İqtisadiyyat (1-05-2024, 16:03)
Azərbaycanda sahibkarlar vergidən AZAD OLUNUR?
Azərbaycanda bir sıra sahibkarlar var ki, işçiyə maaşı əldən verir və işçi ilə rəsmi əmək müqaviləsi bağlamır. Bununda səbəbi vergi yükünün çox olması ilə əlaqəli olduğunu bildirirlər. Bu baxımdan sahibkarlar üzərindən vergi yükündən azad edilə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, ümumiyyətlə işçilərə maaşın əldən verilməsi, rəsmi əmək müqaviləsinin bağlanmamasını vergi yükünün yüksək olması əlaqələndirilməsi yalnışdır:
"2019-cu ilə qədər biz bunu deyə bilərdik. Amma 2019-2026-cı ildə hökumət güzəştli vergi rejimi müəyyənləşdirdi. Bu güzəştli vergi rejimi qeyri-neft sektorunda 7 il ərzində vətəndaş 8 min manata qədər əməkhaqqısından vergi ödəmir. 10 faiz öz şəxsi pensiya hesabına ödəniş edir. Burada əlavə olaraq İcbari Tibbi Sığorta üçün və işsizlik sığortası fonunda faizlər var. Eynilə şirkətlərində vergi yükünü aşağı saldı. Belə ki, onu 15 faiz kimi Dövlət Sosial Müdafiə Fondu pensiyaya ödənişlə əvəzlədi".
Ekspertin sözlərinə görə, hal-hazırda həm işverənin, həm də işçinin vergi yükü azalıb və 2026-cı ildən sonra isə daha çox olacaq:
"Bu baxımdan indiki güzəştli rejimdə də sahibkar əməkhaqqıdan vergi ödəmək istəmirsə, burada vergi yükünü bəhanə etməsi yanlışdır. Sadəcə olaraq sahibkar vergi vermək istəmir. Verginin mahiyyətini dərk etmir və bundan yayınmaq istəyir. Əmək bazarında işçilər iş tapa bilmədiyinə görə, məcburdurlar ki, işverənin qanunsuz istismarına dözsünlər. Hazırda qeyri-neft sektorunda vergilərin yüksək olmasını demək haqsızlıq olar. Amma güzəştli dövr 2026-cı ildə bitəcək".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024