İqtisadiyyat (30-03-2015, 12:58)
TANAP layihəsi ABŞ-ın diqqət mərkəzindədir
ABŞ-ın Beynəlxalq Enerji Əlaqələri üzrə özəl təmsilçisi: “TANAP bu gün hər kəsin tamamlanması üçün səy göstərəcəyi bir layihə olmalıdır”
“İstər Türkiyə, istərsə də Avropa üçün ən yaxşısı budur”
“Ölkələrin tək bir ölkədən enerji təchizatına bağlı olması və ya bir ölkədən həddindən çox asılı olması heç bir zaman yaxşı bir şey deyil. Xüsusilə də, əgər bu ölkənin enerji təchizatı ona qarşı siyasi bir vasitə kimi istifadə olunursa”.
“APA-Economics”in məlumatına görə, bu sözləri Türkiyənin “Hürriyyət” qəzetinə müsahibəsində ABŞ-ın Xarici İşlər Nazirliyinin Beynəlxalq Enerji Əlaqələri üzrə özəl təmsilçisi Amos Hokştayn (Amos Hochstein) bildirib.
Onun sözlərinə görə, bu vəziyyətin qarşısını almaq üçün həm enerji təchizatını təmin etmək, həm də enerjinin nəql olunduğu marşrutlar diversifikasiya edilməlidir: “Trans-Anadolu (TANAP) qaz boru kəməri bu iki əsas meyarı yerinə yetirən bir layihədir. Təbii qaz, həm yeni bir tədarükçü, həm də yeni bir yolla gəlir. TANAP enerji qaynaqlarının diversifikasiyası üçün yaxşı bir nümunədir”.
A. Hokştayn deyib ki, bu layihənin sayəsində ilk dəfə olaraq Azərbaycan qazını Avropa bazarına çatdırmaq mümkün olacaq: “Layihənin keçdiyi marşrut da çox əhəmiyyətlidir. Layihə Ukrayna və ya Rusiyadan yox, Türkiyə üzərindən keçir. Türkiyədən keçib İtaliyaya çatdığında isə bu bizə Yunanıstandan Bolqarıstana uzanan yeni bir boru xətti inşa etməyə imkanı verəcək. Boru kəməri Bolqarıstandan da Serbiya, Rumıniya və Macarıstana bağlana bilər. Bu səbəbdən Türkiyədən başlayan bu marşrut bizə əhəmiyyətli bir rahatlıq təmin edəcək”.
ABŞ rəsmisi bildirib ki, TANAP 10 ildir hazırlığı aparılan bir layihədir: “TANAP Azərbaycan, Türkiyə və Gürcüstan hökumətlərinin güclü bir şəkildə öhdəliklərinə götürdüyü bir layihədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bu ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldız layihənin təməlatma mərasimində bu öhdəliyi bir daha dilə gətirdilər”.
Amerikalı enerji eksperti deyib ki, bu səbəbdən də TANAP bu gün hər kəsin diqqətinin cəlb olunduğu və tamamlanması üçün səy göstərəcəyi bir layihə olmalıdır: “İstər Türkiyə, istərsə də Avropa üçün ən yaxşısı budur”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024