Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 16:24)
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-Açıq siyasi ziddiyyət.../FOTOLAR


2021-ci il 26 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında post-müharibə dövrünün ideoloji çərçivəsini açıq şəkildə müəyyənləşdirdi. O, birmənalı olaraq bildirdi ki, “biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir”.

Bu, təsadüfi deyil, siyasi mesaj idi. Bu bəyanat terminoloji korrektə yox, yeni reallığın rəsmi ifadəsi idi. Dövlət başçısı bununla həm beynəlxalq auditoriyaya, həm də daxili ictimai-siyasi mühitə aydın xətt göstərirdi: artıq köhnə münaqişə leksikonuna qayıdış yoxdur.

Prezidentin köməkçisi Hikmət Hacıyev də bu mövqeni təsdiqləyərək “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin artıq mövcud olmadığını, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini vurğuladı. Yəni siyasi xətt iki ayrı səviyyədə – həm dövlət başçısı, həm də onun rəsmi nümayəndəsi tərəfindən ifadə edildi. Bundan sonra hansısa dövlət qurumunun bu mövqeni görməməzliyə vurması üçün heç bir əsas qalmırdı.

                             Deputat Naqif Həmzəyev "gül vurub"

Lakin paradoks ondadır ki, 2023-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihələrdən biri açıq şəkildə “Dağlıq Qarabağ” ifadəsini daşıyırdı. Deputat Naqif Həmzəyevə məxsus Dünya Azərbaycanlıları Gənclər İctimai Birliyinin “Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində maarifləndirmə işi aparmaq üçün təlimçilərin yetişdirilməsi” adlı layihəsi dövlət vəsaiti hesabına icra olunub, tədbirlərdə bu ifadə bannerlərdə açıq şəkildə yer alıb və mediada da geniş tirajlanıb. Ən təəccüblüsü isə budur ki, bu açıq ziddiyyət ictimai müzakirə mövzusuna çevrilməyib.

Deputat Naqif Həmzəyev vətəndaş qəbulu keçirib FOTO

                        Naqif Həmzəyev

Burada məsələ hansısa bir QHT-nin ad seçimi deyil. Məsələ dövlətin ali siyasi iradəsi ilə dövlət qurumunun əməli fəaliyyəti arasında yaranmış uyğunsuzluqdur. Əgər Prezident açıq şəkildə müəyyən ifadənin işlədilməməsini bildirirsə, ideoloji və ictimai sektorla işləyən bir qurumun həmin ifadəni daşıyan layihəni maliyyələşdirməsi nə ilə izah oluna bilər? Bu, diqqətsizlikdir? Səhlənkarlıqdır? Yoxsa siyasi mesajların ciddiyə alınmamasıdır?

Daha ciddi sual isə budur: Prezidentin səsləndirdiyi mövqe yalnız mediaya ünvanlanmış bəyanatdır, yoxsa dövlət idarəçiliyində rəhbər tutulmalı olan prinsip? Əgər rəhbər prinsipdirsə, onda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu addımı açıq şəkildə siyasi xəttə uyğun gəlmir. Əgər rəhbər prinsip deyilsə, bu zaman dövlət idarəçiliyində vahid ideoloji koordinasiyadan danışmaq çətinləşir.

Məsələnin davamlı xarakter alması da diqqətdən yayınmamalıdır. Bu istiqamətdə Yenixeber.org-a daxil olmuş məlumatlarda daha maraqlı faktlar yer alr: Həmin təşkilata 2024-cü ildə 7 950 manat, 2025-ci ildə isə 18 000 manat qrant ayrılması göstərir ki, bu, təsadüfi texniki səhv kimi təqdim edilə bilməz. Layihələrin adlarına, məzmununa və dövlət siyasətinə uyğunluğuna real nəzarət mexanizmi varsa, belə bir ziddiyyətin baş verməsi mümkünsüz olmalı idi. Əgər yoxdursa, bu, sistemli boşluq deməkdir.

Ən narahatedici məqam isə seçmə yanaşma ehtimalıdır. Layihələrin məzmunu deyil, QHT təsisçisinin statusu əsas götürülürsə, bu artıq idarəçilik problemdir. Dövlət vəsaiti siyasi nüfuz əsasında bölüşdürülürsə, ideoloji xətt ikinci plana keçir. Bu isə post-müharibə dövründə xüsusilə təhlükəlidir. Çünki terminologiya indi sadəcə söz oyunu deyil, suverenliyin və siyasi iradənin ifadəsidir.

Əgər ideoloji istiqamətdə fəaliyyət göstərən bir qurum ölkə başçısının açıq mövqeyini praktik fəaliyyətində nəzərə almırsa, bu, sıradan uyğunsuzluq deyil. Bu, siyasi məsuliyyət məsələsidir. Dövlət başçısının mesajını düzgün oxumayan və ya oxumaq istəməyən qurum ictimai rəyə hansı siqnalı verir? Vahid siyasi xətt varmı, yoxsa hər kəs öz bildiyi kimi hərəkət edir?

Belə hallara susmaq problemi dərinləşdirir. Çünki səssizlik yanlış presedent yaradır. Dövlət siyasətində ardıcıllıq pozularsa, bu, ilk növbədə ideoloji müstəvidə boşluq yaradar və ideoloji boşluq həmişə ən təhlükəli zəiflikdir.(Yenixeber.org)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
4 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026