Hadisə (7-01-2015, 19:09)
Qalada qaz xətləri kökündən kəsildi - Fotolar
Qala qəsəbəsinin sakinləri qaz problemi ilə üzləşib. Onlar “Azəriqaz”dan şikayətçidir. Lakin “Azəriqaz” borcların ödənmədiyini deyir
Xəzər rayonu Qala qəsəbəsi, “stansiya Qala, dəmir yolunun yanındakı evlər” adlanan ərazidə yaşayan sakinlər qışda qazsız qalmaqdan boğaza yığıldıqlarını deyirlər.
Sakinlər bildirir ki, bir neçə ailə qaz pulunu ödəmədiyi üçün “Azəriqaz” bütün evlərin qazını kəsib. Sakinlər də qışın bu günündə qazsız qalıb.
Virtualaz.org saytına müraciət edən Qala sakinlərinin sözlərinə görə, 24 ailənin qazının kəsilməsinə səbəb 7 ailənin borcunu ödəməməsi olub. Sakinlərin sözlərinə görə, qaz xəttini kəsən Xəzər Rayon Qaz İstismar İdarəsinin işçiləri deyiblər ki, xətlər qaz pulunu ödəməyən 7 ailəyə görə kəsilib.
“Azəriqaz” mətbuat xidmətindən isə sakinlərin şikayətinə cavab olaraq bildirildi ki, qaz xəttinin kəsilməsinə səbəb adıçəkilən ünvanda yaşayan sakinlərin qaz xətlərindən qeyri-qanuni yollarla istifadə etməsi olub.
Qurumun mətbuat xidmətinin rəhbəri əvəzi İbrahim Kərbalayev virtualaz.org saytına açıqlamasında bildirdi ki, qeyd edilən ünvanda 11 ailə yaşayır. Onlardan 3-ü smart-kart tipli, 8 ev isə mexaniki tipli sayğacdan istifadə edir.
“Bu evlərin sakinləri qaz xəttindən qeyri-qanuni istifadə edirdilər. Onlar sayğac olduğu halda əlavə xətt çəkmişdilər. Hazırda həmin evlərin hamısının borcu var. İtirilmiş təbii qazın bərpası üçün onlara borc yazılıb. Borclar ödənildikdən sonra qaz xətti və qaz verilişi bərpa olunacaq” - deyə “Azəriqaz” rəsmisi bildirdi.
İ.Kərbalayev qeyd etdi ki, ölkənin ucqar kəndlərində qazlaşdırma işləri sürətlə aparılır. Bakı və ətraf qəsəbələrdə isə qaz xətlərinin bilərəkdən kəsilməsi kimi iddialar əsassızdır. Onun sözlərinə görə, “Azəriqaz” qaz xətlərinin kəsilməsində deyil, yeni qaz xətlərinin çəkilməsi və sakinlərin qazla təmin olunmasında maraqlıdır.
Sakinlər isə evlərinə sayğacdan kənar xətt çəkdiklərini inkar etmirlər. Onlar bunu qazın təzyiqinin çox az olması ilə əsaslandırır. Sakinlər borclarını ödəyib qaz xəttinin bərpa olunmasına razıdır. Lakin bəzi sakinlər onlara qaza olan borca görə yazılan məbləğin çox olmasından şikayət edir.
“Azəriqaz” isə yalnız borcların ödəniləcəyini təqdirdə qaz xəttinin bərpa olunacağını deyir. Sakinlərə yazılan borca gəlincə isə bu, hər evə görə müxtəlifdir.
Xəbərin oxunma sayı :
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024