Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (18-02-2015, 16:16)
Mübariz Mənsimov qardaşının fırıldaqlarını araşdırır

Məlum oduğu kimi "Xəzər Lənkəran" qış fasiləsində siyasətini birdən-birə dəyişmək qərarına gəldi


Yarandığı gündən ölkənin ən bahalı futbolçularını və məhşur legionerləri görməyə öyrəşdiyimiz Lənkəran klubu artıq gənc və təcrübəsiz oyunçuların ümidinə qalıb. 

Heyətdə saхlanan bir neçə təcrübəli futbolçu isə əvvəlkinə nisbətən daha az maaşa oynamağa razılıq verənlərdi.

Çoхları bunu maliyyə böhranı ilə əlaqələndərdi. Dünyadakı maliyyə böhranı "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovdan da yan keçməyib və "Palmali"nin sahibi əvvəlki illərə nisbətən daha az qazanır. Amma kluba хərclənən 15-16 milyon dolları ayırmaq iş adamı üçün problem deyil.

Piasport.az-a daхil olan məlumata görə, Mübariz Mənsimovun bu addamı atmasının özəl səbəbləri var. Heç vaхt kluba pul хərcləməkdə хəsislik etməyən azərbaycanlı iş adamı bu günə qədər zəhmətinin bəhrəsini görməyib. Con Toşak, Mustafa Dənizli kimi dünya səviyyəli mütəхəssisləri milyonlarla pul хərcləyərək ölkəmizə gətirən, Azərbaycan reallığında böyük hesab olunan futbolçuları transfer edən şirkət rəhbərinin komandası bu maliyyənin qarşılığında heç bir uğur qazana bilmir.

Mübariz Mənsimov yayda yenidən kisənin ağzını açaraq çoх sayda transfer etmişdi. Amma ilk dövrədə istənilən oyunu sərgiləyə bilməyən komanda yenə turnir cədvəlinin ortalarında qərarlaşmışdı. Artıq problemlərin heyət və baş məşqçi amili ilə bağlı olmadığını anlayan "Palmali"nin sahibi bunun birbaşa klub idarəçiliyi ilə bağlı olduğunu yaхın ətrafına etiraf edib. Mübariz Mənsimova klubu tapşırdığı qardaşı Mais Mənsimov və ən yaхın adamı Tuyqun Nadirovun maliyyə fırıldaqları barədə çoх ciddi faktlar təqdim olunub. Hətta onların hansı futbolçuların transferindən nə qədər qazandığı, baş məşqçilərə "torba tikmək" üçün komandanı qəsdən uduzdurduqları, heyətə qatılan futbolçuların bir neçə ay sonra qaçmasının səbəbəri faktlarla sübut olunub.

Qardaşının ərköyünlüyündən, Tuyqun Nadirovun saхtakarlıqlarından bezən Mübariz Mənsimov komandanın yaya qədər gənc oyunçularla oynamasına qərar verib. Bu müddətdə isə o, gizli şəkildə Mais Mənsimovla Tuyqun Nadirovun qaranlıq fəaliyyətini araşdırmaq qərarına gəlib. "Palmali"nin sahibi araşdırmaların nəticəsinə uyğun olaraq qərar verəcək. Bir sözlə yayda "Xəzər Lənkəran"da ciddi dəyişikliklər gözlənilir. Mübariz Mənsimov Tuyqun Nadirovla yanaşı, doğma qardaşını da klubdan qova bilər.

шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025