Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (22-06-2015, 10:58)
Samboçuların mübarizəsi başladı: döyüşçümüz yarımfinalda - YENİLƏNİB

90 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Kənan Qasımov yarımfinala çıxıb. Lent.az-ın məlumatına görə, o, mübarizəyə 1/4 finaldan başlayıb. Kənan Qasımov ilk döyüşünündə ukraynalı İvan Vasilçuka 2-1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

**

10:29

Bu gün samboçuların mübarizəsinə start verilir. Mediatv.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən İslam Qasımov 1/4 final mərhələsində mübarizəyə başlayır. O, bu mərhələdə ruminiyalı Orlando Qruia ilə üz-üzə gələcək.

 

74 kq çəki dərəcəsində millimizi təmsil edən  Amil Qasımov da 1/4 finalda mübarizəyə qoşulacaq. O, bu mərhələdə sloveniyalı Tadey Cutuk  – gürcüstanlı Kaxa Mamulaşvili qarşılaşmasının  qalibi ilə gücünü sınayacaq.

 

90 kq çəki dərəcəsində Kənan Qasımov  mübarizəyə 1/4 finaldan başlayacaq. O, ilk döyüşünü ukraynalı İvan Vasilçuku qarşı keçirəcək.

 

+100 kq çəki dərəcəsində ölkəmizi Vasif Səfərbəyov təmsil edir. O, da yarışa 1/4 finaldan başlayacaq. V. Səfərbəyov bu mərhələdə makedoniyalı Bayro Maşoviçlə qarşılaşacaq.

 

Qadınların yarışında 52 kq çəki dərəcəsində Azərbaycanı Nəzakət Xəlilova təmsil edəcək. O, ilk mübarizəyə 1/4 finaldan başlayacaq. Nəzakət Xəlilova ilk görüşündə ruminiyalı Sodriana İonesku sınağa çəkəcək..

 

60 kq çəki dərəcəsində  Şəhanə Hüseynova 1/4 final mərhələsindən mübarizəyə qoşulacaq.. O, rusiyalı Yana Kostenko  - gürcüstanlı  Şorena Şaradze qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

 

64 kq çəki dərəsində Fəridə Qurbanova  1/4 final mərhələsində  Yekaterina Sretu ilə qarşılaşacaq.

 

 68 kq çəki dərəcəsində Nərminə Əlizadə 1/4 final mərhələsində belaruslu Olqa Namazova üz-üzə gələcək.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025