Karusel / Slayd / Redaktor seçimi (20-05-2023, 21:52)
Qazilərə qarşı dələduzluq edən şəxsə icranın 1-ci müavini "KRİŞALIQ" ediridi
Mediatv.az-ın elektron poçtuna <[email protected]>-dən şikayət məktubu daxil olub.Bizimlə bərabər 50-dən yuxarı KİV-in elektron poçta ünvanlanan şikayət məktubunu redaktə ilə təqdim edirik:
Bu yaxınlarda sosial şəbəkələrdə “Niyazi Bayramovun işçisindən şok dələduzluq-başçının 1-ci müavini də istintaqa cəlb olundu” adlı yazılar dərc edilmişdi. Bəli bu xəbər doğrudur. Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Sənan Məhərrəmov aralarında qazi və şəhid ailələri olan ayrı – ayrı vətəndaşlara MİDA-dan ev verirəm adı ilə külli miqdarda pul “ataraq” ölkə hüdudlarından kənara çıxdı. Bu işdə başçının 1-ci müavini Səməd Tomiyevin də adının “hallandığı” və baş verənlərlə əlaqədar yoldaş Tomuyevi Baş Prakurorluğa çağırıldığı da qeyd edilirdi. Lakin sonradan nə oldusa bu məsələ barədə ictiamyətə açıqlama verilmədi və sanki hər şey “ört-basdır” edildi.
Adını çəkməy isdəmədiyim qazi qardaşlarımızdan biri özünü Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında “doğradı”. Qanına qaltan oldu, lakin xöşbəxtlikdən ətrafda olan şəhər əhalisinin dərhal müdaxiləsindən sonra qardaşımız sağ qaldı. Bəs nə idi qazi qardaşımızın özünü doğramasına səbəb?!. Gəncə ŞİH-nin işçisi Sənan Məhərrəmov başçının 1-ci müavini Səməd Tomiyevlə və sənədlər və vətəndaşların müraciətləriilə iş şöbəsinin müdirəsi Nigar Məmmədova ilə əlbir olaraq dövlətinə və dövlət məmuruna inanan zavallı vətəndaşların başına bu oyunu açdı. Məndə həmin “zavallılar”dan biriyəm. Sadəcə yuxarıda adlarını çəkdiklərimdən və kifayət qədər əlaqəli olan Səməd və Nigar cütlüyündən qorxduğum üçün adımı açıqlaya bilmirəm. Yəqin ki, bu yazını oxuyandan sonra artıq mənim kim olduğumu biləcəklər.Onlara çütlük deməyimə əsaslı səbəblərim var. Bu məsələ mənim başıma gələndən sonra “Gəncə balaca şəhərdir, hamı hamını yaxşı tanıyır” teoriyasına istinad edərək bu çütlük barəsində kiçik bir araşdırma apardım. Araşdırmam kiçik olsa da eşitdiklərim böyük şeylər oldu. Demək bu Səməd Tomiyev yaxşı mənada olmayam adı dillər əzbəri olan"Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədovun(hansı ki, adamın respublikada obyektlərinin sayı-hesabı yoxdur) yanında "müəyyən" yolları öyrənirmiş.Sonradan yoldaş Tomiyev Niyazi Bayramova “xod” tapır və Aqibət Məmmədovun təqdimatı ilə dövlət qulluğunda heç bir iş təcrübəsi olmadan Gəncə şəhər İcra Hakimiyyətinə işə girir. Əvvəllər işlədiyi yol idarəsində vəzifəyə qalxmağın “yollarını”yaxşı bildiyi üçün qısa bir müddət ərzində yoldaş Tomiyev başçının 1-ci müavininə qədər yüksələ bilir.Tutduğu vəzifənin məsuliyyətini tam olaraq dərk etməyən Səməd Tomiyev şəhidlərimizin dəfn mərasimlərində saqqız çeynədiyi üçün Gəncə şəhərində xüsusi ləqəbi ilə tanınır.
Vaxtı ilə poçtalyon işləyən Nigar Məmmədova Səməd Tomiyevin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini təyin edilməsindən qısa bir müddət sonra kadrlar şöbəsinin rəisi vəzifəsinə təyin edilir.Nigar Məmmədova vəzifəyə təyin edildikdən qısa bir müddət sonra müəyyən şəxslərə qarşı "qərəzli" olduğunu biruzə verdi . Vətəndaşların müraciətlərini və problemlərini vaxtında Niyazi Bayramova çatdırmayan N.Məmmədova zaman keçdikcə sanki gördüyü işdən həzz alırmış kimi daha da mövqeyini kəskinləşdirdi. Elmar Vəliyevin "zülmündən" canlarını təzə qurtaran şəhər əhalisi bu səfər Səməd və Nigarın ədalətsizliyindən canlarını qurtara bilmirlər. Hətta iş o yerə gəlib çatıb ki, Nigar Məmmədovaya şəhər icra hakimiyyətinin işçiləri Nigar Məmmədovadan "ehtiyat" edirdilər.Ona görə onun Gəncə Şəhər İcra Hakimiyyətində “kəsdiyi başa” zaval yoxdur deyirlər. Kimi isdəsə işə götürür, kimi isdəsə işdən çıxardır.Nigar və Səməd çütlüyü “yazıq” Niyazi Bayramovun “dilini ağzını necə bağlayıblarsa” adam onların qanunsuz əməllərini görə-görə heçnə demir. Səməd Tomiyevin Gəncə Şəhər icra hakimiyyətinə gəlişi Nigar Məmmədovanın karyerasında sözün əsl mənasında yüksəlişə səbəb olub. Nigar və Səməd çütlüyü hal–hazırda heç kimdən və heç nədən qorxmurlar. Nigar Məmmədovanın Gəncə Şəhər İcra Hakimiyyətində işləməsi Gəncəliləri və Gəncədə yaşayan şəhid ailələrini və biz qaziləri çox qəzəbləndirir. Ama nə edək?! Kimdi bizi eşidən?! Yəqin ki, “yuxarıdakılar” haçansa bu məsələdən xəbər tutarlar.
Növbəti məktubumda Sizlərə Gəncənin keçmiş baş memarı Məharət Mustafayevin atasına rəhmət oxutduran LGBT meyilli Elxan Məmmədovun əməllərindən və MKTİB-də baş verən ailə biznesindən yazacam.
Qarşı tərəfin cavab haqqını tanıyırıq..
P.S Bu yazı dərc olunmazdan əvvəl, şikayət məktubunu olduğu kimi Gəncə şəhər İcra Hakimiyyətinin elektron poçtuna ünvanladıq.24 saatdan artıq vaxt keçməsinə baxmayaraq qarşı tərəfdən sorğumuza cavab gəlmədi..
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024