Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (2-12-2023, 13:22)
Gömrük limiti endirilir? – Oliqarxlar hərəkətə keçdi...

Gömrük limiti endirilir?
Azərbaycanda xaricdən online alınan məhsullara görə gömrük limitinin yenidən azaldılacağı ilə bağlı xəbərlər yayılmaqdadır.

“Yeni Sabah”
xəbər verir ki, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, ekspert Osman Gündüz bildirib ki, maraqlı tərəflər limitin azaldılması üçün yenidən fəallaşıb.

Ekspert durumu şərh edərkən gömrük limiti ilə bağlı xronologiyaya diqqət yetirib:

1. 2013-cü il

Nazirlər Kabinetinin 2013-cü il tarixli 305 saylı qərarı ilə aşağıdakı gömrük limiti müəyyən olunub :

Fiziki şəxs özü ilə gətirərsə -1500 $

E-ticarət yolu ilə -1000 $

2. 2015-ci il

DGK bu limitin 150 $-a endirilməsi üçün hökumətə müraciət edir. Ciddi müzakirələr başlayır. O zaman NRYTN və İqtisadiyyat Nazirliyi bu təklifə mənfi rəy verirlər, DGK istəyini reallaşdıra bilmir, qərar qəbul edilmir.

3. 22 oktyabr 2015-ci il

DGK-nın bu limiti endirmək üçün vuruşduğu bir zamanda Prezidentin fərmanı ilə bu limit 10 000 $ müəyyən edilir. Hamı şokdadır .

Belə bir zamanda dərhal bəzi biznes assosiasiyalar, pərakəndə ticarəti himayə edən oliqarxlar DGK və digər əlaqəli orqanlara təsir etməklə bu fərmanın ləğvi üçün birləşirlər və qısa müddətdə buna nail olurlar.

4. 21 avqust 2020-ci il

Hökumət 2013-cü ildə qəbul edilən həmin məşhur qərara dəyişiklik edir:

Fiziki şəxs özü ilə gətirərsə - 800 $

E-ticarət yolu ilə -300 $

5. Son bir neçə ildir ki, yerli sahibkarların bəzi assosiasiyalar müxtəlif nazirliklərlə, vergi və gömrük rəsmiləri ilə görüşlər keçirir, bəzi media və TV kanallara təsir etməklə ictimai fikir formalaşdırmaq istəyirlər ki, indiki limitlər sahibkarlığın inkişafına mane olur və onu azaltmaq lazımdır.

“Düşünürəm ki, hökumətin indiki anda "maraqlı tərəflərin" basqıları altında gömrük limitinə deyil, biznes mühitinin inkişafına, daha effektiv gömrük-vergi siyasətinə, elektron ticarətin inkişafına fokuslanması daha doğru olardı”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024