Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 09:54)
Deputat və məşhur şairin boşanmış qadınlarla bağlı fikirləri QALMAQAL yaratdı

 Millət vəkili Fazil Mustafanın ötən gün parlamentdə boşanmış qadınlarla bağlı səsləndirdiyi fikirlər ictimai müzakirələrin mərkəzinə çevrilib və cəmiyyətdə ciddi rezonans doğurub.
Musavat.com xəbər verir ki, deputat Milli Məclisin plenar iclasında çıxışı zamanı son illər boşanmaların artması məsələsinə toxunaraq bəzi qadınların məqsədli şəkildə ailəni dağıtdığını iddia edib:
“Ən dəhşətli isə budur ki, son 9 ayda Bakıda bütün qeydə alınmış nikahların 56%-i boşanma ilə nəticələnib. Yəni 100 nəfər evlənən olubsa, onun 56-sı boşanıb. Bu, olduqca ciddi məsələdir. Ağırlığı kişinin üzərinə qoyub aliment kəsirlər. Bir çox vaxt qadınlar məqsədli şəkildə ilk uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanırlar".
Deputatın bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi bu fikirləri qadınlara qarşı ümumiləşdirilmiş və ədalətsiz yanaşma kimi qiymətləndirərək tənqid edib, digər qrup isə ailə institutunun zəifləməsi ilə bağlı narahatlıqların açıq dilə gətirildiyini bildirib.
Musavat.com bildirir ki, müzakirələrə tanınmış şair Aqşin Yenisey də qoşularaq deputatın fikirlərinə dəstək verib:
“Şərq mentaliteti qadınlara bəzi qadağalar gətirdiyi kimi, kişilərə də bəzi qadağalar qoyur. Məsələn, deyir ki, qadın nə qədər nanəciblik etsə də kişi danışmamalıdır, ayıbdır, qadını müzakirə etmək kişiyə yaraşmaz.

Ona görə də Şərqdə heç kim sosioloq olmaq istəmir, bilir ki, arvadlardan danışsa, şalvarını əynindən çıxaracaqlar, kişilərdən danışsa, bağırsaqlarını dolayacaqlar ayağına.

Problemin bizə məxsus olan tərəfi budur ki, Peykanlıda əksər qızların, qadınların ailə qurana qədər seçim azadlığından istifadə etmələri təhlükəlidir. Ona görə də məcbur ərə gedib boşanırlar ki, özlərinin bu seçim haqqlarından rahat yararlana bilsinlər".шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026