Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (20-09-2015, 15:43)
SURİYA FƏLAKƏTİ: ÇIXIŞ YOLU NƏDİR?

95121

Şübhə yoxdur ki, Suriyada davam edən qanlı müharibə, təkcə dünyadakı ən böyük humanitar fəlakət yox, həmçinin də ən ciddi geosiyası riskdir. ABŞ-ın iki cəbhədə – İŞİD və Bəşər Əsədə qarşı mübarizə aparması nəticəsiz qalıb. Suriya böhranının və onunla birlikdə Avropaya axan qaçqınlar probleminin həlli BMT Təhlükəsizlik Şurasında tapılmalıdır. (Project Syndicate-ABŞ)

Mediatv.az-ın məlumatına görə, Amerikanın Suriya strategiyasının kökləri ABŞ–ın xarici siyasətinin iki qrupunun qəribə və uğursuz müttəfiqliyində yatır. Qruplardan biri ABŞ silahlı qüvvələri, xüsusi xidmət orqanları və onların Konqresdəki etibarlı tərəfdaşlarından ibarətdir. Digər qrup isə insan hüquqlarının müdafiəsi sahəsinə aiddir. Amrikanların uzun illər ərzində Yaxın Şərqdə apardıqları müharibələrdə bu qrupların birləşməsi daha aydın şəkildə görünürdü. Çox təssüf ki, bu müharibələrin nəticələri tam mənası ilə fəlakətə çevrildi.

Təhlükəsizlik sahəsi üzrə qruplaşanların fəaliyyəti ABŞ maraqları üçün zərərli sayılan rejimlərin devrilməsinin gizli əməliyyətlarını həyata keçirənlərin dayağı sayılan nüfuzlu siyasətçilər tərəfindən stimullaşdırılır. Demokratik yolla seçilən Muhəmməd Müsəddiq hökumətinin 1953-cü ildə devrilməsindən başlayaraq (Çilidə Salvador Alyendenin hakimiyyətinin 1973-cü ildə devrilməsi də ABŞ–ın köməyi ilə baş verib), Əfqanıstanda, Liviyada, indi isə Suriyadakı rejimlərin dəyişdirilməsi ABŞ təhlükəsizlik qüvvələri üçün tipik üsullardandır.

İnsan haqları sahəsi üzrə fəaliyyət göstərən qrup isə, hər hansısa ölkədə əhalinin yerli hakimiyyət tərəfindən əzilməsinə qarşı BMT-nin cavabdehlik daşıması və bu qurumun çıxardığı qətnamənin əsasında amerikan hərbçilərinin həmin ölkəyə müdaxilə etməsini dəstəkləyirlər. Həmin qətnamə BMT-nin Baş Assambleyasının 2005-ci ildəki toplantısında qəbul olunub və hər hansı bir ölkə əhalisinin yerli hakimiyyət tərəfindən kütləvi hücumlara məruz qaldığı zaman, vətəndaşların müdafiə olunması üçün beynəlxalq ictimaiyyətin müdaxiləsini nəzərdə tutur. Ona görə də, insan haqları sahəsinin bəzi nümayəndələri Səddam Hüseyn, Müəmmar Qəddafi və Bəşər Əsədin zalım rejimlərinə qarşı ABŞ-la birlikdə hərəkət ediblər.

Ancaq problem ondadır ki, insan haqları üzrə sahənin müdafiəçiləri çoxdan başa düşməliydilər ki, rejimlərin güc yolu ilə dəyişdirilməsinin Amerika modeli işləmir. O ki qaldı əhalinin və Amerika maraqlarının qorunması üçün problemin sürətli həllinə, bu tez-tez xaosa, anarxiyaya, vətəndaş müharibəsinə və artan humanitar fəlakətə gətirib çıxarır. Əfqanıstanda, İraqda, Liviyada və indi isə Suriyada biz buna şahidlik edirik. Uğursuzluq riskləri hər dəfə daha da çoxalır.

Ümumiyyətlə isə Amerikanın Suriyaya müdaxilə etmək istəyini hələ Sovet İttifaqı mövcud olan dövrdən izləmək mümkün idi. Beləki, 1991-ci ildə müdafiə nazirinin müavini Pol Vulfoviç general Uesli Klarka belə izah edirdi: ”Biz başa düşdük ki, regiona cəzasız şəkildə hərbi müdaxilə edə bilərik və Sovetlər bizi dayandırmaq üçün heç nə etməyəcək… Digər güclərin buraya müdaxilə etməməsi üçün bizim İraqdakı, Suriyadakı və digər ölkələrdəki köhnə surroqat (süni yola yaradılmış) sovet rejimlərini yıxmaq üçün təxminən beş-on ilimiz var.”

2011-ci ilin 11 senyabrında Əl-Qaidə Nyu-Yorkdakı binaları vuranda, ABŞ-ın təhlükəsizlik qruplaşması bu hücumdan Səddam Hüseyn rejiminin yıxılması üçün bəhanə kimi istifadə etdi. On il sonra isə “Ərəb baharı” adlanan etiraz hərəkatı qızışanda həmin təhlükəsizlik qrupu Liviyadakı Qəddafi və Suriyadakı Əsəd rejimlərinin zəif tərəflərini görüb onları devirməyi planladı.

Suriya ilə bağlı olan hadisədə Amerikanın regional müttəfiqləri Əsədə qarşı hərəkətə keçmək məsələsində Barak Obama administrasiyasının fəaliyyətlərini təqdir etdilər.Səudiyyə Ərəbistanı özünün regiondakı başlıca rəqibi – İranın peyk dövləti olan Suriyanın zəifləməsi üçün Bəşər Əsədin getməsini istəyir. İsrail isə Livanın cənubundakı Hezbolla qruplaşmasına İran tərəfindən silah verilməsinin kəsilməsi üçün Əsədin devrilməsinə çalışır. Digər tərəfdən isə Türkiyə də öz strateji imknlarını genişləndirmək və cənub sərhədlərindəki vəziyyətin sabitləşdirilməsi üçün Əsədin hakimiyyətdən uzaqlaşdırılmasına can atır.

”Ərəb baharı”nın gedişindəkı etirazlar zamanı siyasi liberallaşma tələbi ilə çıxış edənlərə qarşı, Bəşər Əsədin ordunun gücü ilə cavab verməsindən sonra, ABŞ-dakı humanitar qrupun tərəfdarları da rejimi dəyişmək istəyənlərin cərgəsinə qoşuldular. 2011-ci ilin martından avqustuna kimi Əsədin tərəfdarları iki minə yaxın adam öldürmüşdü. Elə həmin vaxt Obama Əsədin hakimiyyəti tərk etməsinin mütləq vacib olduğunu bidirdi.

Biz, Barak Obamanın həmin bəyanatından sonra ABŞ-ın Suriyadakı fəaliyyətlərinin tam olaraq nədən ibarət olduğunu bilmirik. Diplomatik səviyyədə ABŞ əsas etibarı ilə Qərb ölkələrindən və Əsədin getməsində maraqlı olan Yaxın Şərqdəki özünə müttəfiq dövlətlərindən ibarət ”Suriyanın dostları” klubunu yaratdı. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ”Azad Suriya Ordusu” adlandırılan təşkilatın və həmçinin də digər qrupların silahla təchiz olunması və maliyyələşməsi üçün gizlincə Türkiyə ilə işləməyə başladı.

Bütün bunların nəticəsi isə tam fəlakətdən ibarətdir. Bu illər ərzində ölənlərin sayı 310 min nəfəri ötüb. Ölkədə hökm sürən vətəndaş müharibəsindəki anarxiyada İŞİD və digər qəddar ekstremist qruplaşmalar meydana çıxdı. Hal-hazırda sülh perspektivi heç zaman olmadığı kimi, xeyli uzaqdadır.

Əfqanıstan, İraq və Liviyada ABŞ tərəfindən rəhbərlik və ya müdafiə edilən hərbi müdaxillər də anoloji fəlakətli vəziyyətlə yekunlaşıb. Rejimin devrilməsi ilə onun sabit və qanuni hökumətlə əvəz edilməsi ayr-ayrı məfhumlardır.
Əgər ABŞ müsbət nəticə əldə etmək istəyirsə, onda onlar təkbaşına hərəkət etməyi dayandırmalıdırlar. ABŞ birtərəfli qaydada öz iradəsini kiməsə tabe etdirməməlidir. O buna cəhd göstərən zaman, Çin və Rusiya kimi ölkələrlə üzləşir. ABŞ kimi Rusiya da Suriyadakı sabitliyin və İŞİD-in məhv edilməsinin tərəfdarıdır. Lakin buna baxmayaraq, Rusiya ABŞ-ın Suriyada və ya regionun digər ölkələrində özünə uyğun gələn rejimlərin yaradılmasını istəmir. Elə məhz buna görə də, BMT-nin Təhlükəsizlik Şurasının Suriya ilə bağlı ümumi mövqeyinin qəbul olunması üçün göstərdiyi bütün cəhdlər nəticəsiz qalıb.

Amma BMT tərəfindən təklif edilən yol xəritəsinə yenidən baxılmalıdır. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (ABŞ, Çin, Fransa, Rusiya, Böyük Britaniya) və Almaniya ilə İran arasındakı nüvə müqaviləsi mürəkkəb məsələlərin Təhlükəsizlik Şurası tərəfindən necə həll oluna biləcəyini açıq şəkildə nümayiş etdirdi. Əgər ABŞ özünün rejimin dəyişdirilməsi tələbindən imtina edərsə və vahid yanaşma planının hazırlanmsı istiqamətində Təhlükəsizlik Şurasının digər üzvləri ilə işləməyə başlayarsa, onda bunu Suriya ilə bağlı məsələdə də həyata keçirmək olar. Suriyada yalnız çoxtərəfli qarşılıqlı münasibətlər prinsipi əsasında sülh yaratmaq mümkündür. Birləşmiş Millətlər Təşkilatı Suriyada qan tökülməsinin və Avropaya axışan qaçqınların qarşısının alınması üçün ən yaxşı və yeganə sülh ümidi olaraq qalmaqdadır.

AzPolitika.info

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024