Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (5-05-2016, 15:18)
Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinin püşkü atılıb

cudo

 

İlk yarış günündə onlardan 10-u mübarizə aparacaq

Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Mediatv.az-ın məlumatına görə, Azərbaycanı təmsil edəcək 27 kişi və 3 qadın cüdoçunun ilk rəqibləri püşk nəticəsində müəyyənləşib.
İlk yarış günündə onlardan 10-u mübarizəyə qoşulacaq.
60 kq çəki dərəcəsində Avropa vitse-çempionu Orxan Səfərov mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Yaponiya idmançısı Ryuju Naqayama olacaq. İlqar Müşkiyev Nuno Karvalyo (Portuqaliya) – Bekir Özlü (Türkiyə) cütünün qalibi ilə, Vüqar Şirinli Yuho Reynvall (Finlandiya) – Eşli Mkkenzye (Böyük Britaniya) cütünün qalibi ilə, Elbrus Zamanov isə israilli Artyom Arşanski ilə üz-üzə gələcək. Adı çəkilən bütün idmançılar mübarizəyə 1/32 finaldan qoşulacaq.
66 kq çəkidə Orxan Əsgərzadə 1/32 finalda gürcüstanlı Vaja Marqvelaşvili ilə, Tərlan Kərimov polşalı Aleksandr Beta ilə, Famil Məmmədzadə belçikalı Kennet Van Qansbek və sloveniyalı Adrian Qombos cütünün güclüsü ilə, İskəndər Talışinski 1/32 finalda Çia Hunq Çyen (Tayvan) – Andraz Jereb (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınların yarışında 48 kq çəkidəki Şəfəq Məmmədova 1/16 finalda Türkiyə idmançısı Dilara Lokmanhekimlər, Ailə Qurbanlı isə 1/32 finalda italiyalı Valentina Moskattla görüşəcək.

“Report”

шаблоны для dle 11.2

Xəbər lenti
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025