İqtisadiyyat (13-04-2015, 18:26)
“Mərkəzi Bank sərt addımlar atmalı olacaq”
Milli valyutanın yenidən devalvasiya təhlükəsi ciddi şəkildə müzakirə edilməkdədir
Ekspertlər ikinci devalvasiyanı istisna etmirlər.
Əksinə, devalvasiya gözləntilərindən narahatlıq vurğulanır. Milli valyutanın dollar və avroya olan məzənnəsi də vaxtaşırı dəyişir.
Maraqlıdır, hökumət bazarı stabil saxlaya bilmir, yoxsa baş verənlər idarəolunan xaos hesab olunmalıdır? Ekspertlər bu məsələ ətrafında maraqlı açıqlamalar veriblər.
Mərkəzi Bank isə daha ciddi məsələyə toxunaraq, valyuta ehtiyatlarının azaldığını açıqlayıb. Bildirilir ki, 2015-ci ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları 4,29 milyard dollar (31,2 faiz) azalaraq, 13,76 milyard dollardan 9,47 milyard dollara enib.
Ekspert Samir Əliyev isə musavat.com-a açıqlamasında qeyd edib ki, proqnozlaşdırıldığı kimi, ehtiyatlarda azalma davam edib: “Mart ayında ehtiyatın həcmi 13,9 faiz və ya 1,5 milyard dollar azalaraq, 9,47 milyard dollara düşüb. Bu, son 41 ayda ən aşağı həddir. Sonuncu dəfə 2011-ci ilin oktyabr ayında ehtiyatın həcmi 7 milyard dollar olub.
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq 8-ci aydır ki, azalır. Manatın sabitliyi üçün Mərkəzi Bank son dörd ayda valyuta ehtiyatının 37 faizini itirib. Dekabr-mart aylarında ehtiyat təxminən 5,5 milyard dollar azalıb”.
Ekspertin sözlərinə görə, hətta 34 faizlik kəskin devalvasiya da valyuta ehtiyatını qoruya bilməyib: “Mərkəzi Bank mart ayında hər gün orta hesabla 50 milyon dollar intervensiya edib. Həmin vəsaitin təxminən yarısı qədər də Neft Fondu dəstək verib. Bu qədər vəsait də panikanın qarşısını ala bilməyib. Vəziyyət gözlənildiyindən də pisdir. Mart ayında ehtiyatın azalma sürəti fevral ayındakı qədər olub. Bu, onu göstərir ki, ölkədə dollara təlabat tam ödənməyib. Böyük məbləğlərdə vəsaitlərin, xüsusən də qeyri-rəsmi pulların dollarlaşdırılaraq, ölkədən çıxarılması ehtimalı da getdikcə artır. Panikanın yaradılmasında da əsas məqsəd ajiotaj “görüntüsü” fonunda böyük həcmli vəsaitlərin dollara çevrilməsi və həmin vəsaitlərin əhalinin ayağına yazılmasıdır.
Proseslər göstərir ki, Mərkəzi Bank manatın yumşaq devalvasiyasını davam etdirəcək. Narahatçılıq bundadır ki, manatın ucuzlaşması gözlənildiyindən də sürətli templə davam etdirilə bilər. Mərkəzi Bank uzağı 2-3 ay ehtiyatların bu templə azalmasına imkan verəcək. Sonra sərt addımlar atmalı olacaq. Hadisələr indiki şəkildə davam edərsə, ajiotaj aradan qalxmazsa, Mərkəzi Bank devalvasiyanın tempini artırmaq və ya növbəti kəskin devalvasiya seçimi arasında qala bilər. Seçki amili kəskin devalvasiya seçimini çətinləşdirir. Ancaq büdcənin icrasında problemlərin yaranması hökuməti buna vadar edə bilər. Yumşaq devalvasiya isə istənilən halda baş verəcək: ya indiki templə, ya da daha sürətli...”
Vəkil Əkrəm Həsənov isə musavat.com-a bildirib ki, bütövlükdə dünyada avro dollara nisbətdə ucuzlaşır: “Bizim milli valyutamız isə əslində dollara bağlıdır. Yəni bizim Mərkəzi Bankın hansısa müstəqil, mürəkkəb və ölçülüb-biçilmiş pul siyasəti yoxdur, sadəcə dolları olan həddə manat çap edir. Buna görə də ölkədə dollar azalan kimi manat ucuzlaşır, dollar çoxalan kimi manat bahalaşır. Buna görə də avro bizdə də bir az ucuzlaşır. Amma bütövlükdə manatın özü də dollara nisbətdə ucuzlaşır. Yəni tədricən devalvasiya davam edir. Bu da gözlənilən idi. Düzdür, son zamanlarda neft ucuzlaşmır, arada hətta bir az bahalaşdı. Ona görə də ilk baxışdan hətta yumşaq devalvasiya da olmalı deyildi. Lakin bizdə hazırda devalvasiya yalnız neftdən asılı deyil. Əhalinin milli valyutaya və milli bank sisteminə etimadı sarsılıb. Buna görə də kimin əlində artıq pulu varsa, dərhal dollara çevirir. Hətta bank əmanətləri də geri götürülür. Bankların manatla kredit verməkdən imtina etməsi də manatı nüfuzdan salır. Əslində bankların bu əməli göstərir ki, onlar da Mərkəzi Banka inanmır. Banklar inanmırsa, əhali niyə Mərkəzi Banka inanmalıdır? Buna görə də Mərkəzi Bank manatın sabitliyini qoruya bilmir. Təhlükəli odur ki, Mərkəzi Bank heç əməli tədbir də görmür. Belə getsə, vəziyyət daha da pisləşə bilər”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024