Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (5-08-2015, 23:33)
Sensasion iddia: Yaxın Şərqin yeni xəritəsini Ərdoğanla Obama çəkəcək - Suriya və İraqın bir hissəsi Türkiyəyə verilir, ingilislər çılğına döndü

ABŞ və İngiltərə mediası sensasion iddia ilə çıxış edib.

Avropa.info  xəbər verir ki,  ABŞ mediası  Yaxın Şərqin yeni xəritəsini Obama və Ərdoğanın çəkəcəyini yazıb. 
 
ABŞ mediasının ortaya atdığı  bu iddiaya İngiltərə mediasında da geniş yer verilib. İngilis mətbuatının  yazdığına görə, Fərat çayının  qərbindən Aralıq dənizinə qədər uzanan torpaqlar Türkiyənin yeni vilayəti olacaq. İddiaya görə, bununla bağlı qərar  Obamanın Türkiyə səfəri zamanı qəbul olunacaq. 
ABŞ  və İNgiltərə mediasının yazdığına görə, Vaşinqtonla Ankara arasında  Yaxın Şərqin xəritəsinin yenidən çəkilməsi üçün məxfi danışıqlar gedir. Məlumatlara görə, Türkiyə PKK və İŞİD-ə qarşı davamlı əməliyyatlar aparacaq, Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması üçün bütün səylərini ortaya qoyacaq. Regionun gələcəyi və yeni xəritə isə Ərdoğan-Obama görüşündə masaya qoyulacaqş 
 
İngiltərə mətbuatının yazdığına görə, ABŞ PKK-nın Suriya qolu YPG-dən dəstəyini çəkəcək və Türkiyə bu qruplaşmanın fəaliyyətinə son qoyacaq. Eyni zamanda Hələb dəhlizi adlandırılan, Fəratın qərbindəki  təhlükəsizlik zonası İŞİD-in əlindən alınacaq. Məlumata görə, Fərat çayının qərbindəki bölgənin tamamilə Türkiyəyə veriləcəyi iddiası İngiltərəni hiddətləndirib.
 
 
Qeyd edək ki,  ingilis mediasının artıq  türk vilayəti olacağını iddia etdiyi ərazi  Cerablus və Afrinin cənubundan  Suriyanın  Hələb ilə İdlib şəhərləri də olmaqla böyük bir ərazini əhatə edir. Bundan başqa bu ərazi  Türkiyənin  Hatay vilayətinin cənubundan  Bəşər Əsədin  ata torpağı Lazkiyəyə qədər  uzanır. 
Bu arada ABŞ mediası təhlükəsizlik bölgəsi adlandırılan ərazidə kürd faktorunun olmayacağını iddia edib.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024