İqtisadiyyat (19-07-2014, 14:25)
Köhnə bazara təzə AdƏt
"Şəhərin girişində 3 yerdə müasir tələblərə cavab verən kəsim sexlərinin yaradılması barədə layihə hazırlanıb. Bu istiqamətdə addımlar atılır. Lakin bu işin həyata keçirilməsi üçün ya dövlət tərəfindən vəsait ayrılmalıdır, yaxud da iş adamları bu işi həyata keçirə bilərlər"
Bu sözləri Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
“Bu məntəqələrin biri Quba, biri Şamaxı, üçüncüsü isə cənub istiqamətində olacaq. Heyvanlar bu məntəqələrdə kəsildikdən sonra soyuducusu olan maşınlarla satış məntəqələrinə aparılacaq. Əlbəttə, həmin məntəqələrdə ətlər yoxlanacaq, keyfiyyətsiz ət daxil olmayacaq. Həmin məntəqələr yaradıldıqdan sonra şəhərə diri heyvan daxil olmayacaq”.
Y.Xanvəlinin sözlərinə görə, nazirlik tərəfindən planlaşdırılan kəsim məntəqlərində isə heyvanların saxlanması üçün imkan yaradılacaq.
"Kəsimdən əvvəl heyvanlardan qan nümunələri götürüləcək. Bu həm də paytaxta xəstə heyvanların, leşlərin gətirilməsinin tam qarşısını alacaq. İndi isə paytaxta gətirilən və kəsilən heyvanlar nə dini, nə gigiyenik normalara uyğun olur, basabasla, iki-üç mərtəbəli maşınlara yığaraq gətirirlər. Planlaşdırdığımız layihədə bu məsələ aradan qaldırılacaq”.
Rayonlardan paytaxta diri iri və xırdabuynuzlu heyvan daxil olmasa da, Bakının bəzi ərazilərində heyvan saxlayanların küçədə heyvan kəsmələri istisna deyil. Y.Xanvəli bu məsələnin də həll edildiyini bildirib.
“Artıq Maştağa qəsəbəsində iribuynuzlu heyvanların kəsimi üçün xüsusi məntəqə yaradılıb və müasir tələblərə cavab verir. Nazirlik əməkdaşları həmin kəsim məntəqəsində olub. Hələ ki iribuynuzlu heyvanlar kəsilsə də, xırdabuynuzlu heyvanlar üçün yer tikilir. Maştağa kəndində ətsatanlar əsasən həmin kəsim məntəqəsinə müraciət edir. Daha sonra Bakının digər kəndlərindən də ətkəsənlərin bura yönləndirilməsi planlaşdırılır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024