Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (18-05-2015, 10:06)
Elnur Hüseynov: “Mən birinci olacağam”

Avstriyanın paytaxtı Vyanada “Eurovision-2015” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib

 

Tarixi Rathaus meydanında təşkil olunan mərasim “Eurovision-2014”-ün qalibi Avstriya nümayəndəsi Konçita Vurst tərəfindən açılıb. Sonra müsabiqəyə qatılacaq ölkələrin nümayəndələri qırmızı xalça üzərinə çıxıb. Azərbaycan nümayəndəsi Elnur Hüseynov “Anadolu” Agentliyinin müxbirinə Vyanada çox gözəl bir mühit olduğunu ifadə edərək, birinci olacağına inandığını söyləyib. Avstriya “Eurovision” mahnı müsabiqəsinə 1967-ci ildən sonra ikinci dəfə ev sahibliyi edir.

 

Danimarkanın paytaxtı Kopenhagendə mayın 16-da keçirilən “Eurovision-2014” mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst “Rise Like a Phoenix” mahnısı ilə qazanmışdı. “Eurovision-2015” mahnı müsabiqəsinin ilk yarım finalı mayın 19-da, ikinci yarım final mayın 21-də, final isə mayın 23-də olacaq.

 

Müsabiqədə 40 ölkə iştirak edir: Azərbaycan, Danimarka, Hollandiya, Litva, İrlandiya, İsrail, Gürcüstan, Ermənistan, Estoniya, İtaliya, Polşa, İngiltərə, Almaniya, Finlandiya, Avstraliya, İsveçrə, Avstriya, Sloveniya, İspaniya, İsveç, Çex Respublikası, Fransa, Macarıstan, Belarus, Malta, Makedoniya, Rusiya, İslandiya, Yunanıstan, Belçika, Albaniya, Portuqaliya, Çernoqoriya, Norveç, Serbiya, Kipr, San Marino, Latviya, Moldova və Rumıniya.

Avstraliyanın ilk dəfə qatıldığı müsabiqədə Çex Respublikası 5 il, Kipr və Serbiya isə 1 il aradan sonra yenidən iştirak edir.

 

Ukrayna isə maliyyə və siyasi səbəblərdən müsabiqəyə qatılmayacağını açıqlamışdı.

Budəfəki müsabiqədə yer almayan Türkiyə 2013-cü və 2014-cü illərdəki yarışmalarda da iştirak etməyib. (ans)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024