Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-01-2015, 15:29)
General-mayorun ölümündən 70 il ötür

Bu gün Lənkəranda iki dəfə sovet ittifaqı qəhramanı, tank qoşunları general-mayoru Həzi Aslanovun vəfatının 70 illiyinin tamam olması ilə əlaqədar anım tədbiri keçirilib

 

"Mediatv.az" CTV-yə (Region TV-yə ) istinadən bildirir ki, tədbirdə müdafiə naziri, general-palkovnik Zakir Həsənovun imzaladığı tədbirlər planına əsasən təşkil olunub. Anım mərasimində qəhrəmanın ailə üzvləri, Müdafiə Nazirliyinin zabit heyəti, cəbhədə xidmət edən tankçılar, N saylı hərbi hissənin zabit və əsgər heyəti, müharibə veteranları və şəhid ailələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə qəhrəmanın adını daşıyan xatirə parkına gələrək general mayorun abidəsi önünə Müdafiə Nazirliyinin adından əklil qoyaraq xatirəsini yad ediblər. 
Ardınca nazirliyin əməkdaşı Abdulla Qurbani tədbir iştirakçıları qarşısında çıxış edərək iki dəfə sovet ittifaqı qəhrəmanı Həzi Aslanovun şərəfli döyüş yolundan bəhs etdi. Sərkərdənin Böyük Vətən muharibəsi zamanı düşmənlə qeyri-bərabər döyüşdə qazandığı inamlı qələbələri, göstərdiyi şücaət bir daha xatırlandı. 
Sonra isə qonaqlar genral-mayorun ev muzeyində oldular. Burada məktəblilər zabit və əsgərlər qarşısında vətənpərvərlik ruhunda şerlər söylədilər. Daha sonra muzeylə tanış olan mərasim iştirakçılarına qəhrəmana aid şəxsi əşyalar barədə məlumat verilib. Ev muzeyinin ziyarəti başa çatdıqdan sonra çıxış edən tankçılar da qəhrəmanın şərəfli yolunu davam etdirəcəklərini, Ali baş komandanın əmri ilə hər an döyüşə hazır olduqlarını vurğuladılar. Anım mərasimi Zabitlər evində genral-mayor Həzi Aslanovun döyüş yolundan bəhs edən “Sizi dünyalar qədər sevirdim” filminin nümayişi ilə başa çatıb.

 

шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024