Karusel (19-09-2015, 00:10)
Əsədin Dəməşqdəki gizli evi : Suriya diktatoru harada gizlənir? - Əsədlə görüşən rus jurnalist danışdı
Suriyada minlərlə insanın qanını tökməkdə ittiham edilən diktator Əsəd paytaxt Dəməşqdə harada oturur?
Avropa.info xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd həftənin əvvəlində bir qrup rus jurnalist ilə bir araya gəlmişdi. O heyətdə yer alan Kobyakov həm görüşün detalları haqqında danışıb, həm də Əsədə bağlı müşahidələrini açıqlayıb.
Paytaxt Dəməşqin bəzi rayonlarının etibarlı olmadığını xatırladan Kobyakov, Əsədin şəhərdəki hərəkətlərinin məxfilik şəraitində aparıldığını, bu səbəblə də müsahibənin prezidentlik sarayı əvəzinə, Şamdakı mülki bir yaşayış sahəsində yerləşən bir evdə baş tutduğunu bildirib.
Kobyakovun açıqlamalarına görə, 20-ci əsrin əvvəllərində fransız stilində inşa edilən evin ətrafında yaşayış evləri və magistral yol yerləşir. "Magistralda şütüyən avtomobillər heç bir məhdudiyyət qoymadan şütüyürdü" deyə Kobyakov bildirib.
Ancaq Kobyakov, müsahibə ərəfəsində kameralı telefonlarının alındığını və evin şəklinin çəkilməsinə iazə verilmədiyini qeyd edib.
Jurnalist müsahibə üçün getdikləri evdə bir nəfər də olsun mühafizəçi görmədiklərini bildirib.Kobyakov bunu ya rus jurnalistlərə göstərilən etimadın nümunəsi, ya da Əsədin mühafizəçisinin daha güclü bir şəkildə təmin olunması ilə əlaqələndirməyi doğru hesab edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024