Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (Dünən, 22:52)
Bu xidmət onun əsl vizit kartıdır-FOTOLAR

 

Cəmiyyət olaraq biz bəzən nankorluqla sədaqətin, qərəzlə obyektivliyin sərhədini qarışdırırıq. Tutduğu vəzifəyə uyğun ləyaqətlə çalışan, şəhər əhalisinə həmişə açıq olan bir insanın əməyini görməzlikdən gəlib, geyiminə, görünüşünə ilişmək – bu, tənqid deyil, qısqanclığın başqa bir üzüdür. Bu günlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov haqqında sosial mediada yayılan əsassız və kimlərinsə sifarişi ilə yazılan yazılar diqqətimi cəlb etdi. 
Guya Niyazi Bayramovun geyindiyi idman geyimi bahalı imiş. Guya bu, xalqla məmur arasında məsafə yaradırmış. Amma xalq özü belə düşünmür. Çünki Gəncə əhalisi yaxşı bilir: bu şəhərin küçələrində, qəsəbələrində, tikinti sahələrində, məhəllələrində bir problem varsa, Niyazi Bayramov oradadır. İnsanlar onun geyiminə yox, gəlişinə, diqqətinə, ünsiyyətinə baxırlar. Çünki bu adam insanların dərdinə kənardan baxmır – onların yanında dayanır, həll yolları axtarır.
Bu gün bir məmurun geyimi deyil, gördüyü işlər ölçü vahidi olmalıdır. Niyazi Bayramovun fəaliyyəti isə ölçülə biləcək çərçivədən çoxdan çıxıb – o, təkcə vəzifə daşıyan şəxs deyil, bir şəhərin ritmini müəyyən edən, onun nəfəsini duyan, Cənab Prezidentin tapşırıq və tövsiyələrinə ləyaqətlə əməl edən bir rəhbərdir.
O, qapılarını vətəndaşlara heç vaxt qapatmayan, hər müraciətə ciddi yanaşan, insanları dinləməyi bacaran, tez - tez şəhərin müxtəlif yerlərində mühafizəsiz tək gəzən, insanlarla görüşüb söhbət edən, problemləri ilə maraqlanan bir rəhbərdir. Onun üçün “xalq” anlayışı yalnız statistik vahid deyil – hər bir fərdin problemi onun üçün şəxsidir. Bu səbəbdən də Gəncə camaatı onu sevir, inanır və güvənir.
Niyazi Bayramovun geyiminə ilişənlər isə onun fəaliyyəti qarşısında aciz qalanlardır. Onlar bilirlər ki, konkret işə, nəticəyə əsaslanan tənqid üçün heç bir zəmin yoxdur. Bu səbəbdən də ən ucuz yola əl atıb, şəxsi həyatına müdaxilə etməyə çalışırlar. Amma unudurlar: bu xalq kimin nə üçün çalışdığını yaxşı bilir.
“Dost başa baxar, düşmən ayağa” – deyib atalar. Niyazi Bayramova dost olanlar onun şəhər sakinləri ilə bir sırada dayanmasına, insanlarla çox səmimi və mehriban olmasına, onların problemlərinə öz problemi kimi yanaşmasına, insanlara, dövlətçilik ideyalarına, Cənab Prezidentimizin tapşırıq və tövsiyələrinə ləyaqətlə xidmət etməsinə baxır. Düşmən olanlar isə ayağına – hansı markadan geyim geyindiyinə ilişir. Amma bu cür yanaşmalar onun şəhər sakinlərinin gözündə olan dəyərini azalda bilməz.
Niyazi Bayramov çalışır, qurur, dinləyir, Ölkə Prezidentinin tapşırıq və tövsiyələrini yerinə yetirir. Bəli, bu xidmət onun əsl vizit kartıdır – bahalı və ya ucuz geyim yox. Onun qiyməti nə geyimindədir, nə də görüntüsündə – onun dəyəri əməlində, nəticəsində, şəhər sakinlərinə olan münasibətindədir. Bunu isə zaman özü sübut edir – hər gün, hər küçədə, hər görüşdə.
ELÇİN CAVADOV,
Gəncə Dövlət Universitetinin dosenti,
texnika elmləri doktoru


 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
18 09 2025
18 09 2025