Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (12-07-2016, 13:51)
'Ermənistan Qarabağda müharibədən qaçmaq üçün öz siyasətinə yenidən baxmalıdır' -Ruben Mehrabyan

 

NATO-nun iyulun 8-i və 9-da Polşanın paytaxtı Varşava şəhərində keçirilən sammiti ətrafında müzakirələr davam edir.

 

Mediatv.az:  Xatırladaq ki, sammitin yekun kommünikesində Azərbaycanın ərazi bütövlüyü alyans tərəfindən bir daha dəstəklənib. Bundan başqa, kommünikedə postsovet məkanında münaqişələrin sülh yolu ilə və beynəlxalq hüquq prinsipləri əsasında nizama salınmasının vacibliyi vurğulanıb.

 

Sammitin gedişatı və onun yekununda qəbul olunan sənədlər Ermənistanda da aktual mövzuya çevrilib.

 

Tia.az erməni saytlarına istinadən erməni analitiklərinin bununla əlaqədar fikirlərini təqdim edir.

 

Maraqlıdır ki, erməni icmalçılarının heç biri kommünikedə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən müddəalarla bağlı bir kəlimə belə söyləmirlər.

 

Erməni analitiklərininn mövzu ilə bağlı fikirlərindən də görünür ki, onlar sanki özlərinə sadəcə ürək-dirək verirlər. Bundan başqa, özlərini guya qərbyönümlü və demokrat deyə təqdim edən erməni şovinist təhlilçilərin NATO-dan əslində nə istədikləri söylədikləri cümlələrdən aydın olur.

 

Ermənistan siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Mehrabyanın fikrincə, NATO Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həllinə çağırıb.

Ruben Mehrabyan alyansla əməkdaşlığı Ermənistanın maraqlarına cavab verdiyini yazır. Onun fikrincə belə olan halda Qarabağ münaqişəsinin həllinin yalnız Rusiyadan asılı olması halı ortadan qalxa bilər. Mehrabyan Qarabağda müharibənin yenidən başlamasının həm bölgə, həm də Avropanın təhlükəsizliyi üçün təhdid hesab etdiyni bildirib.

 

“Ermənistan hakimiyyəti Dağlıq Qarabağda müharibədən qaçmaq üçün, milli təhlükəsizlik, müdaifiə və xarici siyasət məsələlərini yenədən gözdən keçirməlidir” - Ruben Mehrabyan bildirib.

 

 “Yekun kommünikedə NATO-nun Dağlıq Qarabağ üzrə mövqeyinin əks olunmaması qanunauyğun hesab olunmalıdır” - siyasi icmalçı Akop Badalyan yazır. O da NATO-nun münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmasına dəstək verdiyini xüsusi olaraq qeyd edib.

 

“Sammitin Ermənistan üçün əsas müsbət cəhəti NATO-nun Gürcüstanla yaxınlaşmasıdır” -Akop Badalyan bildirir. Ekspertin fikrincə, münasibətlərin yeni səviyyəsi region üzrə hazırda qüvvədə olan Rusiya və Türkiyə arasında imzalanan 1921-ci il Moskva müqaviləsi üzrə (həmin müqavilə üzrə Türkiyəyə verilən ərazilərə Ermənistan hələ də rəsmi olaraq iddia edir-red.) qurulan sistemə alternativ sistem yaraıla bilər.

 

Onun fikrincə Dağlıq Qarabağda baş verən 4 günlük Aprel savaşı Rusiya-Türkiyə sisteminin Cənubi Qafqaza sülhü və təhlükəsizliyini təmin edə bilmədiyini göstərib.

 

Ermənistan parlamentində “Miras” fraksiyasının katibi, deputat Tevan Poqosyanın fikrincə, Ermənistanın NATO ilə əməkdaşlığı erməni dövlətinin maraqlarına xidmət edir.

Onun düşüncəsinə görə Ermənistanın hətta KTMT (Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı-red.) üzvü olması belə ona NATO ilə münasibətləri  inkişaf etdirməyə mane olmur. Poqosyan Türkiyə-Ermənistan arasında gərgin münasibəltərin sonuncunun alyansla inteqrasiyası üçün əngəl törətdiyini bildirir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024