Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (13-09-2015, 13:57)
Rusiyadan gələn pullar azalır, problemlər artır...

Nə qədər Azərbaycan vətəndaşının çörəyini Rusiyada qazandığının dəqiq rəqəmi bəlli deyil. Rəsmi statistika əmək miqrantlarının sayını 600 min civarında göstərir.


Qeyri-rəsmi məlumatlarda Rusiyada çalışan azərbaycanlıların sayı 1,5-2 milyon nəfər arasındadır.

Onların vətənə hər il nə qədər pul göndərdiyinin də dəqiq statistikası yoxdur. Rəsmi rəqəmlərdə bu məbləğ hər il 1,3 milyard dollardan yuxarıdır. Qeyri-rəsmi olaraq söhbət bir neçə milyard dollardan gedir.

Rusiya Mərkəzi Bankı həmin rəqəmi 2 milyard dollara yaxın göstərir. Ancaq bu da son rəqəm deyil - orada yalnız bank köçürmələrinin məbləği nəzərdə tutulur. Halbuki pul təkcə bank yolu ilə gəlmir. Kimlərsə pulu özləri ilə gətirir, kimlərsə də dost-tanışla yollayır.

İstənilən halda söhbət Azərbaycan büdcəsi ilə müqayisədə yetərincə böyük məbləğdən gedir. Və bu məbləğ ölkə səhiyyəsinə, təhsilinə və mədəniyyətinə ayrılan cəmi vəsaitdən çoxdur.

İndi isə vəziyyət fəlakətli şəkildə dəyişməkdədir. Rusiya iqtisadi və maliyyə böhranına sürüklənib. Qərbin sanksiyaları rublun sürətlə ucuzlaşması ilə müşayiət olunur.

İlin əvvəlindən başlayaraq devalvasiya rublun dəyərini təxminən 2 dəfə aşağı salıb. Rusiya iqtisadiyyatının tezliklə özünə gələcəyini söyləmək qeyri-mümkündür - sanksiyaların ilgəyi gündən-günə daha da bərk sıxılır. Neftin qiymətlərinin durmadın enməsi fonunda vəziyyətin proqnozu yalnız neqativ çalar daşıya bilər.

Təbii ki, bu fonda azərbaycanlıların ailələrinə göndərdikləri məbləğ də azalmaqdadır. Və statistika göstərir: azalma sürətli və böyükdür. Belə ki, ötən ilin ikinci kvartalı ilə müqayisədə Rusiyadan pul köçürmələrinin həcmi bu ilin ikinci kvartalında 43,1 faiz azalıb. Bu isə nə az, nə çox - 164 milyon dollar deməkdir.

Yəni ötən ilin aprel-iyul ayları ərzində bank köçürmələrinin həcmi 334 milyon dollar olubsa, bu ilin analoji dövründə həmin məbləğ azalaraq 190 milyon dollara enib. Üstəlik, ötən ilin ikinci kvartalı üçün birdəfəlik bank əməliyyatının həcmi orta hesabla 654 dollar idisə, bu ilin analoji dövründə o, 519 dollara bərabər olub.

Nəzərə alaq ki, bu rəqəmlər yaz ayları üçündür. İyuldan başlayaraq Rusiya maliyyə sistemindəki böhran daha da dərinləşib. Deməli, ilin üçüncü kvartalında yuxarıdakı rəqəmlərin yalnız azalacağını gözləmək olar.

Ölkədə qalan əhalinin hansı faizinin Rusiyadan göndərilən pullar hesabına ayaqda dayana bildiyini də söyləmək çətindir. Ancaq aydındır ki, xüsusilə bölgələrdə Rusiyadan gələn gəlirlərdən asılılıq çox yüksəkdir. Bu mənada Rusiya iqtisadiyyatının çökməsi Azərbaycanda milyonlarla insanın güzəranının pisləşməsi deməkdir. Və bu, hazırda uzunmüddətli bir prosesdir.

Bunun Azərbaycana yarada biləcəyi əsas təhlükə də bölgələrdə sosial problemlərin artması ola bilər.
Bir neçə il əvvəl ölkədə 600 min yeni iş yerinin açılığını raport edənlərin həqiqətdən necə uzaq olduqları yuxarıdakı rəqəmlərlə asanlıqla sübut olunur. Hazırda büdcəsi xeyli dərəcədə neftin qiymətlərindən asılı olan Azərbaycanda yaxın zamanlarda yeni iş yerlərinin yaradılacağından yox, köhnələrin də bir hissəsinin bağlanmasından danışmaq olar. Bu isə ölkəyə xaricdə işləyənlərin göndərdikləri məbləğin rolunu daha da artırır. Ancaq göründüyü kimi, həmin axın iri templərlə zəifləməkdə davam edir.

Bu fonda “Rusiya dağılacaq” deyə mantra kimi bu kəlmələri təkrarlayanların qonşu ölkədəki iqtisadi çöküşün Azərbaycana vuracağı nəhəng ziyanı görməzdən gəlməkləri kənardan sadəlövhlüklə səfehliyin sintezi təəssüratı yaradır.

Təkcə Rusiyanın yox, digər qonşuların - İranın, Türkiyənin, hətta Gürcüstanın da istər siyasi, istərsə də iqtisadi-maliyyə böhranına yuvarlanması bumeranq effekti verərək özümüzə qayıdacaq. Həm siyasi, həm də iqtisadi sahədə.
Və bundan sonra Qərbin Rusiyaya qarşı yeritdiyi, sonu görünməyən sanksiyalar siyasətinə əl çalanlar əslində adi azərbaycanlıların illər boyu oturduqları ağacın budağının qırılıb düşəcəyi günün gəlməsinə sevinirlər...

virtualaz.org

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024