İdman (17-05-2016, 13:50)
AFFA "Kəpəz" və "Neftçi"ni azarkeşlərə görə cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Mediatv.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 34 və 35-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
AZAL - “Zirə” matçında (34-cü tur) AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Kəpəz” - “Neftçi” matçının (34-cü tur) 90-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 49, 80, və 90-cı dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Neftçi” – “İnter” matçının (35-ci tur) 73-cü dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
“Zirə” – “Kəpəz” matçında (35-ci tur) “Zirə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Rəvan” – “Qarabağ” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 25-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Eltun Yaqublu sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qafqazinfo”
