Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 17:03)
Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir/FOTOLAR

Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO

Bildiyimiz kimi, bir neçə qurumun səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası tərəfindən plastik cərrahların sənədləri araşdırılıb. Nəticədə komissiyaya sənədləri təqdim edilən 100-ə yaxın həkimdən 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib.
Fəaliyyətinə icazə verildiyi həkimlərin siyahısında daha çox uğursuz işləri ilə məşhurlaşan plastik cərrahlardan bir neçəsinin adı yoxdur. Buna baxmayaraq, həmin cərrahlar yenə də iş başındadırlar.

Könül Ağamirova



Mediatv.az  xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, lisenziyası ləğv edilən həkimlərdən Könül Ağamirova hazırda “Milan VİP” hospitalında plastik cərrah kimi çalışır.

Xatırladaq ki, Könül Ağamirovanın adı pasiyentlərin şikayətlərində tez-tez yer çəkilib. Sosial şəbəkədə əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqer Aynişan Quliyeva da cərrahı sərt tənqid edib. Bundan başqa, plastik cərrahın adı ötən ilin noyabrında jurnalist Qənirə Ataşovanın saxta yollarla plastik cərrahiyə şəhadətnaməsi alan bəzi estetik cərrahlarla bağlı siyahısında da yer alıb.

Şövkət Əliyeva



Bundan başqa, “Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyeva da elə həmin klinikada öz fəaliyyətini davam etdirir.

Səkinə Xudiyeva



Mətbuatda zaman-zaman uğursuz əməliyyatlarları ilə bağlı şikayətlər dərc olunan plastik cərrah Səkinə Xudiyeva da fəaliyyətinə icazə verilməyən həkimlər siyahısındadır. Lakin o, hazırda öz pasiyentlərinə “Badam” klinikasında xidmət göstərməkdə davam edir.

Səbinə İsmayılova

Plastik cərrah kimi fəaliyyətinə icazə verilməyən daha bir həkim Səbinə İsmayılova da öz fəaliyyətini dayandırmayıb. O da “Badam” klinikasında plastik cərrah kimi öz xidmətini davam etdirir.

Nigar Məmmədova



Adı məlum siyahıda olmayan daha bir həkimin səhvindən isə 37 yaşlı Arzu Sadıqova adlı pasiyent vəfat edib. Bu isə “Mərcan” klinikasının ümumi cərrahı, eyni zamanda “MedAura” klinikasının baş həkimi olan Nigar Məmmədovadır. Pasiyent Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından ölüb. Yoxlamalar zamanı həkimin müvafiq sertifikasiyadan keçmədən plastik cərrah kimi fəaliyyət göstərdiyi faktı aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.(Hurriyyet)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025