Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-12-2022, 12:31)
DGK və KOBİA-nın məlumatları bir-biri ilə ziddiyyət təşkil edir - Kim haqlıdır?

DGK və KOBİA-nın məlumatları bir-biri ilə ziddiyyət təşkil edir
"Ötən gün KOBİA, Dövlət Gömrük Komitəsi və ASK-nın birgə təşkilatçılığı ilə “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda faydalı bir ictimai müzakirə keçirilib. Tədbirdən öncə DGK tərəfindən açıqlanan rəsmi məlumatlara diqqət yetirdikdə belə qənaətə gəlmək olur ki, gömrük prosesi iştirakçılarının böyük əksəriyyəti DGK-nın işindən razıdır. Belə ki, DGK-nın keçirdiyi onlayn sorğu nəticəsində məlum olub ki, gömrük xidmətlərindən ümumi məmnunluq dərəcəsi 80-84 %-dir. Həmçinin "Qırmızı dəhliz"dən keçid nisbətinin ötən il 70% olduğu halda, bu il 7% olduğu blidirilmişdi. Amma KOBİA rəhbəri Orxan Məmmədov adı çəkilən tədbirdə gömrük sahəsində xeyli problemlərin olduğunu bildirib. Xüsusilə də, ölkəyə gətirilən malların statistik dəyərinin müəyyən edilməsi, idxal zamanı sertifikatların tanınması, “yaşıl dəhlizdən” istifadə, elektronlaşma prosesi aparılsa da idxalla məşğul olan sahibkarların bəzən məlumatsız olması və s. problemlər qeyd edilib".

Mediatv.az pravda.az-a istinadla xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.

Ekspert əlavə edib ki, DGK sədrinin I müavini, sədr vəzifəsini icra edən Şahin Bağırov isə sahibkarların gömrük məsələlərinin operativ qaydada həll edilməsi üçün zəruri addımların atıldığını və gömrük işinin səmərəliliyinin artırılmasında sahibkarların rəy və təkliflərinə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb: "Müşahidələr göstərir ki, son zamanlar Şahin Bağırov tərəfindən DGK-da şəffaflığın gücləndirilməsi və idarəetmənin təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılır. Bildiyim qədər özü şəxsən gömrük postlarında olub, əməkdaşları sorğu-sual edirdi. DGK-nın Azərbaycan-Gürcüstan sərhədində “vahid pəncərə” prinsipi ilə birgə buraxılış məntəqəsi yaratması, Naxçıvanın 3 gömrük postunda həyata keçirilən addımlar da təqdirəlayiqdir. DGK həm də elektronlaşmanın yüksək olduğu qurumlardan hesab olunur. Bir müddət öncə, yetərincə faydalı olan Smart Customs rəqəmsal həllini də xeyli təkmilləşdiriblər. Bununla belə uzun müddətdir ki, yuxarıda qeyd edilən problemlər, xüsusilə də malın gömrük dəyərinin müəyyən edilməsi (Bəzən DGK tərəfindən malın mövcud gömrük dəyərinin əsasız olaraq artıq hesablanması), sertifikatların tanınması, gömrük rəsmiləşdirilməsinin uzanması, gömrük tariflərinə yenidən baxılması və s. istiqamətində problemlər hələ də qalır. Zaman-zaman sahibkarlar bu haqda məlumatlar açıqlayırlar".

O.Gündüz əlavə edib ki, bildiyim qədər artıq bu problemlərin bəziləri ilə bağlı, “Məcburi Qərarlar” layihəsi ilə gömrük proseslərinin sürətləndirilməsi, məlumatlandırmanın effektiv təşkili istiqamətində DGK-da real addımlar da var: "Eyni zamanda düşünürəm ki, DGK rəqəmsal transformasiya prosesini sürətləndirməli, onlayn şəffaflığı daha da artırmalı, gömrük prosesi iştirakçılarına prosesi sürətləndirmək üçün, bizneslə əks əlaqə və məlumatlandırma üçün yeni rəqəmsal həllər təqdim etməlidir. Düşünürəm ki, DGK “Hökumət buludu” məsələsinə üstünlük verməklə və xərclərə qənaət etməklə DGK rəhbəri Şahin Bağırovun bir neçə gün öncə səsləndirdiyi “Rəqəmsal gömrük” məsələsini daha qısa vaxtda reallaşdıra bilərdi".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024