdır. Bu güzəştin məğzi Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi müqabilində Ermənistanın blokadadan çıxarılmasından və Dağlıq Qarabağla sərhəd rayonların demilitarizasiyasından ibarətdir”. 

Siyasi ekspert Aleksey Bıçkov isə Azərbaycanın regionda vacib siyasi oyunçuya çevrildiyini vurğulayıb: “Ankara ilə Moskva arasında münasibətlərin normallaşması fonunda Bakı vacib regional oyunçuya çevrilməkdədir. Məlum təyyarə qalmaqalının günahkarının ortaya çıxması prezident Putinə aydın olandan sonra Rusiya-Türkiyə münasibətlərində mülayimləşmə baş verdi. Bütün bunlardan sonra Bakı Moskva ilə Ankara arasında əlaqə mərkəzi rolunu oynamaqdan çox, regionda vacib siyasi oyunçuya çevrildi. Ona görə də Bakıda keçirilən üçtərəfli görüşü tarixi əhəmiyyətli görüş hesab etmək olar. Bu görüş Azərbaycanın Moskva-Bakı-Ankara zəncirindəki bir halqa olmadığını, əksinə regionda güclü siyasi oyunçu olduğunu sübut edir”.

A. Bıçkov Azərbaycan və Rusiya prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparıldığını da qeyd edib:

“İki gün sonra Putin Sərkisyanla görüşəcək. İlham Əliyevlə görüşdə münaqişənin həlli ilə bağlı tarixi qərarın qəbul edilməsi tamamilə mümkündür. Yaxın vaxtlarda biz bu tarixi qərarın verilməsinin şahidi olacağıq. Çünki tərəflər yaxşı anlayırlar ki, münaqişə tezliklə həll olunmalıdır. Çünki belə münaqişə ocaqları hər an xarici oyunçular tərəfindən qonşu ölkələrlə münasibətləri korlamaq üçün alovlandırıla bilər. Bu gün Azərbaycan, Rusiya və İran liderləri yaxşı anlayırlar ki, regionda yeni müharibəyə yol vermək və münaqişənin həllini uzatmaq olmaz. Bu münaqişənin regionun inkişaf etməsinə imkan vermədiyini hər üç ölkə lideri yaxşı anlayır. Ona görə də, fikrimcə, Dağlı Qarabağ münaqişəsi ilə bağlı yaxın vaxtlarda tarixi qərar veriləcək. Bu qərar əlbəttə ki, yekun qərar olmayacaq. Bu qərar Azərbaycan-Ermənistan arasında əlaqələrin bərpa olunmasına kömək edəcək”.

Ekspertlər Azərbaycan, Rusiya, Türkiyə və İran hərbi blokunun yaranmasının mümkünlüyünə də münasibət bildiriblər.

Hərbi siyasi ekspert Aleksandr Perenciyev dörd ölkə arasında hərbi blokun yaradılmayacağını, lakin hansısa istiqamətdə bu ölkələrin hərbi-siyasi fəaliyyətini istisna etməyib.  /APA

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024