Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (11-12-2023, 17:21)
"Bu, Ermənistana qarşı bombadır” - “Əsl satqın Koçaryan və Sarqsyandır”

Qarabağdakı keçmiş qondarma separatçı rejim tarixin zibilliyinə atılsa da, Ermənistandakı revanşist qüvvələr onu Ermənistan ərazilərində “diriltməyə” çalışırlar. Nikol Paşinyanın hakim partiyası isə bunun Ermənistan üçün faciə ilə nəticələnəcəyini bildirir.
“AzPolitika.info” xəbər verir ki, Ermənistan parlamentinin Maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Gevorq Papoyan Qarabağdakı qanunsuz rejimin çökməsinin günahının Paşinyan hakimiyyətində deyil, qondarma quruma Samvel Şahramanyanı başçı gətirərək, “çevriliş” edən Robert Koçaryan və Serj Sarqsyanda olduğunu deyib: “Siz əsl satqının kim olduğunu gördünüz. Gördünüz kim gedib əsl kapitulyasiya müqaviləsini imzaladı. Kapitulyasiya müqaviləsini Samvel Şahramanyan yox, Robert Koçaryan və Serj Sarqsyan imzalayıb. Onlar kapitulyasiyanı imzalayıb, “dağlıq Qarabağın ordusunu” darmadağın ediblər, silahları Azərbaycana veriblər, “dağlıq Qarabağın milli məclisini” buraxıblar, indi də Ermənistanda “dağlıq Qarabağ parlamenti”nin iclasını keçirmək istəyirlər? Bu, Ermənistana qarşı bombadır və sadəcə olaraq qəbuledilməzdir”.Deputat qeyd edib ki, Ermənistan üçün ən önəmlisi öz ərazisi və üçrəngli bayrağıdır: “Kim Ermənistana qarşı hərəkətə keçsə, mənim şəxsi düşmənimdir. Yəni, “dağlıq Qarabağ”da hər şeyi dağıdıblar, indi də bunu Ermənistanda etmək istəyirlər? Artıq bəsdir!"
“AzPolitika.info”
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024