Aktual (26-10-2021, 18:17)
Şəhid anası niyə intihara cəhd edib?
Sosial şəbəkələrdə Vətən müharibəsində şəhid olan Sahib Həsənovun anası Vüsalə Məmmədovanın bu gün dərman içərək intihara cəhd etməsi məlumatı yayılıb.
Cebhe.info-ya açıqlamasında şəhidin nənəsi Almaz Məmmədova məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Vüsalə Məmmədovanın intihar etməsinə səbəb maddi durumunun aşağı olmasıdır:
“Bir ildir qızımın övladı şəhid olub, bu bir ildə hələ Gəncə şəhər İcra Hakimiyyətindən bir dəfə kömək görməyib. Nə vaxt Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbuluna kömək üçün getsə, “olmaz, olmaz” deyib yola salırlar, qəbul eləmirlər. Kirayədə yaşayır, 200 manat kirayə puludur, qaz, işıq puluyla bir yerdə ayda 250 manat pul lazımdır. Mən olmasam, o qız yaşaya bilməz. Mən də nə qədər kömək eləyə bilərəm axı?!
Əvvəllər ana-bala işləyib yaşayırdılar. Biri kirayə pulunu ödəyirdi, biri gündəlik yaşayışı. İndi tək qalıb. Onun oğlundan başqa heç kimi, heç nəyi yox idi. O da şəhid oldu. Bunlar da heç bir şeyə kömək etmirlər. Nə dolanışığa, nə kirayə puluna. O da bezdi, dedi, daha mən niyə yaşayıram? Onu qınamıram, hamımız yorulmuşuq”.
1979-cu il təvəllüdlü Məmmədova Vüsalə Gülbala qızı hazırda Gəncə şəhər 3 saylı xəstəxanadadır. Anası Almaz xanımın sözlərinə görə, qızının vəziyyəti yaxşı deyil, həkimlər tibbi yardım göstərirlər. Almaz Məmmədova onu da vurğulayıb ki, intihara cəhd xəbəri yayılandan sonra da Gəncə şəhər İcra Hakimiyyətindən vəziyyətlə bağlı maraqlanan olmayıb. Qeyd edək ki, Vüsalə Məmmədovanın oğlu Həsənov Sahib Azər oğlu 17 oktyabr 2020-ci ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhid olub. Məsələylə bağlı İcra Hakimiyyəti ilə əlaqə cəhdimiz baş tutmayıb. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024