Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (20-04-2017, 11:18)
Bu gün dörd cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayacaq

Bu gün dörd cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayacaq

 

Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı start götürəcək.

Mediatv.az-ın “Report”un məlumatına görə, ilk yarış günündə Azərbaycan milli komandasının 4 üzvü tatami üzərinə çıxacaq.

Kişilərin yarışında Orxan Səfərov (60 kq) 1/8 finalda Matyaj Trboviç (Sloveniya) / Morits Plafki (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Mübarizəyə 1/16 finaldan başlayacaq Nicat Şıxəlizadə isə Manuel Şeybellə (Almaniya) qarşılaşacaq.

Azərbaycanın qadın güləşçiləri də mübarizəyə 1/16 finaldan qoşulacaqlar. Aişə Qurbanlı (48 kq) Gülkader Şentürklə (Türkiyə), Nəzakət Əzizova (52 kq) isə Reka Puppla qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan yığması 4 gün davam edəcək Avropa çempionatına 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb. Aprelin 21-də Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Rüfət İsmayılov (81 kq), aprelin 22-də isə Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100) tatami üzərinə çıxacaq.

Bundan başqa, Azərbaycan cüdoçularının komanda yarışlarında iştirakı da nəzərdə tutulub. Avropa çempionatında 41 ölkədən 369 idmançı (226 kişi, 143 qadın) mübarizə aparacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024