Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (18-09-2024, 12:44)
QARABAĞIN BƏRPA XƏRCLƏRİ 20 MİLYARDA ÇATACAQ

 Gələn ilin dövlət büdcəsində Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

“AzPolitika” xəbər verir ki. bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir. Qeyd olunur ki, sözügedən vəsait işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə xərclənəcək.

Xatırladaq ki, Azərbaycanın cari 2024-cü il üzrə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinin 4 milyard 855,8 milyon manatdır. Bu məbləğin 1 milyard manatı iyun ayında büdcənin dürüstləşməsi zamanı artırılıb.

2023-cü ilin dövlət büdcəsində isə bu məqsədlə daha çox vəsait ayrılmışdı. Belə ki, tikinti-quruculuq, bərpa işlərinə 5 milyard 581,6 milyon manat vəsait sərf olunub.

Bu vəsaitin 4 milyard 800 milyon manatı və ya 86 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və ya 2,6 faizi Prezidentin ehtiyat fondunun, 138,9 milyon manatı və ya 2,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür.

Prezident İlham Əliyev ötən il sentyabrın 29-da Zəngilanda keçirilən forumda bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib.

Həmin ilin dekbar ayın 5-də Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı bildirib ki, üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılıb.

“2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub”, - o əlavə edib.

Baş nazir vurğulayıb ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”-nın icrası üçün sonrakı illərdə 14,5 milyard manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur.

Beləliklə, gələn ilki ayrımalarla birgə, 5 il ərzində Qarabağın yenidən bərpasına ümumilikdə ayrılan vəsaitlərin həcmi 20 milyard manatı keçir (2023-cü ilə qədər 12 milyard, 2024-cü ildə 5.8 milyard manat, 2025-ci ildə isə 4 milyard manat).

Bu il xərclərin artırılacağı, başqa mənbələrdən bu istiqamətdə vəsaitlərin xərclənəcəyi istisna olunmur. Amma ümumilikdə Baş nazirin qeyd etdiyi kimi 2026-cı ilə qədər Qarabağın bərpasına 30 milyard manat sərf olunacağı barədə proqnozun özünü doğruldacağı gözlənilmir. Göründüyü kimi, gələn il hökumət xərcləmələri ən azı sabit tutmaqda qərarlıdır. Bu, neft hasilatının azalması, qiymətlərin dünya bazarında aşağı düşməsi ilə bağlı yaranan maliyyə qıtlığı ilə əlaqəli ola bilər.

Əli Əsədovun hesablamaları o halda özünü doğrulda bilər ki, hökumət 2026-cı ilin dövlət büdcəsində bu istiqamətdə 2.5 dəfə artıq - 10 milyard manat xərcləməyi qərara alısın. Qeyd olunduğu kimi, yaxın illərdə büdcə imkanları bu qədər ağır maliyyə yükünü qarşılamaq iqtidarında deyil.

E.Rüstəmli

“AzPolitika.info”

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024