Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (26-11-2016, 18:50)
Rabitə xidmətinin keyfiyyəti davamlı yaxşılaşır

 

Regionların sosial-iqtisadı inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən irimiqyaslı layihələr iqtisadiyyatın bütün sahələrində olduğu kimi, İKT və telekommunikasiya sektorunun inkişafında da uğurlu islahatlarla nəticələnmişdir.

Dövlət proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının tətbiqi ilə idarəçilik mexanizminin inkişaf etdirilməsi, vətəndaşların elektron xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi üçün internetin, xüsusilə də genişzolaqlı internetin tətbiqi istiqamətində uğurlu islahatlar aparılmışdır. Bu islahatların davamı olaraq Goranboy TKQ-də də son illərdə əhalinin artan tələbatı nəzərə alınmaqla müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində müəyyən nailiyyətlər əldə olunmuş, əhaliyə, müəssisə və təşkilatlara keyfiyyətli, fasiləsiz və dayanıqlı rabitə xidmətlərinin göstərilməsi təmin olunmuşdur.

Rayon mərkəzi EATS-ın inzibati və texnoloji binası əsaslı təmir olunmuş, daxili xətt şəbəkəsində təmir-tikinti işləri aparılmış, mərkəzi EATS-da yeni müasir avadanlıqlar  quraşdırılmışdır. Mənəvi və fiziki cəhətdən köhnəlmiş böyük enerji tutumlu avadanlıqlar yenisi ilə əvəz olunmuşdur. Müəssisə və təşkilatlara elektron xidmətlərin göstərilməsi məqsədilə mərkəzi EATS-dan rayon icra hakimiyyətinin inzibati binasına,Mərkəzi rayon xəstəxanasına , rayon Polis Şöbəsinin inzibati binasına fiberoptik kabeli çəkilmiş və istismara verilmişdir.

İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədilə rayon mərkəzində müasir, yüksək sürətli, genişzolaqlı internet avadanlıqları quraşdırılmışdır. Bunun sayəsində internet istifadəçilərinin sayı son bir ildə təqribən iki dəfə artmışdır. Əhalinin artan tələbatını nəzərə alaraq bu istiqamətdə təxirəsalınmaz tədbirlər davam etdirilir.  Rayonda pensiya və təqaüdlərin, əməkhaqlarının verilməsi, istifadə edilən elektrik enerjisinin, təbii qazın və digər kommunal xidmətlərin ödənişlərinin elektron variantda tətbiqi təmin olunmuşdur. Bir neçə kənd və qəsəbələrin telefonlaşdırılması məqsədilə lazımınca birləşdirici fiberoptik (FO) kabelləri çəkilərək istifadəyə verilmişdir. Mərkəzi EATS-ın daxili xətt şəbəkəsində yeni kabel kanalizasiya quyuları tikilmiş, əhalinin tələbatını nəzərə alaraq əlavə magistral və paylayıcı kabellərin çəkilməsi təmin olunmuşdur. Rayon Telekommunikasıya Qovşağının rəisi Hafis Muxtarov qeyd edir ki, digər kənd və qəsəbələrdə də gündən-günə artan tələbatı nəzərə alaraq yeni avadanlıqların quraşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Qeyd olunan görülmüş işlərin hesabına son 3 il ərzində qovşağın EATS-ın montaj tutumu 3 min NN tutumu artırılmışdır. Xüsusilə rayonun ən ucqar kənd və qəsəbələrinin telefonlaşması, yeni EATS avadanlıqlarının quraşdırılması, daxili xətt şəbəkəsinin tikintisi təmin olunmuşdur. EATS-lar üçün bina və ya torpaq sahəsinin ayrılmasında rayon icra hakimiyyəti başçısının yaxından köməkliyini xüsusilə qeyd etməliyik. 

   

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024