İqtisadiyyat (31-07-2015, 16:34)
Mərkəzi Bank rəqəmlər açıqladı; Azərbaycanda iqtisadi gərginliyin daha da artacağı gözlənilir
Bu ilin birinci rübündə Rusiyadan MDB ölkələrinə köçürülən vəsaitlərin həcmi kəskin şəkildə aşağı düşüb.
Rusiya Mərkəzi Bankının statistikasından məlum olur ki, təkcə Azərbaycana göndərilən pulun həcmi 2 dəfə azalıb. Belə ki, əgər 2014-cü ilin birinci rübündə fiziki şəxslər tərəfindən rəsmi olaraq Azərbaycana göndərilən vəsaitlərin həcmi 310 milyon dollar olubsa, bu ilin birinci rübündə 155 milyon dollara qədər düşüb.
Ümumilikdə isə, bu ilin yanvar-mart aylarında Rusiyadan MDB ölkələrinə pul köçürmələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azalıb. Ölkələr üzrə azalma isə aşağıdakı kimidir:
Ölkələr | 2014-cü il I rüb | 2015-cü il I rüb |
MDB ölkələrinə köçürülən vəsait |
4.5 milyard $ |
2,4 milyard $ |
Azərbaycan |
310 milyon $ |
155 milyon $ |
Ermənistan |
347 milyon $ |
207 milyon $ |
Belarusiya |
221 milyon $ |
134 milyon $ |
Qazaxıstan |
104 milyon $ |
56 milyon $ |
Qırğızıstan |
459 milyon $ |
284 milyon $ |
Moldova |
388 milyon $ |
190 milyon $ |
Tacikistan |
743 milyon $ |
434 milyon $ |
Türkmənistan |
8 milyon $ |
3 milyon $ |
Özbəkistan |
1.2 milyard $ |
634 milyon $ |
Ukrayna |
761 milyon $ |
377 milyon $ |
Qeyd edək ki, şimal qonşumuzdan Azərbaycana köçürülən 155 milyonun 126 milyon dolları "Anelik", "BLIZKO", "Contact", "InterExpress", "PrivatMoney", "UNIStream", "Western" "Union", "Kolibri" və sair pur köçürmələri vasitəsilə həyata keçirilib. Bu istiqamətdə ötən ilin müvafiq dövrünə nisbətən 50 faizə yaxın azalma var. Belə ki, bu ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana adıçəkilən pul köçürmə təşkilatları tərəfindən 126 milyon dollar həcmində vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 124 milyon dollar (250 milyon dollar) azdır.
Analitiklər Rusiyadan köçürülən pulların azalmasını bir sıra amillərlə bağlayırlar. Birinci səbəbi ölkənin iqtisadi durumunun ağırlaşmasıdır. Səbəblərdən biri isə Rusiya hökumətinin ölkədən kapital axınına qoyduğu məhdudiyyətlərdir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov "Bizim Yol"a şərhində bildirdi ki, belə bir azalma gözlənilən idi: "Çünki azərbaycanlıların böyük bir qismi Rusiyada özəl sektorda fəaliyyət göstərir. Xüsusilə, ticarət sektorunda daha çox aktivdirlər. Ona görə də bu sektorda stabil gəlir yoxdur, qazancdan asılı olaraq gəlirlilik azalır. Yəni apardıqları ticarət dövriyyəsindən asılı olaraq, gəlir əldə edirdilər. Son illər Rusiya iqtisadiyyatında baş verən proseslər, rublun dəyərinin kəskin düşməsi nəticəsində həmvətənlərimizin gəlirləri ciddi şəkildə azalmağa başladı. Soydaşlarımızın bir qismi öz işlərini bağlamaq həddinə çatıblar, hətta iflas olanlar da var. Bu proseslər isə Azərbaycana daxil olan pul vəsaitlərinin azalmasına gətirib çıxarıb".
İqtisadçı prosesin ilin sonuna kimi davam edəcəyini dedi: "Rusiyada iqtisadi tənəzzülün bu il müəyyən qədər səngiyəcəyini düşünmək düzgün olmazdı. İlin sonuna kimi tənəzzül davam edəcək. Belə olan halda, Rusiyada yaşayan azərbaycanlı miqrantların sayında azalma baş verəcək. Məlumatlara görə, həmin dövlətdə miqrantların sürətlə çıxması prosesi gedir. Gəlir götürən miqrantlarımızın sayı azaldığı üçün Azərbaycana göndərilən vəsaitlərin də həcmi aşağı düşüb. Hələ açıqlanan rəqəmlər rəsmi statistikadır. Qeyri-rəsmi rəqəmlərdə Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi rəsmi statistikadan dəfələrlə üstündür. Belə ki, hər il 3-4 milyard dollar pul köçürüldüyü bildirilir. Müxtəlif hesablamalara görə, hazırkı situasiyada bu rəqəmin 1.5 milyard dollara qədər azalması proqnozlaşdırılır".
R.Həsənov qeyd etdi ki, azalma nəticəsində Azərbaycan bazarı 2-3 milyard dollar itirəcək. İqtisadçı Rusiyadan gələn vəsaitdən asılı olan ailələrin ciddi sosial çətinliklərlə üzləşdiyini bildirdi: "Alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Bunun bütün Azərbaycan iqtisadiyyatına mənfi təsirləri var. Həmin vəsaitlər müxtəlif yollarla bazara daxil olurdu. Və bazarda aktivliyin artmasına səbəb olurdu. Bildiyiniz kimi, Azərbaycan istehsalatının 95 faizi daxili tələbata yönəlirdi. Rusiyadan köçürülən pulun azalması daxili alıcılığı aşağı salır ki, bu da dolayısı ilə bütün ölkə iqtisadiyyatına sirayət edir.
Bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatda göstərilirdi ki, Azərbaycan iqtisadiyyatı Rusiyadan 4 faiz asılıdır. Bu kiçik rəqəm deyil. Doğrudur, bu asılılıq digər MDB ölkələri ilə müqayisədə aşağıdır. Amma hər bir halda təsirlər özünü göstərir və göstərəcək".
Ekspertə görə, Rusiya iqtisadiyyatında baş verən tənəzzülün əsas zərbəsi Azərbaycandakı daşınmaz əmlak bazarına dəyir. Onun sözlərinə görə, keçən ilə kimi Rusiyada yaşayan soydaşlarımız öz vəsaitlərini Azərbaycandakı daşınmaz əmlak bazarına yatırmaqla tələb formalaşdırırdı: "Lakin indi onlar ölkəmizdə daşınmaz əmlak bazarının təklifçisinə çevriliblər. Rusiyada iş fəaliyyətlərində çətinliklər yarandığı üçün Azərbaycandakı əmlaklarını dəyər-dəyməzinə satmaqla, maliyyə əldə etməyə çalışdılar. Nəticədə son aylarda mənzillərin qiymətində ucuzlaşma baş verdi. Eyni zamanda rubl ucuzlaşandan sonra Rusiyada daşınmaz əmlakların qiyməti milli pulun dəyərində aşağı düşməyə başladı. Azərbaycanlılar Bakıda olan əmlaklarını sataraq, dolları Rusiyaya aparıb bu sektora yatırım qoydular".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024