Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (27-03-2015, 11:52)
Azərbaycanda neft emalı zavodunu amerikalılar inşa edəcəklər

Azərbaycanda Neft və Qaz Emalı və Neft Kimyası Kompleksinin inşasının idarə olunması ABŞ şirkətinə həvalə olunub

 

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, keçirilmiş tenderin nəticələrinə görə, SOCAR ABŞ-ın “Fluor Limited” şirkətinə özünün Neft və Qaz Emalı və Neft Kimyası Kompleksi layihəsinin idarəetmə müqaviləsini təqdim edib. “Fluor Limited” şirkəti məbləği açıqlanmayan müqavilənin icrasına 2015-ci ildə başlayacaq.
Layihə meneceri olaraq “Fluor Limited” şirkəti SOCAR-a sözügedən layihə çərçivəsində qaz emalı zavodunun və neft-kimya zavodlarının mühəndis işləri, təchizatı, inşaatı işə salınması işlərini həyata keçirən podratçıların müəyyənləşdirilməsində yardım edəcək.
“Fluor Limited” şirkətinin Avropa, Afrika və Yaxın Şərqdə Enerji və Kimya məsələləri üzrə Prezidenti Tako de Haan öz şirkətinin SOCAR tərəfindən dünya miqyaslı bu layihənin rəhbəri kimi seçilməsindən qürur duyduqlarını deyib: “Fluor hasilat layihələrinin həyata keçirilməsində öz bacarığını nümayiş etdirib və şirkət təhlükəsizlik, keyfiyyət və qiymət səmərəsi baxımından işin öhdəsindən uğurla gələcək.”
Layihənin icrası “Fluor Limited”in İngiltərənin Farnboroda yerləşən ofisi tərəfində həyata keçiriləcək. Sözügedən ofis çoxsaylı enerji, kimya, hökumət, sənaye, infrastruktur, mədən və elektrik enerjisi sahələrində xidmətlər göstərir.  

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024