Karusel / Slayd / Redaktor seçimi (10-10-2022, 01:46)
AQTA mənsubu məktubu cavablandırmaqdan niyə yayınır?
“Mediatv.az” saytının redaksiyasına Bakı şəhərində yerləşən ət satışı məntəqələrində çox ciddi problemlərin olması ilə əlaqədar məlumatlar daxil olmaqdadır.
Daxil olmuş məlumatlar və apardığımız müşahidələr onu deməyə əsas verir ki, Regiondan kəsim üçün gələn heyvanların böyük əksəriyyətinə “forma 1” sənədi (Diri heyvanların sağlamlıq arayışı) verilmir. Bakı şəhərinin əksər yerlərində heyvanlar kəsim sexlərində deyil, satış yerlərinin yaxınlığında və satış aparılan yerlərdə kəsilir (Xüsusən paytaxtın Suraxanı, Sabunçu rayonlarında, eləcə də Yeni Yasamal ərazisində).Əgər heyvanlar kəsim sexlərində deyil,satış yerlərində kəsilirsə-bu o deməkdir ki satış yerləri aidiyyatı qurumlara "aylıq haqq" verir. Kəsilən heyvanların ətlərindən labarotoriya müayinələri üçün heç bir pataloji material götürülmür. Dövlət rüsumu bir heyvan kəsimi üçün 5 AZN olduğu halda, hər bir heyvana görə 10 AZN pul alınır və s.
Bu məqaləni hazırlamazdan əvvəl sözügedən məsələyə birbaşa aidiyyəti orqan olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi cənab Zaur Kərimova elektron sorğu məktubu ilə müraciət etdik və qeyd olunan neqativ halların araşdırılması və nəticə barədə redaksiyamızın məlumatlandırılmasına göstəriş verməsini xahiş etdik. Eyni zamanda məktubumuzda Azərbaycan Respublikasının «İnformasiya əldə etmək haqqında” və “Media haqqında» qanunlarını, müvafiq qanunvericiliyə uygun olaraq elektron sorğunun 24 saat müddətində cavablandırılması şərtini xatırlatdıq. Üstəlik, xahişimizin yerinə yetiriləcəyi ümidi ilə adresata qabaqcadan minnətdarlığımızı da bildirdik.
Amma görünür, xahiş-minnət, hətta qanunların tələblərinin xatırladılması belə cənab Zaur Kərimova azlıq etdiyindən, idarənin cavabı gəlmədi. Bizə isə yalnız təxmin eləmək qalır ki, Zaur Kərimov niyə susur. Ən azından o aksiomu biz də eşitmişik ki, susmaq razılıq əlamətidir – bu bir! Amma Zaur müəllimin görəvləndirildiyi vəzifə ondan ibarətditr ki, mövcudluğunu susqunluqla təsdiqlədiyi sadaladığımız neqativ halları aradan qaldırsın, onları törədən ünsürlərlə mübarizə aparsın. Səlahiyyət? – varıdır! Hüquq? – varıdır! Qanuni təsir mexanizmləri? - əlindədir! Vaxt? – varıdır; televiziya verilişlərində çıxış etməyə, maarifləndirici söhbətlər aparmağa zaman ayıra bilir. Bəs elə isə görəsən qarşısını nə kəsir ki, hərəkətsizlik edir? Bəlkə ona görə ki, televerilişlərdə ona bizimkindən fərqli olaraq qabaqcadan razılaşdırılmış, onu naqolay vəziyyətə salmayacaq suallar verilir? Öyrənməyə çalışacağıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024