İdman (1-03-2015, 16:44)
Zabit Səmədovdan daha bir qələbə
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov növbəti döyüşünü keçirib
"Mediatv.az" anspress-ə istinadən xəbər verir ki, ötən il kariyerasında uğurlu çıxışlar edən 31 yaşlı idmançımız bu il də eyni ardıcıllığı davam etdirmək niyyətindədi.
Keçirdiyi 81 döyüşün 71-ni qalibiyyətlə başa vuran “mauqli” ləqəbli Zabit Səmədov fevralın 28-də türk idmançısı Mert Akinə qarşı mübarizə aparıb. Gecənin əsas döyüşü hesab edilən qarşılaşma Sinan Ərdəm döyüş arenasında keçirilib.
Qarşılaşmanın ilk raundu olduqca hərəkətli başlayıb. Hər iki idmançının qazanamaq üçün əlindən gələni etmək istəyi hiss olunurdu. İkinci raund birinci ilə müqayisədə zəif davam etdi. Matçın taleyini həll edən üçüncü raundda nakaut gözlənilsə də, bu raund da zəif keçdi. Sonda hakimlərin ortaq qərarı ilə Zabit Səmədov vurduğu zərbələr hesabına gecənin qalibi oldu.
Qeyd edək ki, Azərbaycanlı professional idmançısı Zabit Səmədov keçirdiyi 81 döyüşdə qazanadığı 71 qalibiyyətindən 35-də rəqiblərini nakaut edib. Bir dəfə heç-heçəyə qalıb, 9 dəfə isə məğlub olub. Onun rəqibi Mert Akın isə 5 görüş keçirib, onlardan 4-ü nakaut olmaqla, hər yarışı qazanıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025