Sosial (Bu gün, 17:12)
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:Dayı-bacıoğlu tandeminə "DUR" deyən olacaqmı?!
Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyindən getsə də, özü ilə bərabər kadrlarınında "özfəaliyyət" serialları tirajlanmaqda davam edir.
AAYDA-nin "sanballı sayılan" idarələrindən biri və bəlkə də, birincisi "7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-dir. Bu idarə və idarənin "şef"i Məhəmməd Musayevin yazılmış və yazılmamış qanunlara sığmayan əməllərindən mediada az qala həndəsi silsilə ardıcıllığı ilə yazılıb və yazılır...( Yazının biri bu linkdə: https://yenixeber.org/arasdirma/196296-saleh-m%C9%99mm%C9%99dovun-%E2%80%9Ctopda%C4%9F%C4%B1tmaz-qohumlar-komandas%C4%B1%E2%80%9D.html )
İndi isə bu istiqamətdə Yenixeber.org-a yeni, ilk dəfə oxuyub biləcəyiniz məlumatlar daxil olub. Məlumata görə, Saleh Məmmədovun bacısının qudası Məhəmməd Musayev və bacıoğlusu Nazir Nəhmətov bu idarəni dədə-babadan qalma şəxsi mülk bilib də, iki ildir talamaqda davam edirlər. İşin ən ilginc tərəfi isə Saleh Məmmədov erası bitdikdən sonra dayı-bacıoğlu tandeminin xüsusi bacarığa malik Rza adlı şəxsin icraatı ilə bütün sənədləri, eləcə də arxiv sənədlərini saxtalaşdırmağa girişmələridir. Səbəb məlumdur: "yeyib, üstündən su içdikləri" gözəgörünməz olsun...
Digər bir maraq doğuracaq fakt isə, Məhəmməd Musayevin idarə əməkdaşlarını Binə qəsəbəsindəki hektarlarla torpaq sahəsində işlətməsi ilə bağlıdır. Sən demə idarənin əksər əməkdaşları, xüsusi ilə də, ustalar cənab Musayevin villa və obyektlərində işləməyə məhkumdurlar. Buna etiraz edənlər isə müxtəlif şantajlarla, işindən "statya"yla qovulacağı ilə təhdid edilir.
İndi idarənin zavallı əməkdaşlarında bir ümüd yaranmaqdadır... Ki, AAYDA-nin yeni rəhbəri Vüsal Nəsirli Məhəmməd Musayevin əməllərinə son qoyacaq.
Hələlik bu məlumatların detalları ilə bağlı, daha da geniş yaza bilmirik. Səbəb isə iddiaların ciddiliyi qarışılığında gərəkən araşdırmaları yekunlaşdıra bilməməyimizdir... Adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz də, nəticəsiz oldu.(Yenixeber.org)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
























