Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (25-12-2014, 11:55)
Sona yaxınlaşmaqda olan 2014-cü il də rabitə və yüksək texnologiyalar sahəsində uğurlu göstəricilərlə yaddaqalan olacaqdır

 

 Sona  yaxınlaşmaqda olan 2014-cü il də rabitə və yüksək texnologiyalar sahəsində uğurlu göstəricilərlə yaddaqalan olacaqdır

 

Hər bir ölkənin gələcək inkişafının informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsindən asılı olduğu birmənalı qəbul edilməkdədir. Azərbaycanda da İKT sahəsinin inkişafı, əhalinin müasir xidmətlərə çıxışının yaradılması, insanların bu xidmətlərdən əlverişli şərtlərlə istifadəsinin təşviqi, yeni xidmətlərin tətbiqi, sektorun diversifikasiyası, e-xidmətlərin tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyinin təmini və digər ümdə məsələlər diqqət mərkəzindədir. Bu sahədə Prezident İlham Əliyevin yaxından dəstəyi və qayğısı sayəsində məqsədyönlü işlər görülməkdədir. Cari ilin 9 ayı ərzində də rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilib.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlərin icrası hazırda da davam etdirilir. Həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən həyata keçirilən tədbirlərin effektivliyini artırmaq məqsədilə özündə konkret tapşırıq və vəzifələri cəmləşdirən “2014-cü ildə rabitə və informasiya texnologiyaları göstəricilərinin yaxşılaşdırılması üzrə Tədbirlər Planı”nın icrası üzrə işlər aparılır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi bölməsinin həyata keçirilməsi üçün hazırlanmış Tədbirlər Planı, eləcə də digər qanun və proqramların icrası üzrə də müvafiq tədbirlər görülüb.

 

Rabitə və informasiya xidmətləri üzrə gəlirlər artıb

 

Doqquz ay ərzində əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 1205,1 milyon manat təşkil etmişdir. RYTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 251,7 milyon manat gəlir əldə edilmiş, dövlət büdcəsinə 29,2 milyon manat, DSMF-yə isə 14,3  milyon manat vəsait ödənilib.

Ölkə ərazisində universal rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər əsasən başa çatdırılıb və artıq ölkənin bütün yaşayış məntəqələri üçün rabitə xidmətləri təşkil olunub. Əhalinin artım tempi və yeni yaşayış massivlərinin salınması nəzərə alınmaqla, əhalinin tələbatına uyğun olaraq, universal rabitə xidmətlərinin tətbiqi və inkişafı istiqamətində işlər davam etdirilir. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 69,01 ədəddir. Hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir.

İlin əvvəli ilə müqayisədə beynəlxalq internet kanallarının tutumu təqribən 50 Gb/s artırılaraq 300 Gb/s-yə çatdırılıb və bu, ölkədə internet xidmətlərindən istifadənin artmasının göstəricisidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə beynəlxalq giriş trafiki 86,9 milyon dəqiqə azalaraq 313,1 milyon dəqiqə, çıxış trafiki isə 22,9 mln. dəqiqə azalaraq 98,1 milyon dəqiqə təşkil edib.

Azərbaycan peykinin tutumunun satışı üzrə işlər davam etdirilib və hazırda peyk üzərindən yerli və beynəlxalq səviyyəli 129 televiziya və 16 radio kanalı yayımlanır. Həmçinin, Naxçıvanla Bakı arasında peyk rabitəsinin “Türksat” peykindən “Azerspace-1” peykinə keçirilməsi üzrə BƏHM ilə müqavilə bağlanıb və bu iş uğurla həyata keçirilib. Ölkəmizdə peyk infrastrukturunun inkişafı və müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması məqsədilə aparılan ardıcıl işlər çərçivəsində cari ilin may ayında “Azərkosmos” ASC ilə “Airbus Defence and Space” arasında  “Yerin müşahidə xidmətləri sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb və artıq iyun ayının 30-da “Airbus Defence and Space” “SPOT 7” peykini Hindistandan müvəffəqiyyətlə orbitə çıxarıb. Hazırda “Airbus Defence and Space” ilə imzalanacaq “Strateji əməkdaşlığa dair” saziş üzərində son tamamlanma işləri aparılır. Saziş “SPOT 6” və “SPOT 7” peyklərinin birgə istifadəsindən əldə olunan gəlirlərin “Airbus Defence and Space” və “Azərkosmos” ASC arasında bölünməsini və digər məsələləri əhatə edir. “SPOT 7” peykinin cari ilin sonunadək “Azərkosmos” ASC-nin mülkiyyətinə keçməsi və kommersiya istifadəsinə başlanması nəzərdə tutulur.

“Azərkosmos” ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış qrant müqaviləsinə uyğun olaraq, seçilmiş şirkət tərəfindən “Azerspace-2" ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma hazırlanır və cari ilin IV rübündə hazır olması nəzərdə tutulur. Tənzimlənmə fəaliyyəti istiqamətində işlər məqsədyönlü şəkildə davam etdirilib. Mobil nömrə daşınmasının tətbiqi ilə bağlı aparılan işlər yekunlaşdırılıb və 1 fevral 2014-cü il tarixindən xidmətin tətbiqinə başlanılıb. Doqquz ay ərzində daşınan nömrələrin sayı təxminən 10 633 ədəd olub. Daşınmanın effektivliyinin daha da  artırılması məqsədilə mobil operatorlarla birgə işlər davam etdirilir.

“Elektron-hökumət” portalına gəlincə, buraya 45 qurum fiziki olaraq qoşulub və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 446 elektron xidmətdən 291-i, ümumilikdə isə 374 xidmət portalda yerləşdirilib və vahid portal (bir pəncərə prinsipi) vasitəsilə əhaliyə təqdim olunur. İlin əvvəli ilə müqayisədə dövlət orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə verilmiş elektron imzaların sayı 6748 ədəd artırılaraq 24 386 ədədə çatdırılıb. Bundan 15310-u dövlət orqanlarına, 3583-ü hüquqi şəxslərə, 5493-ü isə vətəndaşlara verilib. E-imza sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyinin təmin edilməsi və istifadəçilərin rahat əldə edə bilməsi üçün müvafiq proqram təminatları yazılmış və digər tədbirlər görülmüşdür. “Azərbaycanda “elektron-hökumət” üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə “Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında imzalanmış Qrant razılaşmasına əsasən, Bakı (1 mühazirə, 2 kompüter sinfi, 1 server otağı və 1 multimedia otağı), Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Qusar, Şəkidəki 14 telekommunikasiya qovşağının inzibati binasında mərkəz üçün ayrılmış otaqlar təmir edilərək istifadəyə hazır vəziyyətə gətirilib. Layihənin icrası ilə bağlı KOICA nümayəndə heyəti və “Siriussoft” şirkətinin ezam olunmuş ekspertləri tərəfindən  avadanlıqlar sınaqdan keçirilib, sistemin tam təhvil verilməsi üçün hazırlıq işləri aparılır.

Beynəlxalq Standartlaşdırma Təşkilatının təhlükəsizlik üzrə 4 identik milli standartının layihəsi hazırlanıb, onlardan 2-si üzrə aidiyyəti qurumlardan müsbət rəy alınıb və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınması üzrə işlər aparılır.  Elektron Təhlükəsizlik Mərkəzində (ETM) Təhlükəsizlik Əməliyyat Mərkəzinin qurulması üçün texniki tələblər müəyyənləşib, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə dünya ölkələrində bu sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edilib. ETM kibertəhlükəsizlik  sahəsində beynəlxalq səviyyəli problemlərin həll olunması, təhlükəsizlik insidentlərinə qarşı mübarizə infrastrukturunun qurulması məqsədilə yaranan “Trusted Introducer” beynəlxalq təşkilatına üzv qəbul olunub.

“Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə və struktur layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim olunub, habelə Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun balansından QSC-yə veriləcək əmlakın siyahısı Nazirlər Kabinetinın sərəncamı ilə təsdiqlənib. QSC-nin fəaliyyətinin təşkili üzrə işlər davam etdirilir.

 

 

“Yüksək Texnologiyalar Parkı”nın yaradılması üzrə işlər də davam etdirilir

 

“Yüksək Texnologiyalar Parkı”nın yaradılması üzrə işlər də davam etdirilir. Parkın tikintisi məqsədilə ayrılmış ərazinin müvafiq sənədləşməsinin aparılması, torpaq ayrılması haqqında akt və inşaat pasportu alınıb. Parkın infrastrukturunun qurulması üçün satınalmaların keçirilməsi istiqamətində işlər aparılır. Keçiriləcək tender üzrə tələb olunan şərtlərin formalaşdırılması, həmçinin qoyulacaq tələblərin, nəzərdə tutulan işlərin hərtərəfli əhatə edilməsi məqsədilə bu sahədə beynəlxalq təcrübəyə malik “Hill İnternational” şirkəti cəlb edilib və hazırda ərazidə yerləşdiriləcək binalar və infrastruktur üçün texniki tələblər, tenderin şərtlər toplusu və qiymətləndirmə metodu şirkət tərəfindən hazırlanmaqdadır. Texniki məsləhətçi şirkətin tövsiyəsi və memarlıq işlərinin relyefə uyğun aparılması, tikiləcək obyektlərin planda dəqiq göstərilməsi məqsədilə “İNTEGRİS” şirkəti ilə müqavilə bağlanılıb və şirkət tərəfindən ərazinin topoqrafik planlaşdırılması və poliqon nöqtələri təsis edilib.  “YT Park” MMC tərəfindən innovativ layihələrin dəstəklənməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə ilkin pilot layihə olaraq “PiCampus” Biznes İnkubasiya Mərkəzi yaradılıb və hazırda mərkəzdə 25 startapçı fəaliyyət göstərir. Startaplara əlverişli xidmət şəraitinin yaradılması üçün zəruri tədbirlər görülüb. “YT Park” MMC-nin gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində görüləcək işlərin müəyyən olunması məqsədilə məsləhətçi şirkətlə birgə müvafiq inkişaf planı hazırlanmaqdadır.

 

 

Sabit telefon şəbəkəsi genişləndirilir və xidmətin keyfiyyəti yaxşılaşdırılır

 

Azərbaycan Respublikasının ərazisində sabit şəbəkə telefon xidmətləri əsasən ölkənin iki iri dövlət operatoru - “Aztelekom” İstehsalat Birliyi və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən həyata keçrilir.

 CDMA simsiz telefon şəbəkəsi istismara verildi.

·           Şəbəkədə yeni NGN texnologiyası tətbiq olundu. Şəbəkə tutumunda NGN avadanlıqların payı 21,5 %-ə çatdırıldı.

·           Bütün xidmət ərazisi İnternet xidmətləri ilə təmin olundu.

·           Xidmət ərazisində 2004-cü ildə genişzolaqlı (ADSL) İnternet istifadəçisi yox idisə, hazırda şəbəkədə 178 mindən artıq belə abunəçi qeydiyyatdadır.

Sahənin mahir bilicisi olan Beytulla Hüseynovun rəhbərlik etdiyi “Baktelekom” (Bakı Telefon Rabitəsi İstehsalat Birliyi)  Bakı şəhəri  əhalisinə, şəhərdə yerləşən müəssisə və təşkilatlara 193 ədəd Avtomat Telefon Stansiyası (ATS) vasitəsi ilə telefon, sürətli internet, video-telefon, İPTV, DATA, sorğu-məlumat, eləcə də müvafiq servis  xidmətləri göstərir.

“Baktelekom” şəbəkəsində mövcud olan 193 ədəd ATS-in 33 ədədi vasitəsilə  Xətai Telefon Qovşağı Nəsimi, Nərimanov, Binəqədi, Səbail və Xətai rayonları ərazisində, 39 ədədi vasitəsilə Yasamal Telefon Qovşağı Nəsimi, Binəqədi, Yasamal və Səbail rayonları ərazisində, 29 ədədi vasitəsilə Nizami Telefon Qovşağı Nizami, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində, 36 ədədi vasitəsilə Sabunçu Telefon Qovşağı Sabunçu və Suraxanı rayonları ərazisində, 30 ədədi vasitəsilə Xəzər Telefon Qovşağı Xəzər və Pirallahı rayonları ərazisinə, 19 ədədi vasitəsilə Qaradağ Telefon Qovşağı Qaradağ rayonu ərazisinə, 5 ədədi ilə “AzEvroTel” MMC Səbail, Yasamal, Nəsimi rayonlarının ərazisində yuxarıda qeyd olunmuş müxtəlif rabitə və digər telekommunikasiya xidmətləri təşkil edir.

Birliyin şəbəkəsində mövcud olan 193 ədəd ATS-dən 2 ədədi Bakı və Abşeron rayonunda (Rouminq ilə respublika ərazisində) simsiz telefon və qalan 191 ədədi isə simli telefon xidməti göstərir.

“Baktelekom” şəbəkəsi ATS-lərində quraşdırılmış telefon nömrə tutumu  788466 ədəd nömrə təşkil edir və bütün ATS-lər elektron tiplidir. Şəbəkədə quraşdırılmış tutumların 633997 nömrəsi və ya 80,4 faizi abunəçilərin istifadəsinə verilmişdir.

Şəbəkə  ATS-lərində  quraşdırılmış tutumların  466530 nömrə (59,2 %) müasir NGN, 104709 nömrə (13,2 %) C&C 08, 109722 nömrə (14,2 %) S-12, 70097 nömrə (9 %)  DMS, 3145 nömrə (0,4 %) DRX, 844 nömrə (0,11 %) Karel və 20000 nömrə (2,58 %) CDMA tipli avadanlıqlar təşkil edir.

“Baktelekom”  şəbəkəsinin stansiyalararası bağlantıları 100 faiz optik səviyyədə təşkil olunmuş, böyük tutumlu stansiyalararası rabitənin alternativliyi 100 faizə, digər stansiyalar üzrə isə  90 faizə çatdırılmışdır. Şəbəkədə stansiyalararası optik kabellərin uzunluğu 1456,3 km təşkil edir. Birliyin şəbəkəsində nömrələrin abunəçilərə paylanması 1516 ədəd paylayıcı şkaf vasitəsilə həyata keçirilir.

Xidmətlərin istifadəçilərə yaxınlaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə “FTTx” layihəsi çərçivəsində “Baktelekom” şəbəkəsində optik qoşulmanı dəstəkləyən 31 ədəd SMART-AX tipli multiservis ATS-lər quraşdırılmış və bu işlərin həyata keçirilməsi davam etdirilir.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin şəbəkəsi vasitəsilə abunəçilərə “Bakinternet” və digər İSP-lər tərəfindən genişzolaqlı sürətli internet xidmətləri göstərilir. Hazırda şəbəkəyə qoşulan abunəçilərdən 257830 ədədi genişzolaqlı xətlər vasitəsilə internet xidmətlərindən (o cümlədən BTRİB -164607 ədəd, digər İSP-lər 93223 ədəd) istifadə edir. İnternet xidmətlərdən istifadəyə olan tələbata uyğun olaraq BTRİB şəbəkəsinin ATS-lərində ADSL portlarının tutumu 314772 ədədə çatdırılmışdır. Bu portların 190800 ədədi və ya 60,6 faizi BTRİB, 123972 ədədi və ya 39,4 faizi digər İSP-lər tərəfindən quraşdırılmışdır. Mövcud vəziyyətdə BTRİB şəbəkəsi telefonlarının 40,6 faizinin xətləri üzərindən genişzolaql sürətli internet xidmətləri göstərilir.

Müraciətlərə həssas yanaşan fəaliyyəti təqdir olunan struktur vahidləri sırasında Eyyub İsmayılovun rəhbərlik etdiyi Abşeron Telekommunikasiya  Qovşağının, Bakı şəhəri Xəzər Rayon TKQ-nin,Sabunçu Rayon TKQ-nin,  kollektivlərinin imza atdıqları müvəffəqiyyətlər ürəkaçandır.

 

 Az EvroTel uğurlarını artırır

 

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən “Az-Evro Tel” Məhdud Məsuliyyətli Cəmiyyəti RYTN-nin və Bakı Teleflon Rabitəsi İstehsalat Birliyinin müvafiq qərarlarının yerinə yetirilməsi üçün, eləcə də şəbəkənin genişləndirilməsi və rekonstruksiyası, yeni müasir texnologiyaların və xidmətlərin tətbiqi, investisiyanın cəlb edilməsi üzrə plana uyğun olaraq, əməli tədbirlər həyata keçirir. İldən-ilə uğurlarının sırasını artıran şirkət həm təklif etdiyi xidmətin çeşidini və keyfiyyətini artırır, həm də qiymətləri vaxtaşırı aşağı salaraq müştəri məmnunluğunu təmin edir. Təcrübəli mütəxəssis Cabit Rəsulovun rəhbərlik etdiyi bu müəssisə Azərbaycan rabitəsini avanqard kimi beynəlxalq arenada da ləyaqətlə təmsil edir. Buna misal olaraq, xatırladaq ki, Avropa Biznes Assambleyası və Sokrat adına Beynəlxalq Nominasiya Komitəsi “Az-EVROTEL” MMC-nin direktoru Cabit Rəsulovu, uğurlu idarəedicilərin ümumavropa reyestrinə daxil etməklə, 2011-ci “İlin ən yaxşı Top-meneceri” ordeni ilə təltif edib, etibarlı tərəfdaşların və sürətlə inkişaf edən müəssisələrin ümumavropa reyestrinə daxil etməklə “Az-Evro.TEL” MMC-yə isə 2011-ci il üzrə “Ən yaxşı müəssisə” beynəlxalq mükafatının verilməsi üzrə qərar qəbul edib. Bundan başqa, “Az-Evro TEL” MMC-nin direktoru Cabit Rəsulova Beynəlxalq Rabitə Akademiyası tərəfindən akademik adı verilib.

 

 

Poçt xidməti şəbəkəsi inkişaf edir və genişlənir

 

Hesabat dövrü ərzində poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi də davam etdirilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daxili sadə və sifarişli məktub korrespondensiyalarının sayı 10,1 faiz, beynəlxalq sadə məktub və banderolların sayı 5,1 faiz, beynəlxalq bağlamaların sayı 1 faiz , daxil olan beynəlxalq kiçik paketlərin sayı isə 2,5 faiz artıb.

Təcrübəli rabitəçi cənab Qənbər Bəybalayevin rəhbərlik etdiyi “Azərpoçt” MMC tərəfindən 2014-cü ilin 9 ayı ərzində əməkhaqqı layihəsi çərçivəsində 6652 ədəd “MasterCard” loqolu beynəlxalq ödəniş kartı emissiya edilərək müştərilərə təqdim olunub. 2014-cü il noyabrın 1-nə olan məlumata görə MMC-yə məxsus aktiv ödəniş kartlarının sayı 10 667 ədəddir. Hesabat dövründə MMC-yə məxsus ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 17,5 milyon manatı ötüb. Bank xidmətlərinin tətbiqi ilə əlaqədar 15 ATM avadanlığı və 106 pos-terminal vasitəsi ilə əhaliyə xidmət göstərilir. MXİL-in əhatəsini genişləndirmək məqsədilə “Azercell Telekom” MMC-nin 3G xidmətindən istifadə etməklə 70 ədəd kənd poçt şöbəsi “Azərpoçt” şəbəkəsinə qoşulub.

“Azərmarka” şirkəti tərəfindən isə cari ilin 9 ayı ərzində 14 mövzuda 39 poçt markası, 6 növ poçt kartı və 6 növ zərf  hazırlanaraq dövriyyəyə buraxılıb. RYTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün əhəmiyyətli işlər də görülüb.

“Bakı-2015" I Avropa  Olimpiya Oyunlarına hazırlıq işləri davam etdirilib. Bu çərçivədə BTRİB tərəfindən yarış və təşkilati məkanlara fiber-optik və mis kabellərin alınması və çəkilməsi, eləcə də DRİ tərəfindən radiotezliklərin monitorinqi və müdafiəsi, radioelektron avadanlıqların sınaqdan keçirilməsi və parametrlərinin yoxlanılması məqsədilə lazımi avadanlıqların alınması üzrə aidiyyəti şirkətlərlə müqavilələr imzalanıb və ölkəyə gətirilməsi üzrə işlər davam etdirilir.

 

 

 

"Aztelekom" İB işini günün tələbləri səviyyəsində qurub.

 

 “Aztelekom” İB-nin telefon şəbəkəsi (simli və simsiz) Bakı şəhəri və Naxçıvan MR istisna olmaqla, bütün ölkə ərazisini, BTRİB-in telefon şəbəkəsi (simli və simsiz) Bakı şəhərinin Binəqədi, Qaradağ, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Xəzər, Xətai və Yasamal rayonlarının inzibati ərazilərini əhatə edir.

 “Aztelekom” İB-nin  kommutasiya şəbəkəsi 1260-dan çox məntəqədə quraşdırılmış EATS-lərdən və CDMA simsiz telefon şəbəkəsinin baza stansiyalarından ibarətdir. Ölkə əhalisinin 80%-ə qədərinin yaşadığı ərazi CDMA şəbəkəsinin əhatə dairəsinə daxildir. Birlik tərəfindən bütün növ telekommunikasiya xidmətləri göstərilir. Abunəçilərin 212 mini və ya 31%-i genişzolaqlı şəbəkə vasitəsilə internetdən istifadə edir. İnternet xidməti həm “Aztelekom.net” provayderi, həm də özəl ISP-lər tərəfindən göstərilir. Təcrübəli mütəxəssis Məhəmməd Məmmədovun Birliyinin EATS-lərinin ümumi tutumları 785 min nömrə təşkil edir. Bundan 169 min nömrə tutumu və ya 21,5% ən müasir multimedia xidmətlərini dəstəkləyən NGN avadanlıqlarının payına düşür. Stansiyalararası birləşdirici xətlərin 91%-i optik kabellərlə təşkil edilmişdir.

·           01.01.2004-cü il tarixə şəbəkədə istismar olunan ATS-lərin ümumi tutumu 489 327№ idisə, hazırda, ATS-lərin ümumi tutumu 785 000 № təşkil edir.

·           400 yeni ATS tikilmişdir.

·           768 ATS rekonstruksiya olunaraq elektron ATS-lərlə əvəz olunmuşdur.

·           320-dən artıq ATS-in tutumu genişləndirilmişdir.

·           01.01.2004-cü il tarixə şəbəkədə elektronlaşma səviyyəsi 38,7% təşkil edirdisə, hazırda bu rəqəmin 100% olmasını qürur hissi ilə demək mümkündür.

·           01.01.2004-cü il tarixə Birliyin xidmət ərazisində telefon şəbəkəsi tam elektron olan rayonların sayı 7 idisə, hazırda, bu rəqəm 57 olmaqla 100% təşkil edir.

·           01.01.2004-cü il tarixə F/O kabel magistrallarının və birləşdirici xətlərin ümumi uzunluğu 1919 km idisə, hazırda bu magistralların uzunluğu 7 min km-dən artıqdır. Bu isə 4,0 dəfə artım deməkdir.

·           Ötən müddət ərzində 6 min km uzunluğunda fiber-optik kabel magistralları və birləşdirici xətlər tikildi.

·           Bütün rayonların mərkəzi ATS-lərinin TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentlərinə birbaşa qoşulmaları təmin edildi. 2004-cü ildə belə TKQ-lərin sayı 32 idi.

·           «Aztelekom.net» İnternet provayderi fəaliyyətə başladı və provayderlər arasında liderə çevrildi.

·           

Sumqayıt rabitəçiləri xidmət səviyyəsini  yaxşılaşdırırlar

 

“İnformasiya-kommunikasiya ili” elan edilmiş 2013-cü ildə mühüm uğurlara imza atmış Sumqayıt Telekommunikasiya Qovşağının kollektivi bu il də rabitə xidmətinin yüksəldirilməsini eyni vüsətlə davam etdirir.

Milli rabitənin inkişafı üzrə mühüm layihələr Sumqayıtda da uğurla həyata keçirilir. Qovşaq üzrə bütün rabitə qurğuları texniki normaya uyğun yenidən qurularaq dizayn edilib. TKQ-nin inzibati binasının fasadı müasir memarlıq üslubunda tikinti işləri ilə daha da gözəlləşib. Bütün bunlarla bərabər, rabitəçilər doğma şəhərin son illərdə xüsusilə sürətlənən tərəqqisinə ürəkdən sevinir, abadlıq və quruculuq işlərində də yaxından iştirak edirlər. Burada inkişaf naminə həyata keçirilən bütün tədbirlərdə onların da zəhmət payı var.

Cari ilin birinci yarısında TKQ üzrə tarif gəliri proqnozu 101,1 faiz yerinə yetirilib. Keçən ilin müvafiq dövrünə nisbətən tarif gəliri 18,3 faiz artıb. Əsas telefon aparatlarının sayı 372 ədəd artırılaraq ümumi tutum 58924 ədədə çatdırılıb.

Təcrübəli mütəxəssis Akif Əsgərovun rəhbərlik etdiyi TKQ-nin kollektivi məlumat verdi:

- Nazirliyin və “Aztelekom” İB-nin, həmçinin Sumqayıt şəhər rəhbərliyinin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirir. Şəhərdə ADSL genişzolaqlı internet xidmətinin inkişafı təmin edilib. Bu məqsədlə TKQ-nın xidmət ərazisində yarımildə 911 ədəd genişzolaqlı internet port montaj olunaraq istismara verilib. Genişzolaqlı internet istifadəçilərinin sayı ilin əvvəlinə nisbətən artaraq 831-ə çatdırılıb.   Daxili imkanlar hesabına Sumqayıt Stansiyası yaşayış massivindəki EATS-də 32 nömrə, Kimyaçılar qəsəbəsindəki EATS-də 32 nömrə montaj edilərək istismara verilib. 657-ci EATS-dən 3 ədəd A32 abunə kartı 96 nömrə demontaj olunub və  tələbat çox olan Xəzri qəsəbəsindəki EATS-də montaj edilib. 

Yeri gəlmişkən, hesabat dövründə Xəzri yaşayış massivində 100, boruyayma zavodunun bağları  ərazisində, 8-ci məhəllədə 20, Corat qəsəbəsi 2-ci məhəllə istiqamətində 50 abunəçi üçün telefon xətti çəkilərək istifadəyə verilib. Sumqayıt Kimya Sənayesi Parkında İnşaatçılar qəsəbəsi istiqamətində 5000 metr fiber optik kabeli kanallar qoyulub. 18-ci mikrorayon ərazisindəki əlillər binasına 2500 metr   magistral kabeli çəkilib və abunəçilərin telefonları kabelə qoşulub. Dənizkənarı xəstəxana ərazisində quraşdırılması nəzərdə tutulan 512 nömrəlik EATS-in 7 kilometr  məsafədə fiberoptik magistral və paylayıcı şəbəkəsi tikilərək istismara hazır vəziyyətə gətirilib.

Ötən il ilk dəfə məhz Sumqayıtda “Hər evə optika” pilot layihəsinin tətbiqinə başlanıb və 14-cü məhəllədəki hündürmərtəbəli binada müvafiq avadanlıq quraşdırılaraq istifadəyə verilib. “Hər evə optika”  2013-2015-ci illərdə və sonrakı dövrdə yüksək sürətli  və keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili üçün telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, magistral şəbəkədə ATS-dən iki kilometrdən çox məsafədə yerləşən telefon şkaflarına fiber-optik kabel xəttlərinin çəkilişi, kommutasiya və transmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, tənzimləmənin təkmilləşdirilməsi və digər məsələləri əhatə edir.

Evlərə qədər optikləşmə prosessinin həyata keçirilməsini dəstəkləyən “GİPON” layihəsi də ilk dəfə olaraq 2013-cü ildə Sumqayıtda tətbiq olunub. Nəticədə hər bir mənzildə genişzolaqlı internet xidmətinin fiber optik kabel üzərindən ötürülməsinə başlanılıb.

Şəhərin 5-ci mikrorayon ərazisində yeni istifadəyə verilmiş “AG” bank filialının korporativ şəbəkəsinin yaradılması üçün oradakı EATS-lə obyekt arasında 1200 metrlik FO-8 kabeli qoyulub və istismara verilib. “Bank Technique” ASC-nin filial binasına yeni fiberoptik və TPP kabeli çəkilməklə şəbəkə yenilənib. Şəhərin1-ci mikrorayon ərazisində inşa edilmiş çoxmərtəbəli  binalara TPP-20x2 kabeli çəkilib və 20 abonent telefonla təmin olunub. Sumqayıt Stansiyası ərazisində 10 sakinə telefon çəkilməsi üçün yeni paylayıcı şəbəkə tikilib, 44-cü məhəllədəki hündürmərtəbəli binalarda 100 mənzilə telefon çəkilişi üçün 1000 metr TPP-100x2 magistral və paylayıcı şəbəkə tikilərək istismara verilib. Xəzər bağları istiqamətində isə 50 nəfər sakin üçün telefon çəkilişi məqsədilə Nizami və Xətai küçələrində  telefon şəbəkəsi tikilib. 14-cü  məhəllədə, Yaşıldərə massivində   əlavə 200  ünvanda  müasir telefonlaşdırma aparılıb. Tağıyev qəsəbəsində fəaliyyət göstərən bir şirkətdə internet və telefon şəbəkəsinin yaradılması  təmin edilib. Bütün elektron stansiyaların avadanlığı ideal səliqəyə salınıb.

Sumqayıt rabitəçiləri stansiyalararası alternativ rabitənin təkmiləşdirilməsi üzrə də fəaliyyət davam etdirilir.

 Vətəndaşların müraciətlərinə həssas yanaşılır

 

Doqquz  ay ərzində vətəndaşlardan birbaşa RYTN-ə daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 97 ədəd artaraq 1703 ədəd, ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı isə 21 ədəd azalaraq 417 ədəd təşkil edib. Vətəndaşların müraciətlərinin daha da operativ həll olunması məqsədilə yaradılmış “Qaynar xətt”ə 5238, nazirliyin elektron poçtuna 1196, cəmi 6434 ədəd müraciət daxil olub. Bunlardan başqa, sorğu xarakterli 720 müraciət olub və müvafiq cavablandırma və zəruri olan izahatlar verilib.

Əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi ilə yerindəcə tanış olmaq və vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək məqsədilə nazir Əli Abbasov respublikanın 8 bölgəsində ətraf rayonlar da əhatə edilməklə vətəndaşlarla görüş keçirib və bu görüşlərdə 263 vətəndaş qəbul olunub. Keçirilmiş görüşlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, bəzi müraciətlər qeydə alınaraq, araşdırılıb həll edilməsi üçün nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilib.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024