Siyasət / Slayd (28-09-2023, 12:30)
Xunta rejimi özünü buraxdı
Xəbər verdiyimiz kimi, Qarabağdakı qondarma qurum özünü buraxıb.
Bu barədə özünü xunta rejiminin “prezidenti” adlandıran Samvel Şahramanyan “fərman” imzalayıb. Bildirilib ki, “Dağlıq Qarabağ Respublikası” adlanan xəyali qurum 1 yanvar 2024-cü ilə qədər tamamilə ləğv olunacaq. Həmçinin, artıq bəzi “yüksək vəzifəli” separatçılar da Azərbaycan Silahlı Qüvvələrinə könüllü şəkildə təslim olmağa başlayıblar. Bununla da Qarabağdakı separatizmin kökü tamamilə kəsilir. Öncə qeyri-qanuni silahlı erməni dəstələri oradan çıxarıldı, sonra isə Xankəndidəki qondarma qurum ləğv olundu. Azərbaycan bir daha diplomatik qələbə qazandı.
Onu da əlavə edək ki, bununla da Ermənistanın Baş naziri Nikol Paşinyan “Qarabağ yükü”ndən xilas oldu. Artıq ona Azərbaycanla sülh müqaviləsi imzalmağa əngəl törədəcək heç bir səbəb də qalmır. DİA.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, qondarma rejiminin özünü buraxması tarix üçün lazım idi:
“Əslində, Azərbaycanın “Dağlıq Qarabağ” adlı inzibati bölgüsü yox idi. Hələ 26 noyabr 1991-ci ildə Azərbaycan Parlamenti onu ləğv etmişdi. Bu günə qədər sadəcə sözdə qalmışdı. Yəni de-yure yox idi, de-fakto var idi. Amma bu gün Samvel Şahramanyan “fərman” imzalamaqla 2024-cu ilin 1 yanvarına qədər bu saxta strukturu tamamilə ləğv edəcəyini özləri üçün “hüquqi”ləşdirdi. Düzdür, bunun heç bir hüquqi müstəvisi yoxdur. Amma bir müsbət tərəfi var. Belə ki, Ermənistan “Dağlıq Qarabağ Respublikası” ifadəsini konstitusiyasına salmışdı. Artıq bu qondarma qurum özünü buraxdığını rəsmən elan etdiyinə görə həmin termin avtomatik olaraq Ermənistan Konstitusiyasında da çıxarılacaq. Bu, hüquq üçün olmasa da, tarix üçün lazım idi. Çünki tarixdə yazılacaq ki, Qarabağdakı qondarma qurum məhz özü özünü buraxdı".
O bildirib ki, artıq Azərbaycanın Qarabağla bağlı hər hansısa problem yaşayacağı gözlənilmir:
"Yəqin ki, cari ilin axırına kimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Ən önəmlisi odur ki, “Dağlıq Qarabağ Respublikası” termini istifadə olunmayacaq. Rəsmi Bakı buna da nail oldu. Onsuz da Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşların təhlükəsizliyi və digər vətəndaşlarımızla bərabərhüquqlu olacağı ilə bağlı öhdəlik götürür”.
Ekspert qeyd edib ki, bu, həm də rus sülhməramlılarının Qarabağdan çıxması deməkdir:
“Çünki artıq heç bir qondarma qurum olmadığı üçün onların da orada işi yoxdur. Hazırda Ermənistan bunu istəyir, Azərbaycan da sülhməramlıların çıxarılması üçün hüquqi baza hazırlayır. Bundan sonra Qarabağda separatizm olacağına inanmıram. Azərbaycanlıları qanına qəltan edənlərin həbsi isə davam etməlidir. Araik Arutyunyan, Seyran Ohanyan və digər Xocalı qatillərinin hamısı həbs olunmalıdır”.
Politoloq vurğulayıb ki, artıq Nikol Paşinyana Azərbaycanla sülh müqaviləsi imzalamağa heç nə mane olmur:
“Üstəlik, ABŞ onu sülh müqaviləsini imzalamağa vadar edir. Çünki rəsmi Vaşinqton bununla Rusiyanı bölgədən çıxarmağı hədəfləyir. Əslində Paşiyana da Qarabağdakı xunta rejiminin ləğv olunması lazım idi. Artıq Qarabağda lider olacaq heç kim də qalmayıb. Hesab edirəm ki, Paşinyan üçün sülh müqaviləsini imzalamağa həm hüquqi, həm siyasi, həm də ideoloji cəhətdən heç bir əngəl qalmadı. Ona görə də ilin sonuna kimi sülh müqaviləsinin imzalanma ehtimalı çox yüksəkdir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024