Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (22-11-2015, 20:15)
Maksim Medvedev: O olsaydı, bəlkə də bunlar olmayacaqdı

Maksim Medvedev: O olsaydı, bəlkə də bunlar olmayacaqdı

 

Mediatv.az xəbər verir ki, “Qarabağ” - “Kəpəz” qarşılaşmasında (3:0) ağdamlıları kapitan kimi meydana çıxaran Maksim Medvedev matç başa çatdıqdan sonra apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb.

 

- Böyükhesablı qələbəni gözləyirdinizmi?

- Bir müddət idi komanda tam heyətlə məşq etmirdi. Biz öz millimizin, Ansi Aqolli isə Albaniya yığmasının düşərgəsində idi. Bu səbəbdən oyuna yaxşı hazırlaşa bilməmişdik. “Qarabağ” hər zaman nəticəyə oynayan komandadı. Bu gün də elə alındı. Komanda şəklində “vuruşduq” və bunun nəticəsi olaraq lazımlı 3 xal qazandıq. Oyun ağır keçdi. Rəqibin oyuna 5 müdafiəçi ilə başlamağı bizim üçün sürpriz oldu. Buna hazır deyildik. Qol vurduqdan sonra onları 4 müdafiəçi ilə oynamağa məcbur etdik.

 

- Rəşad Sadıqovun yoxluğu müdafiədə çətinlik yaratmadı?

- Sadıqov təcrübəli futbolçudu və meydanda olan zaman ehtiyac bildikdə, danışır. Bu gün elə epizod oldu ki, aramızda anlaşılmazlıq yarandı. Ardıcıl künc zərbələri, cərimələr verdik rəqibə. Rəşadın yoxluğu çətinlik yaradırdı. O olsaydı, bəlkə də bunlar olmayacaqdı. Ümumi götürdükdə, nə Bədavi, nə də Elvin pis oynayırlar. Hər ikisi sona qədər mübarizə aparırdı.

 

- Müsahibənizdə “Qarabağ”ın vaxtından əvvəl çempion elan edilməsinin oyununuza mənfi təsir etdiyiniz demişdiniz. Xal fərqi artdıqca bu söz-söhbət yenidən aktuallaşır. Oyununuza mənfi təsir ola bilərmi?

- Xal fərqinin 9 və ya 10 olmağının fərqi yoxdu. Arxayınlaşmaq olmaz. Əlbəttə, futbolçuya deyəndə ki, siz bu qədər xal fərqi ilə irəlidəsiniz, onsuz da filan komandalar uduzacaq, fərq yenidən böyüyəcək, onda mənfi təsir olur. Heyətimiz elədi ki, hansısa futbolçu “çaşanda” baş məşqçi dərhal onu ehtiyatda otuzduracaq. Ona görə də mövsümün sonuna qədər mübarizəmizi davam etdirəcəyik. Ötən mövsümdəki kimi durduğumuz yerdə xal itirməməliyik.

 

- Amma ötənilki “Simurq”, “Neftçi” yoxdu. İndi komandaların səviyyəsi çox enib...

- “Simurq”, “Neftçi” yoxdu, “Kəpəz”, “Zirə”, “Sumqayıt” var. Bu komandalar oyunlarını tapıblar, güclü rəqiblərdən xallar alırlar.

 

- “Tottanhem”lə oyuna necə, hazırlaşmaq üçün kifayət qədər vaxtınız varmı?

- Oyuna az vaxt qalıb. Yaxşı hazırlaşacağımıza ümid edirəm. Artıq “Kəpəz”lə oyunu unutmalı, fikrimizi “Tottenhem”ə yönəltməliyik. Bizim üçün çətin oyun olacaq. “Tottenhem” İngiltərənin güclü klublarındandır.

 

- Bu oyun qrupdan çıxmaq baxımından sizin üçün sonuncu şans ola bilər...

- Həmin oyunda xal qazana bilməsək, bizim üçün “kitab” bağlanacaq.  

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024