Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (27-04-2016, 22:41)
Konstitusiya Məhkəməsinin işlər müdirinin adı sələm qalmaqalında hallanır

 

Akif Hümbətov: “Mənim 30 minim olsa, özüm xərcləyərəm, başqasına borc vermərəm”

Elxan Axundov: “Anam onun qəbuluna düşmək istədi, buraxmadılar”

Aprelin 25-də Qafqaznews.az saytında “Konstitusiya Məhkəməsinin işlər müdirinin adı sələm qalmaqalında” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, bu günlərdə Qafqaz Xəbər AgentliyinəAlmaniyada yaşayan gəncəli iş adamı Elxan Yaşar oğlu Axundov Bakıda məmurlarla ortaq olan işbazlar tərəfindən aldadıldığını və nəticədə anası, yəhudiəsilli Marus Yevda qızı Axundovaya məxsus mənzilin mənimsənildiyini bildirib.

E.Abbasov Qafqaznews.az-a bildirib ki, 3 il bundan əvvəl ortaq tanışlar vasitəsi ilə əslən Qərbi Azərbaycandan olan, Gəncədə yaşamış Sidqi Abbasov adlı şəxslə tanış olub. Şikayətçinin sözlərinə görə, Sidqi Abbasovun Bakıda bir neçə yerdə, o cümlədən Mərkəzi Univermaqda (MUM) qızıl mağazaları, lombardları var.

13101230_1708067299453140_1683016998_n (1)“O, mənə təklif etdi ki, Almaniyada birgə biznes açaq, avtomobil satışı ilə məşğul olaq. Birlikdə şirkət açdıq, həmin şirkətin əsasnamə kapitalı 25 min avro oldu. Hər birimiz 50 faiz pay şəriki sayılırdıq. Bakıya gələndə Sidqi məni Konstitusiya Məhkəməsinin İşlər müdiri olan Akif Hümbətovla tanış etdi, birlikdə yeyib-içdik. Sidqi biznesdəki sərmayəsinin, o cümlədən Almaniyada işə qoyduğu pulun da Akifə məxsus olduğunu dedi. Bir müddət sonra mənə təcili pul lazım oldu, Sidqidən 30 min manat borc istədim. O mənə dedi ki, məndə Akif müəllimin pulu var, onu sənə faizlə, ipoteka müqaviləsi ilə verə bilərəm. 2013-cü il iyunun 4-də bağlanan müqavilədə tərəflər anam Marus Yevda qızı Axundova və Sidqinin əmisioğlu Abbasov Xaqani Mikayıl oğlu oldu. Girov olaraq anamın adına olan, Əlövsət Quliyev küçəsi, ev 133-də yerləşən, 53 saylı mənzili girov qoyduq.

Mənzilin qiyməti 300 min manatdan çox olsa da, qiymətləndirmədə 35 min manat yazdılar. Borcun müddəti iki il olsa da, mən il yarım ərzində onun borcunu tam şəkildə ödədim, hətta 9 min manat faiz ödənişini də verdim. Şahidlərim və sübutlarım da var. Sonuncu dəfə dostum Olim aparıb ona pulu əlbəəl verib, deyib ki, gedək notariusda mənzili girovdan çıxaraq, o isə “qadın Azərbaycana gəlsin, özünün iştirakı lazımdır” deyə bəhan13101296_1708073009452569_351669710_nəylə boyun qaçırıb. Bir müddət sonra isə Almaniyadakı ortaqlığımız tutmadı, Sidqi məndən xəbərsiz şirkətin nizamnamə kapitalını – 25 min avronu da götürdü, hələ mənzili də mənimsədi. O, bizim iştirakımız olmadan Nəsimi Rayon Məhkəməsində məhkəmə açıb və əmisioğlunun xeyrinə qərar çıxararaq, evi onun adına keçirib.Mənim oğlum da təhlükədədir, bankda çalışır, Sidqi onun cibinə narkotik atdırıb tutdurmaq istəyir”.

12596005_1708067436119793_1004536606_nBiz Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qərarına nəzər saldıq. Maraqlıdır ki, hakim də Hümbətov soyadı daşıyır – Etibar Zülfüqar oğlu Hümbətov. Adıkeçən Sidqi Abbasovun mövqeyini də keçən yazıda vermişdik. S.Abbasov əksinə, Elxan Axundovun onu aldatdığını və borcunu qaytarmadığını bildirib. Aprelin 27-də Konstitusiya Məhkəməsinin İşlər Müdiri Akif Hümbətovla əlaqə yaratmağa müvəffəq olduq. A.Hümbətov haqqında deyilənlərin böhtan olduğunu vurğuladı.

“Bu ölkədə hamı bir-birini tanıyır. Kimsə kimləsə qohum 13090503_1708067219453148_1490639109_nvə ya tanış ola bilər. Amma mənim bu məsələ ilə heç bir əlaqəm yoxdur. Elxan Axundov adlı şəxsi tanımıram heç vaxt görüşməmişəm. Etibar Hümbətovla soyadımız eyni olsa da, heç bir qohumluğumuz yoxdur. Bu, mülki məsələdir. Qoy öz problemlərini hüquqi müstəvidə həll etsinlər. Mənim 30 minim olsa, özüm xərcləyərəm, başqasına borc vermərəm”, – deyə A.Hümbətov vurğulayıb.
O, Qafqaznews.az-da gedən “Konstitusiya Məhkəməsinin işlər müdirinin adı sələm qalmaqalında” başlıqlı yazı”nın müəllifini (Şamil Əfəndi – red.) məhkəməyə verəcəyini də deyib: “Mənim adımı da başlığa çıxarıblar… Mənim bu məsələdə heç bir iştirakım yoxdur. Çox güman ki, Elxan Axundov Sidqi ilə tanış olmağımdan xəbər tutub, adımı hallandırır”.

“Siz Sidqi ilə tanışsı36dc3c6013bb72357f1471e8245e8d92nız? Münasibətləriniz olub?” “Belə tanıyıram Sidqini… Amma yaxın münasibətim yoxdur. Xüsusilə də, qızıl mağazası, lombard… Mən dövlət qulluqçusuyam, bizneslə məşğul ola bilmərəm”, – deyə A.Hümbətov vurğulayıb. Biz A.Hümbətovla danışdıqdan sonra Elxan Axundovla yenidən əlaqə saxladıq. O bildirdi ki, A.Hümbətovla ancaq bircə dəfə görüşüb: “O, mənim anamın evi girov qoyulan zaman da gəlmişdi evə baxmağa. Ondan sonra müqavilə bağlandı. Evə baxmağa Sidqi ilə birlikdə gəlmişdi. milix_evdayev_180214Bu ilin yanvar ayında anam Almaniyadan Azərbaycana gəldi, Bakıda Yəhudi Cəmiyyətinin sədri  Milix Yevdayev və deputat Yevda Abramovla görüşdü. Daha sonra anam Akif müəllimlə görüşmək üçün Konstitusiya Məhkəməsinə getdi, amma onu içəri buraxmadılar”. Elxan Axundovun son açıqlamasından sonra, biz Akif Hümbətovun iş nömrəsinə zəng etdik, lakin saat 17:42-də bizim zənglərimizə cavab verən olmadı. Hörmətli Akif müəllimə və oxuculara xatırladırıq ki, Qafqaz Xəbər Agentliyi olaraq heç bir dövlət məmuruna və ya sıravi vətəndaşa böhtan atmaq adətimiz yoxdur. Şikayətçinin müraciəti əsasında bu məsələni balanslı olaraq araşdırmış və bütün tərəflərin mövqeyini işıqlandırmağa çalışırıq. Araşdırmamız davam edir.

Tamerlan Zeynallı

Qafqaznews.az
IMG_1704IMG_1702 IMG_1703

IMG_1701

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024