Problem (5-01-2015, 16:59)
“Eurovision 2015“ə 39 ölkə qatılacaq
Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində 39 ölkə təmsil olunacaq
Azərtac müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, əvvəlki yarışmadan fərqli olaraq iştirakçıların sayı iki ölkə artıb. Kipr, Çexiya və Serbiya yenidən müsabiqəyə qayıdıb.
Qeyd edək ki, Ukrayna milli televiziyası müsabiqədə iştirak etməyəcəyini bildirib.
Beləliklə, 60-cı “Eurovision” mahnı müsabiqəsində Albaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Çernoqoriya, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, İsveç, Böyük Britaniya və Ermənistan təmsil olunacaq.
Yarımfinallarda iştirakçıların sayı artan istiqamətdə müəyyən edilib. Birinci yarımfinalda 16, ikincidə 17 ölkənin iştirakçısı səhnəyə çıxacaq. Final mərhələsində isə 10 ölkə, böyük beşliyə daxil olan Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya, eləcə də ev sahibliyi edən Avstriyanın təmsilçisi olacaq.
“Eurovision-2015” mahnı müsabiqəsinin püşkatma mərasimi 2015-ci il yanvarın 26-da keçiriləcək.
Yarışmanın I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024