Təhsil (25-06-2019, 12:00)
DİM Tarif Şurasına müraciət edəcək - Qiymətlər dəyişə bilər

Bunu APA-ya müsahibəsində DİM-in Direktorlar Şurasının Məleykə Abbaszadə deyib.
O bildirib ki, Tarif Şurasının 2017-ci il 23 may tarixli, 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamışdı:
“Həmin müddətdən bu vaxtadək DİM göstərdiyi xidmətlərin ƏDV-dən azad olunması ilə bağlı aidiyyəti qurumlarla yazışmalar aparırdı. Nəticədə müvafiq qanunvericiliyə əsasən, təhsil xidmətləri ƏDV-dən azad olundu, dövlət qulluğu ilə bağlı imtahan qiymətlərinə isə ƏDV tətbiq edildi”.
M.Abbaszadə qeyd edib ki, növbəti tədris ilində DİM Tarif Şurasına müraciət edəcək:
“Çünki imtahanların modeli dəyişib. Hazırda xərclərimiz fərqlidir. Bizim indiyə qədər topladığımız müəyyən qeyri-maddi resurslarımız var idi, onların qiymətləndirilməsi də aparılıb və saytımıza yerləşdirilib. Həmin qeyri-maddi resurslar - test tapşırıqları, müxtəlif proqramlar və s. istifadə olunub. Biz müvafiq hesablamalar aparıb yenidən Tarif Şurasına müraciət edəcəyik”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025