İqtisadiyyat (14-10-2020, 03:46)
“Türkiyə malları ƏDV-dən azad edilsin”
ADR Hərəkatının lideri, professor Qubad İbadoğlu Azərbaycan Silahlı Qüvvələrinə və ölkəmizə təmənnasız dəstək verən qardaş Türkiyə Respublikasına dəstək verilməsi üçün Nazirlər Kabinetinə, Milli Məclisə və İqtisadiyyat Nazirliyinə təkliflər irəli sürüb.
Q.İbadoğlu ilk növbədə Türkiyədən idxal olunan bütün malların əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını təklif edib: “Bilirsiniz ki, MDB ölkələrindən, o sıradan Rusiyadan gətirilən mallara ƏDV tətbiq olunmur. Niyə Türkiyədən gələn mallara gömrük rüsumları ilə yanaşı 18 faiz ƏDV-də tətbiq olunmalıdır? Ermənilərə dəstək verən Rusiyaya belə güzəşt olduğu halda Türkiyəyə nədən olmasın? Hesab edirəm ki, mənşə sertifikatı təqdim edilən Türkiyə istehsalı olan bütün mallar və xidmətlər ƏDV-dən tam azad olunmalıdır. Bildiyim qədər Milli Məclis 31 may 2020-ci ildə "Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi"ni təsdiqləyib. Həmin sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi öz əksini tapıb. Odur ki, söz əlaqədar dövlət orqanlarınındır”.
Professor həmçinin istehlakçılara geri qaytarılan ƏDV-nin bu il ərzində Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsini təklif edib: “Bu həmin Fonda ən azı 10 milyon əlavə vəsait cəlb edilməsinə imkan verir. Onsuz da istehlakçılar ƏDV-lərini geri ala bilmirlər. Düşünürəm ki, bu da hər kəsdən Silahlı Qüvvələrə Yardım Fonduna maddı dəstək olardı”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024